De-fakto

De-fakto — faktiki tanınmadır ( latınca: de facto - "əslində" ) qanuni müddəalarla dəstəklənməyən, baş verənlərin reallığını ifadə etmək üçün istifadə edilən termin.
Mənası
[redaktə | vikimətni redaktə et]Reallıqda baş verənlər (əslində), lakin qanunda təsbit edilməyən mənasında işlənir.[1] Çox vaxt hadisələrin rəsmi təsviri ( de-yure ) ilə arasındakı fərqi vurğulamaq üçün istifadə olunur. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, bəzi hallarda hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
Hüquq elmində
[redaktə | vikimətni redaktə et]Hüquq elmində de-fakto ümumiyyətlə, təcrübə edilən, lakin qanunla mütləq müəyyən edilməmiş və ya təcrübədə və ya reallıqda tətbiq edilən, lakin rəsmi olaraq müəyyən edilməmiş deməkdir.[2] Bu ifadə de-yure (qanunla müəyyən etmək mənasını verir) anlayışına qarşıdır, lakin təcrübəyə uyğundur. Hüquqi situasiyaları müzakirə edərkən de-yure qanunla müəyyən edilmiş tərəfdən yanaşılır, de-fakto isə əslində olan vəziyyət və ya təcrübə deməkdir.
Siyasətdə
[redaktə | vikimətni redaktə et]Siyasətdə bir ölkənin və ya bölgənin faktiki lideri konstitusiya və ya qanuni yollardan asılı olmayaraq hakimiyyəti öz üzərinə götürmüş şəxsdir. Belə olduğu halda de-fakto termini hakimiyyət tərəfindən onlara qarşı olan və hakimiyyəti qeyri-qanuni, konstitusiyaya zidd və ya başqa qeyri-qanuni yollarla tutulduğunu düşünənlərə qarşı qorunur. Həmin halda de-yure çox vaxt əvvəlki devrilmiş və ya indiki hakimiyyəti sarsılmış lider hesab olunur. De-fakto liderlər bəzən konstitusion vəzifə tutmurlar və hakimiyyəti qeyri-rəsmi şəkildə həyata keçirərək idarə edirlər.[3]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "de fakto". dzen.ru. İstifadə tarixi: 2025-02-26.
- ↑ "В чем разница между статусом де-факто и де-юре в современном мире? - Библиотека Нейро" (rus). İstifadə tarixi: 2025-02-26.
- ↑ Markedonov, Sergey. De-facto States: the Post-Soviet Political Phenomenon (rus). Moskva: Russian State University for the Humanities. 2018.