Daxili qala
Sitadel və ya Daxili qala şəhərin möhkəmləndirilmiş olan əsas hissəsidir. İstehkamın kənar hissələri düşmən əlinə keçəndən sonra insanlar buraya sığınırdılar. Əvvəllər Əhmədek adı ilə də tanınmışdır.[1]
Tərifi və adlandırılması
[redaktə | mənbəni redaktə et]Redutlarla mühafizə olunan istehkamların ən müdafiə edilən və möhkəm hissəsi daxili qaladır. Bu cür tikililər bəzən həm də iqtisadi səbəblərə görə xarici divarların bir hissəsini təşkil edəcək formada tikilə bilirdilər. Düşmən digər müdafiə xətlərini keçdiyi halda son müdafiə xəttini təşkil etmək üçün tikilirdilər. Daxili qalanın müdafiə divarlarının hündürlüyü digər istehkamlardan daha hündür olması ilə seçilir. Qalalarda donjon ilə bərabər axırıncı sığınacaq yeri hesab edilirdilər.
İnkişaf etdirilmələri və istifadələri
[redaktə | mənbəni redaktə et]Qədim dövrlərdə şəhərlərdəki ən güclü və etibarlı hissə hesab edilən daxili qala ələ keçirilmədiyi halda üsyan qəti olaraq müvəffəqiyyət qazanmış hesab edilmirdi. Bunun ən yaxşı nümunəsi isə Selevkilər imperiyasıdakı İudeyada yaşayan Makkabilərin üsyanıdır. Yerusəlimdəki Helen qarnizonu yerli əhalinin dəstəkləri sayəsində üsyançıların nəzarətində olan ərazidə illərlə sağ qalmağa nail ola bilmişdir. Bilinən ən qədim daxili qalalara Hind çayı sivilizasiyalarında rast gəlinmişdir. Divarlarının hündürlüyü 12 metr olan binaların funksiyası hələ də tam olaraq məlum deyildir. Orta əsrlər dövründə isə daxili qalalar şəhərlərə əlavə mühafizənin təmin edilməsi nöqteyi-nəzərindən olduqca əlverişli idilər. Məsələn, 1543-cü ildə Osmanlılar tərəfindən həyata keçirilmiş olan Nitsa mühasirəsi zamanı Xeyrəddin Barbarossanın komandanlığı altında olan qoşunlar şəhərin böyük hissəsini ələ keçirdərək qarət etmiş olsalar da, daxili qalaların ələ keçirilməsi mümkün olmadığı üçün şəhəri tamamilə zəbt edə bilməmişdilər. Buna oxşar olan başqa bir situasiya isə XIX əsrdə baş vermişdir. Belə ki, 1830-32-ci illərdə müstəqilliyini elan etmiş olan Belçika ərazisində, general Devid Hendrik Çessenin komandanlığı altında olan Niderland qoşunları daxili qalanın mühafizəsini təşkil edirdilər. Böyük Fransa inqilabı zamanı Bastiliya qalası şəhərdəki inqilab əleyhdarlarının sığınacağı və inqilabçıların həbs edildiyi üçün məkan olduğu üçün əsas hədəfə çevrilmiş və qalaya edilmiş olan hücumdan sonra qala üsyançılar tərəfindən ələ keçirilmişdir. İspaniyada vətəndaş müharibəsi zamanı millətçilər Toledodakı Alcazarda iki ay müddətində mühasirədə qalmış olsalar da, sonradan gələn dəstək qüvvələrin sayəsində xilas olmuşdurlar. Bu nümunədən də göründüyü kimi, daxili qala kimi güclü istehkamlar müasir döyüşlərdə belə müdafiə məqsədi ilə istifadə oluna bilərlər. Vyetnam müharibəsi əsnasında baş vermiş olan 1968-ci ildəki Hue mühasirəsi zamanı zamanı Vyetkonq qoşunları Huế daxili qalasında özlərindən say etibarı ilə çox üstün olan ABŞ və Cənubi Vyetnam qoşunlarının hücumlarına qarşı 26 gün müqavimət göstərə bilmişdirlər.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Haitidə yerləşən Laferriere qalası
-
Suriya sərhədləri daxilində yerləşən və Səlibçi dövlətlərə aid istehkam olan Krak de Şevalye qalası
-
Hələb şəhərində yerləşən qala
-
Kritin Retimno şəhərində yerləşən qala
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "KALE - TDV İslâm Ansiklopedisi". TDV İslam Ansiklopedisi (türk). 6 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2021.