DB bağlayıcısı
Naviqasiyaya keç
Axtarışa keç
DB bağlayıcısı (en. DB connector), (ru. DB-разъём), (tr. DB bağlaç) – kompüterə informasiyanın ardıcıl və paralel giriş-çıxışını təmin etmək məqsədilə istifadə olunan bir neçə növ bağlayıcıdan (konnektordan) biri.
DB (DATA BUS) hərflərindən sonra gələn ədəd həmin bağlayıcının xətlərinin (naqillərinin) sayını göstərir. Məsələn, DB-9 bağlayıcısında, onun kontaktlarına bərkidilmiş doqquz ayrıca xətt olur, ancaq, adətən, onların heç də hamısı istifadə olunmur. DB bağlayıcılarının ən geniş yayılmış növləri bunlardır: DB-9, DB-15, DB-19, DB-25, DB-37 və DB-50.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.