38°34′23″ şm. e. 68°47′11″ ş. u.HGYO

Düşənbə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Düşənbə
Душанбе
Gerb
Gerb
38°34′23″ şm. e. 68°47′11″ ş. u.HGYO
Ölkə
Başçı Rustam Emomali
Tarixi və coğrafiyası
Əsası qoyulub XVII əsr
İlk məlumat 1676
Sahəsi
  • 124.600.000 m²
Mərkəzin hündürlüyü 706 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.201.800 nəf. (1 yanvar 2022)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +992 37
Poçt indeksi 734000
Nəqliyyat kodu 01, 05
Digər
dushanbe.tj
Xəritəni göstər/gizlə
Düşənbə xəritədə
Düşənbə
Düşənbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir.

" Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.[2]

Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.[2]

1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.[3]

1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.[3]

16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir.[3]

1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir.[4]

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür:[4]

  • 1. Sina rayonu (tac. Ноҳияи Сино):
  • Ərazisi: 43.8 km²
  • Əhalisi: 285.4 min nəfər
  • 2. Firdovsi rayonu (tac. Ноҳияи Фирдавсӣ):
  • Ərazisi: 29.1 km²
  • Əhalisi: 183.3 min nəfər
  • 3. Şahmənsur rayonu (tac. Ноҳияи Шоҳмансур):
  • Ərazisi: 27.9 km²
  • Əhalisi: 147.3 min nəfər
  • 4. İsmayıl Samani rayonu (tac. Ноҳияи Исмоили Сомонӣ):
  • Ərazisi: 25.8 km²
  • Əhalisi: 131.6 min nəfər

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 747.6 min nəfər əhalisi var.[4]

2010-cu il siyahıyaalınmasının yekunlarına əsasən şəhər əhalisinin 83.4 %-ini taciklər, 9.1 %-ini özbəklər, 5.1 %-ini ruslar, 2.4 %-ini isə digər millətlərin nümayəndələri təşkil edir.[4]

  1. https://stat.tj/storage//1.01.2022.pdf.
  2. 1 2 Главная научная редакция Таджикской Национальной Энциклопедии, Душанбе 2004, " Энциклопедия города Душанбе " Исторический очерк, Древний, средневековый и новый периоды, стр. 25 Arxivləşdirilib 2010-10-28 at the Wayback Machine
  3. 1 2 3 Географическая энциклопедия: Душанбе Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  4. 1 2 3 4 Исполнительный орган местной государственной власти в городе Душанбе: Информация: Общая информация Arxivləşdirilib 2015-03-26 at the Wayback Machine