Dördüncü divar
Naviqasiyaya keç
Axtarışa keç
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin.[1]
İzahı
[redaktə | vikimətni redaktə et]Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır.
Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur.
Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Breaking the Fourth Wall". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2016.