Crossroads əməliyyatı
Crossroads əməliyyatı (ing. Operation Crossroads) — ABŞ tərəfindən 1946-cı ilin iyulunda Marşall adalarında Bikini atollunda həyata keçirilən nüvə sınaqları. Məqsəd atom silahlarının gəmilərə təsirini yoxlamaq idi. Seriya hər birinin məhsuldarlığı 23 kiloton olan iki partlayışdan ibarət idi: Able qurğusu 1 iyul 1946-cı ildə 158 m (520 fut) yüksəklikdə partladıldı; Beyker 25 iyul 1946-cı ildə suyun altında 27 m (90 fut) uçuruldu. 1947-ci ilə planlaşdırılan üçüncü partlayış — Çarli, ABŞ Hərbi Donanması Beyker testindən sonra gəmiləri təsirsiz hala gətirməməsi səbəbindən ləğv edildi.[1] Partlayışlar zamanı gəmilərə eksperimental heyvanlar yerləşdirilmişdi.
"Crossroads" əməliyyatı çərçivəsində həyata keçirilən sınaqlar ABŞ-nin həyata keçirdiyi dördüncü və beşinci atom partlayışları idi (Alamoqordo poliqonunda Triniti sınağından və Hiroşima və Naqasakinin atom bombardmanından sonra). Bunlar Marşall adalarında edilən ilk atom sınaqları idi və ictimaiyyətə açıqlanan ilk sınaqlar idi. Testlərdə dəvət olunmuş qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər. Sovet İttifaqını SSRİ Elmlər Akademiyasının Radium İnstitutunun Siklotron laboratoriyasının müdiri M. Q. Meşeryakov, BMT-nin Atom Enerjisinə Nəzarət Komissiyasındakı SSRİ nümayəndəsinin eksperti S. P. Aleksandrov əmsil edirdi.[2]
Sınaqlar nəticəsində Beyker sualtı partlayışında hədəf kimi istifadə edilən bütün gəmilərdə radioaktiv çirklənmə baş verdi. Bu, ilk dəfə idi ki, nüvə partlayışı nəticəsində dərhal konsentrasiya edilmiş yerli radioaktiv çirklənmə oldu. Yüksək hündürlükdə partlayış zamanı yoluxma adi hal idi, bir neçə gün ərzində stratosferdə qeydə alınıb və sonra dağılmışdı. Atom Enerjisi Komissiyasının sədri kimyaçı Qlenn Siborq Beykeri "dünyanın ilk nüvə fəlakəti" adlandırıb.[3]
"Crossroads" Əməliyyatına hazırlıq zamanı Bikini Atollunun sakinləri evakuasiya edilib və daha kiçik, yaşayış olmayan adalara yerləşdirilib. Daha sonra, 1950-ci illərdə bir sıra böyük termonüvə sınaqları nəticəsində Bikini kənd təsərrüfatı və balıqçılıq yararsız hala düşdü. Radioaktiv çirklənmə səbəbindən Bikini, dalğıcların nadir səfərləri istisna olmaqla, 2010-cu ilə qədər yaşayışsız qaldı.
Əvvəlki hadisələr
[redaktə | mənbəni redaktə et]Döyüş gəmilərinə qarşı nüvə sınaqlarının keçirilməsi ilə bağlı ilk təklif 1945-ci il avqustun 16-da Atom Enerjisi Komissiyasının sonrakı sədri Lyuis Ştrausdan gəldi. Hərbi Dəniz Qüvvələrinin katibi Ceyms Forrestala ünvanladığı daxili memorandumda Ştraus yazırdı: "Əgər belə bir sınaq keçirilməsə, donanmanın bu yeni silahlar qarşısında köhnəldiyi barədə xoşagəlməz söhbətlər yaranacaq və bu, yeni silahların əldə edilməsinə maneələr yaradacaq". İstifadə üçün yalnız bir neçə bomba var idi, ona görə də o, böyük bir əraziyə səpələnmiş bir çox hədəf gəmilərindən istifadə etməyi təklif etdi. 1921-ci ildə donanmanın ictimaiyyət qarşısında nüfuzu general Billi Mitçelinin bombardmançıları tərəfindən sarsıdıldı və təyyarələrdən gəmilərə qarşı bombardman sınaqları zamanı donanmanın bütün hədəf gəmilər batdı. Ştrausun sınaqları ən azı nəzəri cəhətdən gəmilərin sağ qalma qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyırdı. Nəticədə bütün hədəf donanması radioaktivliklə effektiv şəkildə məhv ediləcəkdi.
Doqquz gün sonra, bir il ərzində Atom Enerjisi Aktının layihəsini hazırlayacaq senator Makmen Brayen Konqresdə Birgə Atom Enerjisi Komitəsini təşkil edəcək və ona rəhbərlik edəcəkdi, belə sınaqların keçirilməsi üçün ilk ictimai təkliflə çıxış etdi, lakin sınaqlar gəmilərin sağ qalma qabiliyyətini deyil, zəifliyini nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu. O, ələ keçirilən Yapon gəmilərinə atom bombası atmağı təklif etdiː "Nəticədə meydana gələn partlayış bizə atom bombasının nəhəng döyüş gəmilərinə qarşı nə qədər təsirli olduğunu göstərməlidir" dedi. Sentyabrın 19-da ABŞ Hərbi Hava Qüvvələrinin (USAAF) komandanı general Henri Harli Arnold Hərbi Dəniz Qüvvələrindən ələ keçirilən otuz səkkiz Yapon gəmisindən onu Makmen tərəfindən təklif edilən sınaqlarda istifadə etmək üçün saxlamağı xahiş etdi.
Bu vaxt, 27 oktyabrda admiral Ernest Kinq tərəfindən mətbuat konfransında plan ictimaiyyətə açıqlandı. O, əksəriyyəti artıq ABŞ gəmiləri olan 80-100 hədəf gəmisindən istifadə etməyi təklif etdi. Ordu və Hərbi Dəniz Qüvvələrinin sınaqları idarə etmək üçün yarışması ilə Müharibə Departamentinin rəsmisi Howard S. Peterson qeyd etdi: “İctimai rəyə gəlincə, sınaqlar donanmanın gələcəyini təhlükə altına qoyan kimi təqdim olunur... Əgər donanma sınaqlardan ictimaiyyətin gözlədiyindən daha yaxşı keçərsə, ictimai rəydə donanma "qalib gələcək".
Hərbi Dəniz Qüvvələri sınaqların təşkili və idarə edilməsi üzrə müsabiqədə qalib gəldi və 11 yanvar 1946-cı ildə admiral Uilyam Blendi "Crossroads Əməliyyatı" adlı sınaq üçün xüsusi olaraq yaradılmış Birgə Ordu və Donanma İşçi Qrupunun 1 (JTF-1) rəhbəri vəzifəsinə təsdiq edildi. Ordunun sınaq rəhbərliyinə namizədi, bombaları hazırlayan Manhetten layihəsinin müharibə zamanı rəhbəri general Lesli Qrovs idi, lakin ona bu vəzifə verilmədi.
Ordu rəhbərliyinin təzyiqi altında, Admiral Blendi donanma rəhbərliyinin təklif etdiyindən daha çox gəmini sınaq bölgəsində cəmləşdirməyə razılaşdı, lakin ordu generalı Kertis Lemeydən "hər bir gəmidə neft, sursat və yanacaq dolu olmalıdır" tələbində imtina etdi. Blendinin arqumenti yanğın və daxili partlayışların, əks halda suda qalacaq və zərərin yoxlanılması üçün mövcud olan gəmiləri batıra bilməsi idi.
Test layihəsinə qarşı çıxmaq
[redaktə | mənbəni redaktə et]“Crossroads əməliyyatı”na etirazlar alimlər və diplomatlar tərəfindən qaldırılıb. Daha əvvəl Yaponiya şəhərlərində kütləvi bomba sınaqlarına etiraz edən Manhetten Layihəsi üzərində çalışan elm adamları bu dəfə sonradan atom bombası sınaqlarının mənasız və ətraf mühit üçün təhlükəli olduğunu müdafiə etdilər. Los Alamosdakı elm adamları "son partlayışın yaxınlığındakı suyun "şeytani" radioaktivlik səviyyəsinə sahib olacağını təsbit etdilər. Sınaqların yalnız gəminin sağ qalma qabiliyyətini nümayiş etdirəcəyini, lakin radioaktivliyin dənizçilər üzərindəki təsirini nəzərə almayacağını bildirdikdə, Admiral Blendi sınaq proqramına bəzi gəmilərdə heyvanların olmasını əlavə etdi və bu isə heyvan hüquqları müdafiəçilərinin etirazına səbəb oldu.
Konqresmenlər 450 milyon dollar dəyərində hədəf gəmilərin məhv edilməsini tənqid etdikdə, Admiral Blendi cavab verdi ki, onların əsl dəyəri bir ton metal qırıntısı üçün 10 dollar, ümumi cəmi 3,7 milyon dollar dəyərindədi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ What Science Learned at Bikini, Life Magazine, August 11, 1947, с. 77.
- ↑ Экспедиция на Бикини. Несколько малоизвестных страниц из истории испытаний ядерного оружия, "Деловой вторник", 27.03.2007.[ölü keçid]
- ↑ Высотный взрыв первого ядерного испытания "Тринити" в Нью-Мексико 16 июля 1945 года проводился на высоте 30 м (100 футов), бомба находилась на вершине башни. В результате взрыва образовался кратер глубиной 2 м (6 футов) и радиусом 170 м (500 футов), а также привело к некоторому заражению, Hansen, 1995. səh. 154, Vol 8, Table A-1. и Glasstone, Dolan, 1977. səh. 409, 622. Чтобы не вызвать местного заражения, испытание "Тринити" надо было проводить на высоте не менее 200 м (580 футов), Fletcher, 1977 Однако испытания были секретными и в мире ничего в то время не было известно об радиоактивном заражении.