Con Saris
Con Saris | |
---|---|
ing. John Saris | |
Doğum tarixi | 1580 |
Vəfat tarixi | 1643[1] |
Milliyyəti | ingilis |
İxtisası | tacir |
Con Saris (ing. John Saris; 1580 – 1643[1]) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı.
Karyerası
[redaktə | mənbəni redaktə et]Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi.[2] O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür.[2] Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi.[3] 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində[a] Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür.[3] Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişdirlər.[3] Onlar Sarisə Uraqa[b] limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir.[3]
Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır.[3] Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir.[3] Hirado limanı hollandların monopoliyası altında olduğu üçün ingilislər onların kölgəsində qalmış, Hiradodakı ticarət postu 1623-cü ildə bağlanmışdır.[3] Nəticədə, Sarisin missiyası uğursuzluqla nəticələnmişdir.[3]
Sarisin səyahət jurnalı 1900-cü ildə "Kapitan Con Sarisin Yaponiyaya səyahəti, 1613" adı altında nəşr olunmuşdur.[3]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Hazırda Şizuoka şəhəri.
- ↑ Hazırda Yokosuka.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 21-22. ISBN 0-87011-627-4. İstifadə tarixi: 18 iyul 2022.