Canbəyim Xatun
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Canbəyim Xatun | |
---|---|
– 1468-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Dəfn yeri | Təbriz, Göy Məscid |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Tağəddin Rəcəb ibn Əfridun |
Uşaqları |
|
Dini | Şiə İslam [1] |
Canbəyim Xatun (d. - ö.1468-ci il) - Qaraqoyunlu hökmdarı Cahanşahın həyat yoldaşı, diplomat, dövlət xadimi. Canbəyim Xatun XV əsrin xarici və daxili siyasətində mühüm rolu olan, oğulları ilə Cahanşah arasında yaranan ixtilafların həllində öz təsirini göstərən, eləcə də sultanlığın mövcudluğunun qorunub saxlanılması üçün ciddi səylər göstərən mühüm şəxsiyyətlərdəndir. Hüseyn Katib “Tarixi-i Cədid-i Yezd” adlı kitabında Canbəyim Xatundan bəhs edərək “İki dünyanın xidmətçisi,Ən böyük yüklərin Şərəflisi
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərman və vaqiyənamələrdə Cahanşahın həyat yoldaşı və uşaqlarının anası kimi qeyd edilən Canbəyim Xatunun kimliyi ilə bağlı mənbələrdə çox az məlumat var. O Tağəddin Rəcəb ibn Əfridunun qızıdır. Canbəyim Xatunun Cahanşah ilə etdiyi evlilikdən Pir Budaq, Məhəmməd-i Mirzə, Əbu Yusif Mirzə, Əbul Qasım Mirzə, Ferruxzad Mirzə və Dövlət Sultan adlı övladları dünyaya gəlmişdi. Mənbələrdə onun doğum ili qeyd olunmasa da, H.871/M.1468³-də Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən öldürüldüyünə dair məlumatlar var. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir.[1] Hüseyn Kərbəlayinin “Ravzatü'l-Cinan ve Cennatû'l-Cenan” əsərində, Canbəyim Xatunun dəfn olunduğu yerdən bəhs edir, “Onun (Cahanşahın) cənazəsi Müzəffəriyyədə, yəni həyat yoldaşı Canbəyim Xatunun binalarından biri olan Təbrizdəki Məscid-i Kebudda, övladlarının çoxu ilə birlikdə dəfn edilmişdir.“[2]
Mənbələrdə Canbəyim Xatunun adına ilk dəfə Cihan şahın Ayn əl-Arusdakı düşərgəsində bir Osmanlı səfirini qəbul etməsi və Diyarbəkir səfəri ilə əlaqədar rast gəlinir.[3] Onun 858/1454-cü ildə Yusif Bahadır xanla birlikdə Yəzdə səfəri haqqında daha ətraflı məlumat var. Bu rəvayət heç bir şübhə yeri qoymur ki, Canbəyim Xatunun bu səfərdə siyasi məqsədi varidi. O, Qurban bayramı şənlikləri fonunda Kirman idarəsinin oğlu Pirbudaqdan Yusif xana keçməsini təmin etmiş, Yəzd valisini öz məqamında təyin etmiş və Pirbudağın Şiraza getməsinə nail olmuşdu.[4]
Dövlətin daxili siyasətində, xüsusən də Cihanşahla oğulları arasında gedən çəkişmələrdə Canbəyim Xatunun sözü dinlənilib və rəğbət bəslənilib. Əslində, Cahanşah ona qarşı üsyan edən oğlu Həsən Əlinin ölkədən çıxarılması, hətta dəfələrlə öldürülməsi əmri versə də, ögey anası Canbəyim Xatun hökmdardan onun bağışlanmasını istədiyi üçün Həsən Əlini bağışlanmışdı.[5] Pirbudaq Bağdadda müxalifətə başlayanda Cahanşah Həsən Əlini Canbəyim Xatuna tapşıraraq, Bağdadı Pirbudağın əlindən almaq üçün Həsən Əlini Suriya sərhəddinə aparmağı əmr etmişdi. Bu xahişlə Canbəyim Xatun Həsən Əlini Bağdad tərəfindən keçirib Suriyaya göndərdi (1461). Sonrakı il Şirazda (1462) üsyan qaldıran Pirbudaq çətin vəziyyətdə qalaraq atasına məktub göndərib ondan daha qan tökülməməsini xahiş edir. Canbəyim Xatun isə Şiraza gedən oğluna nəsihət verərək onu Bağdada qaytarır və Cahanşahla oğlu arasında müqavilə bağlanmasını təmin edir. Müqaviləyə əsasən Cahanşah Şirazı ona təslim etsə də, atasının əmr və qadağalarına əməl etdiyi məlum olduqdan sonra Şirazın idarəsinə geri qayıtmalı idi.[6]
Cahanşahın ölümündən (1467) sonra sultanlıq mübarizəsində olan Qaraqoyunlu Mirzələri arasında baş verən hadisələrdə Canbəyim Xatunun təsiri də görünür. Belə ki, İsgəndərin oğullarının atası Cahanşahın ölümündən sonra qiyam qaldırdığı xəbərini eşidəndə Maku qalasından çıxan Həsən Əli əmirlər, nökərlər və ətrafına toplaşan 180 nəfərlə birlikdə Təbrizə gəlir və Qaraqoyunlu dövlətinin yenidən təşkili üçün fəaliyyətə başlayır.[7] Həsən Əli təşkilatlanmaqla məşğul olarkən İsgəndər bəyin qızları Arayis və Şah Saray qardaşları Hüseyn Əlinin hakimiyyətini elan etdi. Xəbəri eşidən Canbəyim Xatun qardaşı Qasımı Həsən Əlini dəstəkləmək üçün Təbrizə göndərir. Hüseyn Əlini isə Sahibabadda öldürüb, İskəndərin qızlarını həbs etdirir. Beləliklə taxt-tacı Həsən Əliyə təhvil verir. Lakin Həsənəli Əmir Neymətullah-1 Sanini Cuşin qalasına göndərib taxt-tacı ona təslim etmiş, dəfələrlə həyatını xilas edən ögey anasını, yəni Canbəyim Xatunu öldürdür.[8]
Dövlət idarəsində rolu
[redaktə | mənbəni redaktə et]Bir çox fərman, kitabə və vəqf qeydlərində Canbəyim xatunun adının və möhürünün qeyd olunması onun Qaraqoyunlu dövlət idarəsində ciddi səlahiyyət sahibi olduğunu göstərir. Məsələn, 1461-ci il ermənilərin Ağvan vilayətlərində məzhəb rəhbərliyi və bölgənin xristian keşişlərinin cizyədən və buna bənzər vergilərdən azad edilməsi ilə bağlı fərmanda Cahanşahla yanaşı onun həyat yoldaşının adı da yazılmışdır. Eyni şəkildə bəzi vəqf torpaqları bağışlanarkən, Cahanşahın həyat yoldaşı Canbəyim Xatun və qızı Dövlət Xatun kimi qadınların razılığı alınmış və adları vəqf qeydlərinə yazılmışdır. Bir digər vəqfnamənin sonunda vəqf edən şəxsin, Mirzə Yusifin bacısı olan Dövlət Sultan Xatunun təsdiqini və adını görürük. Bundan başqa bəzi rəsmi yazışmalarda da Cahanşah ilə birlikdə Canbəyim Xatunun adına və möhürünə tez-tez rast gəlinir. Canbəyim Xatunun özünəməxsus möhürü varidi. Möhürün üzərində yazırdı: “Uca Allah ki, dünyanıza halını verəndə fələyin qarşısında əyilməsinə məğrur olma, Xatun Can”. [9]
Kaşan Meydan məscidinin qapısında yerləşən kitabədə “Süphan tanrının köməyi, dünya onun itaətində olan böyük sultanlar və onların ümmətləri boyunlarının surəti olan xaqan, Allahın bağışlayan kölgəsi, Əbül Müzəffər Cihanşah Bahadurxan və Hz. İsmət penah sultanət şiar Begüm hökmdarı-Allah onların səltənətinə və yurduna rəhmət eləsin“ şəklində başqa bir damğası da mövcud idi. Eyni kitabədə Canbəyim Xatunun insanların hüquqlarını qoruyan və onlara heç bir çətinlik vermək istəməyən ədalətli bir insan olduğu qeyd edilir.[10]
Canbəyim Xatun hətta erməni xalqı tərəfindən də sevilir və hörmət edilirdi. Məsələn, bir erməni kolofonundaki ifadələrdən birində deyilir: “Krallar kralı Cahanşah, sultan və kraliça Bəyim Xatun katolikoslara şərəf verdilər, xələt geydirməklə onu təltif etdilər və Lusavoraçimiz Əziz Qriqorun müqəddəs əlini ona ərmağan edərək Patrik payəsində təltif etdilər.“ Bu ifadələrdən anlaşılır ki, Canbəyim xatun qeyri-müsəlmanlar tərəfindən də təqdir edilirmiş.[10]
Bunlardan başqa, XV əsrdə monarxın həyat yoldaşı kimi Canbəyim Xatun Qaraqoyunlu dövlətinin xarici siyasətində mühüm rol oynamışdır. Uzun Həsənin getdikcə güclənən və tanınan bir şəxs olduğunu anlayan Cahanşah, Cahangirlə olduğu kimi onunla da sülh müqaviləsi bağlamaq üçün cəhdlər etdi. Bu müqavilənin danışıqları Canbəyim Xatun vasitəsilə aparılmışdır. Belə ki, Uzun Həsən Ayn əl Arusa getdiyi zaman Qara Paşa adlı bir şəxs, Cahanşahın həyat yoldaşı Canbəyim Xatun və Şeyx Kutlu bəyin oğlu elçi kimi gəlib Uzun Həsənə şahın tələblərini bildirmişdi. Uzun Həsən də Mövlana Şeyx Əhmədi dostluq və qardaşlıq şərtlərini yerinə yetirmək üçün yenidən Canbəyim Xatunun yanına göndərmişdir. 1455-ci ilin qışında qarşılıqlı elçilər gəlib getsələr də, razılığa gəlmək mümkün olmadı.[11]
Memarlıq fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]Canbəyim Xatun Cahanşahla birlikdə ölkənin yenidən qurulması ilə maraqlanmış və dövrün ümumi vəziyyəti ilə paralel olaraq mədəniyyət və incəsənət fəaliyyətləri ilə məşğul olmuş, alimlərə, sənətkarlara və ruhanilərə qayğı göstərmiş, onlar üçün müxtəlif şəhərlərdə hənkə, məscid və mədrəsə kimi vəqf qurumları tikdirmişdir. Eynilə, onun adına çoxlu vəqf qeydləri var.[12] Məsələn, Cahanşah dövrünə aid Göy məscidin üzərindəki kitabədə onun Canbəyim Xatun və qızı tərəfindən tikildiyi barədə məlumat yazılıb. Mənbələrdə də Canbəyim Xatun Göy məscid və Müzəffəriyə adı ilə tanınan kompleksi tikən və qoruyan şəxs kimi görünür. Hər nə qədər bu tikintilərinin sifarişi Cahanşah tərəfindən verilsə də, vəqflərdə və “Sarıh əl-Süd”də yazılana görə, kompleksin arxasında duran ideya və onun tamamlanmasında hərəkətverici qüvvən Canbəyim Xatun idi. Vəqflərin bəyanatları heç bir şəkildə yazılı mənbələrlə ziddiyyət təşkil etmir. Göy məscidin Canbəyim Xatunun şəxsi məqbərəsi olaraq bağlarla, bazar binaları və öz su şəbəkəsi ilə təchiz olunmuş yeni məhəllənin mərkəzini təşkil etdiyi bizə məlumdur. Hüseyn Kərbəlai da “Ravzatü'l-Cinan” əsərində “Sanki imaret (Göy məscid) onun (Cahanşahın) hörmətli həyat yoldaşı Canbəyim Xatunun himayəsi ilə tikilmişdir. Doğru və iffətli olan bu qadın dərhal bu türbədə dəfn edilmişdir” və Göy mədrəsənin onun səyi ilə tikildiyini və ölümündən sonra burada dəfn edildiyini bildirir.[13]
Eləcə də Ərdəbildəki Şeyx Sufi sarayı Cahanşah və həyat yoldaşı Canbəyim Xatunun əmri ilə inşa edilib. Daha sonra Cahanşahın kürəkəni Şeyx Cəfərin oğlu Xacə Əliyə ithaf edilmişdir. Məşhur səyyah Şarden də öz səyahət kitabında tikintinin Cahanşah dövründə aparıldığını yazır.
Bundan başqa Kaşan Meydan məscidinin qapısındakı ərəb yazısında Cahanşahın adı ilə yanaşı, Canbəyim Xatunun da adı da yazılıb və ona təriflər verilib. Bu da onun xeyriyyəçilik, mədrəsə, məscid və yeməkxana s. tikintisinə verdiyi dəstəyi göstərən başqa bir nümunədir.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rumlu, 2020. səh. 52
- ↑ Kərbalai, 1966. səh. 524
- ↑ Tehrani, Mürsel, 2001. səh. 152
- ↑ YIldız, 2015. səh. 261
- ↑ Arayancan. səh. 289
- ↑ Rumlu, 2020. səh. 390
- ↑ Rumlu, 2020. səh. 445
- ↑ Tehrani,Mürsel, 2002. səh. 279
- ↑ Arayancan. səh. 287
- ↑ 1 2 Arayancan. səh. 288
- ↑ Arayancan. səh. 280
- ↑ Yıldız, 2015. səh. 261
- ↑ 1 2 Yıldız, 2015. səh. 262
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Həsən bəy Rumlu tərcümə Mürsəl Öztürk. Ahsenü't-Tevârîh. Ankara. 2020. ISBN 978-975-17-4595-8.
- Ahmad B. Huseyn B. Âlî Kâtib, Târîh-i cedîd-i Yezd. tərc İrec Afşâr. Tehran. 1978. səh. 274.
- ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYE. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Mürsel Öztürk. 2014. ISBN 978-975-16-2752-0.
- Christoph Udo WERNER tərc Leyla Yıldız. KIZLARIM İÇİN BİR VAKIF HATUN CAN BEGÜM VE TEBRİZ’DE GÖK MESCİD’İN KARAKOYUNLU VAKIFLARI. Marmara Türkiyat Araştırmaları Dergisi. 2015. 251–266.
- Aybe ATICI ARAYANCAN. Akkoyunlu ve Karakoyunlu’da Kadının Devlet Yönetimi ve Diplomasideki Önemine İki Örnek: Hatun Can Begüm ve Sara Hatun. TÜRKİYAT ARAŞTIRMALARI DERGİSİ ï. 2015. 285–301.