Bunquran
Naviqasiyaya keç
Axtarışa keç
Bunquran adaları | |
---|---|
ind. Kepulauan Natuna | |
Ümumi məlumatlar | |
Adaların sayı | 272 |
Ümumi sahəsi | 1300 km² |
Hündür nöqtəsi | 65 m |
Əhalisi | 100.000 nəfər (2008-ci il) |
Yerləşməsi | |
4°00′00″ şm. e. 108°15′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bunquran adaları (Natuna; ind. Kepulauan Natuna) — Cənubi Çin dənizində, İndoneziyaya məxsus olan ada. İndoneziyanın ən şimal arxipelaqlarından biridir. Sahəsi 1300 km²-dir. Əhalisi 100 000 nəfəre təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmandır[1].
Arxipelaqa daxil olan adalar: Bunquran-Besar, Subi-Besar, Laut, Serasan, Miday. Adalar qranittdən təşkil olunmuşdur. Bunquran-besar adasının mərkəzində 959 m hündürlüyü olan zirvə yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində 2000 mm yağıntı düşür. Rütubətli, həmişəyaşıl tropik meşələrlə örtülüdür. Adalarda kokos palması, çəltik, qarğıdalı əkilir.
İnzibati cəhətdən İndoneziyanın Kepulapuan vilayəti, Natuna dairəsinə daxildir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Natuna Islands: Geographically Malaysian, politically Indonesian Arxivləşdirilib 2021-03-17 at the Wayback Machine, mstar.com.my. 7 December 2013 (in Malay)