Bunge katalpası
Bunge katalpası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Bunge katalpası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Şimali Çində yayılmışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri sallaq, qınşəkilli, silindrik, uzunluğu 25–45 sm, eni 0,6 sm olan, toxumlu qutucuqlardır və bütün qışı bitkinin üstündə qalır. Saplaqların uzunluğu 2–8 sm-dir. Toxumlarla, yay qələmləri və zoğlarla çoxalır.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Küləkdən qorunan günəşli yerdə əkilməsi məsləhət görülür. Torpağa tələbkar deyil, bataqlıq yerləri sevmir. Qarsız sərt qışda cavan nümunələri dona bilər, ona görə payızda gövdəətrafı dairələr quru yarpaqlarla mulçalanır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Mərdəkan dendrarisində introduksiya edilmişdir. Qəbələ, Zaqatala, Qax, Balakən, Şəki və başqa rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə edilir.