Bronxoskopiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bronxoskopiya
Bronxoskopiya:Ağciyərlərin bronx və alveolalarının lavaşı.
Bronxoskopiya:Ağciyərlərin bronx və alveolalarının lavaşı.
MeSH D001999
MedlinePlus 003857
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bronxoskopiya, traxeobronxoskopiya (yun. βρόγχος - bronxa, nəfəs yoluna; σκοπέω - baxıram) xüsusi cihaz - fibrobronxoskop vasitəsilə bilavasitə tənəffüs yollarının: qırtlaq, nəfəs borusu, bronxların selikli qişalarının, mənfəzlərinin vizual müayinəsi. Fibrobronxoskop fibrooptik liflərdən ibarət, işıq mənbəyi eləcə də manitora çıxışlı videoya fotokamera ilə əlaqələndirilmiş elastik bir boru olub, vasitəsilə nəinki vizual müayinə həmçinin üzərində olan manipulyatorlar vasitəsilə dioqnostik-labarotor müayinə üçün materiallar: biopsiya, selik, bəlğəm, yad cisim və s. götürmək və bütün icra edilən müdaxiləni yaddaşa köçürüb arxivləşdirmək mümkündür. Bronxoskopiya həm müalicə həm də diaqnostik müayinə məqsədilə tətbiq edilir.