55°46′29″ şm. e. 49°07′01″ ş. u.HGYO

Bornay məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bornay məscidi
Xəritə
55°46′29″ şm. e. 49°07′01″ ş. u.HGYO
Ölkə  Tatarıstan
Şəhər Kazan
Yerləşir Axtyamov küçəsi 7
Tikilmə tarixi 1872
Üslubu Eklektizm
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Bornay məscidi (Tatarıstan)
Bornay məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi.[1][2][3]

1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir.[1]

1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib.[2] Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub.

1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib. Hazırda isə məscid təmir olunaraq fəaliyyətə başlayıb.[3]

  1. 1 2 "Бурнаевская мечеть/ Bornay məscidi" (rus. ). russian-mosques.com. 2 fevral 2014. 2 fevral 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
  2. 1 2 "Бурнаевская мечеть/ Bornay məscidi" (rus. ). photokzn.ru. 17 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
  3. 1 2 "Бурнаевская мечеть (Третья соборная)" (rus. ). kazan-guide.ru. 24 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]