Balqabaq

Vikipediya, azad ensiklopediya
(Boranı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Balqabaq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. Geniş yayılmış sortlarından boz rəngli Volqa sortu orta gecyetişəndir. İri, yumru-yastı formada və açıq boz rəngdədir. Saxlanılma və daşınma üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir.

Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta gecyetişəndir. Yumurtavari və ya uzunsov, rəngi sarıdır. Üzəri tünd yaşıl cizgilidir, orta irilikdədir. Ətli hissəsi dadlı, solğun çəhrayı rəngdədir.

Ukrayna sortu çoxmeyvəli, zəif qabırğalıdır. Çəhrayı rəngdədir. Ətli hissəsi xırçıldayan çəhrayı rəngdə olur. Perexvatka-69 muskat ətirli və gecyetişən sortdur. Orta irilikdə və silindrik formada olub, ətli hissəsi dənəli, xırçıldayan və çəhrayı rəngdədir. Tərkibində 12 mq% karotin və C vitamini vardır. Biryuçekut, Başkir, Çərkəz, Altay sortları da var. Azərbaycanda Palov-Kadu-268, Perexvatka-69 və yerli balqabaq sortları yetişdirilir. Standart üzrə balqabaq təmiz, təzə, yetişmə dərəcəsinə görə birnövlü, sağlam, rəngi və forması təsərrüfat-botaniki sortuna müvafiq, bütöv saplaqlı olmalıdır. Balqabağın ən böyük en kəsiyinin diametri uzunsov formalılarda 12 smdən, yastı və dairəvi formalılarda isə 15 sm-dən az olmamalıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Balqabaq Azərbaycanda "qabaq", "kudu", "boranı" kimi də tanınır. 3 növü Azərbaycanda daha geniş becərilir.

Balqabaqdan aşxanada və yem üçün istifadə edilir. Balqabağın aşxana sortlarından sup, yağlı və südlü püre, marinad hazırlanır və qızardılır. Bundan həmçinin vitamin preparatları, şirniyyat sənayesində sukat və müxtəlif içliklər hazırlanır. Vitamin preparatı üçün ətli hissəsi sarı olanlar daha əlverişlidir. Balqabaq yumşaldıcı xassəyə malikdir. Sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir. Balqabaq tumu yuxusuzluq hallarında yaxşı təsirə malikdir.

Balqabaq xalq təbabətində

[redaktə | mənbəni redaktə et]

Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir.

Bu qarışığın müxtəlif hazırlanma üsulları var - bal balqabaq şirəsi ilə qarışdırılır və ya balqabağın əti sobada bişirilir, əzilir və balla qarışdırılır. Lakin ən faydalı qarışıq hazırlamaq üçün təqdim etdiyimi tanınmış qədim reseptdən istifadə edin. İri balqabağı götürüb yuxarısını kəsin və qaşıqla tumları çıxardın ki, oyuq alınsın. Bu oyuğa ortasına qədər duru bal tökün, kəsilmiş yuxarı hissəsini üzərinə qoyun (qapaq kimi), qıraqları xəmirlə "yapışdırın". Balqabağı 10 gün ərzində soyuq yerdə saxlayın. Daha sonra balqabağı "açın", alınmış şirəni şüşə bankaya tökün və soyuducuda saxlayın. Qarışığı gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır.

Balla balqabağın faydaları:

qanazlığı zamanı çox faydalıdır, qanın tərkibini yaxşılaşdırır,
orqanizmi möhkəmləndirir, immun sisteminin fəaliyyətini yaxşıalşdırır,
orqanizmi şlaklar və toksinlərdən təmizləyir,
bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir,
qaraciyər üçün olduqca faydalıdır,
böyrəkləri, sidik kisəsini, sidik yolları təmizləyir,
sakitləşdirir, stressi azaldır, yuxunu tənzimləyir,

Sizdə qastrit, mədə xorası və s. kimi mədə-bağırsaq sistemi xəstəlikləri varsa, balqabağı sobada bişirin, əzin və sonra balla qarışdırın.

"Quran"da balqabaq haqqında belə bir ifadə var:

"Üzərinə qabaq cinsindən bir ağac bitirdik."[3]