Boralday kurqanları
Boralday kurqanları | |
---|---|
43°20′13″ şm. e. 76°52′07″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
Şəhər | Almatı |
Yerləşir | Almatı |
Tikilmə tarixi | e.ə.VI-III əsrlər |
Kateqoriya | Yaşayış yeri,Nekropol |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Boralday kurqan nekropolu (qaz. Боралдай) — Almatı şəhərinin şimal-qərbində yerləşən erkən dəmir dövrünə aid 47 kurqandan ibarət kompleksdir. Qəbir abidələri sak və uysun tayfalarına aiddir.[1] Kompleks ilk dəfə 1956-cı ildə arxeoloq Ağeyeva tərəfindən elmi şəkildə təsvir edilmiş və qeydə alınmışdır.[2]
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Boralday kurqan nekropolu Boralday kəndinin cənub-şərq kənarında, Böyük Almatinka çayının yüksək sol sahilində yerləşir. Məzarlığın uzunluğu 3 km, eni isə 800 metrdir. Məzarlığın cənubindan Böyük Almatı kanalı keçir.[3] Kompleksin sahəsi 430 hektardır.[4]
Arxeoloji kompleksin tərkibi
[redaktə | mənbəni redaktə et]Nekropol cənub-qərb, şimal-şərq silsiləsində yerləşən 47 Sak və Uysun kurqanından ibarətdir. Hündürlüyü 14 metr, diametri 100 metr olan ən böyük kurqan nekropolun mərkəzində yerləşir. Bəzi kurqanların hündürlüyü 5-6 metr, diametri 60-80 metrdir. Orta ölçülü kurqanların hündürlüyü 3 metr, diametri 30-40 metrdir. Kiçik ölçülü kurqanların hündürlüyü isə 1-1,5 metr, diametri 10-20 metrdir.[5]
1990-cı illərin əvvəllərində kurqan qismən də olsa itmişdi. Karxanaları nekropolun yaxınlığında olan Burunday kərpic zavodu, buradakı gil ehtiyatlarından istifadə edirdi. Nekropolun 60 hektarlıq ərazisində xeyli gil ehtiyatının olduğu məlum idi. Zavod səlahiyyətlilərə, kurqanların ilkin qazıntılarının xərclərini ödəyəcəyi qarşılığında ona gil ehtiyatları olan nekropolun bir hissəsini ayırmaq təklifini etdi. Arxeologiya İnstitutu müqavilə bağlamağa hazır olsa da, lakin başqa bir tənzimləyici orqan olan Kazproektrestavratsiya İnstitutu buna qarşı çıxdı. Geoloqlar sübut etdilər ki, gil təkcə məzarlıqlarda tapılmır və kərpic zavodu karxanaları nekropoldan bir qədər uzaqlaşdırıldı. Bu gün Burunday kurqanları kompleksi Almatı yaxınlığında topoqrafiyasını və landşaftını qoruyub saxlayan yeganə abidədir.[6]
Boralday kurqanlarının tarixi erkən dəmir dövrünün əvvəllərinə və saklara aid edilir. Mərkəzində daş ocaq olan qədim sak yaşayış məskənlərinin maketləri var.
Yaşayış sahəsi yemək bişirmək və sənətkarlıq olmaqla bir neçə sahəyə bölünüb. Qış üçün taxıl, arpa və digər ehtiyatların saxlanması üçün yerlər də var.[7]
"Boralday Sak kurqanları" Arxeoloji Parkı
[redaktə | mənbəni redaktə et]Almatı akimatının 28 mart 2006-cı il tarixli 1/185-390 saylı qərarı ilə kurqanların olduğu ərazidə açıq səma altında muzey yaratmaq Almatı Muzeyinin yurisdiksiyasına verilmişdi. "Boralday Sak kurqanları" arxeoloji parkı "Qazax xalqının köçəri memarlıq və məişət abidələri" etnoparkı kimi fəaliyyət göstərməlidir.[8]
Tanınmış qazax arxeoloqu Baypakovun fikrincə, müasir muzeyin yaradılması zərurəti çoxdan keçib, çünki bu gün o kurqanlar alaq otları ilə örtülmüş kurqanlardır. Onun fikrincə, Macarıstan və Cənubi Koreyadakı analoji muzeylərin təcrübəsindən istifadə etmək lazımdır ki, buraya gələn insanlar dincələ, tarixi görə və tarixə toxuna bilsin. O qeyd edir ki, arxeologiya həmçinin iqtisadiyyata söykənən elmdir. Abidələrdə nəinki qazıntı, tədqiqat işləri aparılmalı, kurqanlar haqqında dissertasiya işləri yazılmalı, həmçinin yeni kəşflərlə turizmin inkişafına şərait yaradılmalıdır.[9]
2016-cı ildə Almatı Muzeylər Assosiasiyasının elmi katibi M.M.Nurpeysov inkişafın əsas istiqamətinin ekopark ideyası olduğunu açıqladı. Kurqanların yerləşdiyi parkın mərkəzi hissəsində landşaftın mümkün qədər qorunub saxlanılması ilə ətrafda kiçik bağların olması nəzərdə tutulurdu.[10]
2017-ci il 27 may tarixində parkda keçirilən mədəniyyət festivalı çərçivəsində, buraya gələn ziyarətçilər Taksay 1 kurqanında tapılmış “Sarmatiya kahininə” aid qızıl zinət əşyalarını və sak mədəniyyətinə aid maddi mədəniyyət nümunələrini həqiqətən görə bildilər. Ziyarətçilər parkın ərazisinin abadlaşdırılması məqsədilə aparılan təmizlik işlərində də iştirak ediblər.[4].
Statusu
[redaktə | mənbəni redaktə et]10 noyabr 2010-cu ildə Almatı şəhərinin yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin yeni Dövlət siyahısı təsdiq edildi, eyni zamanda bu məsələ ilə bağlı bütün əvvəlki qərarlar qüvvədən düşdü.[11] Bu qərar Borolday kurqanlarının yerli əhəmiyyətli abidə statusunu qoruyub saxladı. Mühafizə zonalarının sərhədləri 2014-cü ildə təsdiq edildi.[12]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Что ждет казахстанский Стоунхендж?". voxpopuli.kz. 5 May 2016. 2019-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ "БОРАЛДАЙСКИЕ САКСКИЕ КУРГАНЫ". Қазақстанның қасиетті географиясы (qazax). 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
- ↑ "Управление культуры г. Алматы. Курганный некрополь (могильник) Боролдай". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ 1 2 "Открытие археологического парка «Боралдайские Сакские Курганы»". 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ Энциклопедия Алматы. Боралдай, курганы
- ↑ "Очерки истории Алматы. Казахстанские бизнесмены строят дома на курганах и некрополях ранних кочевников". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ "Боралдайские сакские курганы". www.museum.denisovka.kz. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ Энциклопедия Алматы. Археологический парк «Боралдайские сакские курганы»
- ↑ "Археолог Байпаков: Алматы может быть и более тысячи лет". 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ Ученые Алматы призывают сохранить археологический парк «Боралдайские сакские курганы» в первозданном виде[ölü keçid]
- ↑ "Постановление Акимата города Алматы от 10 ноября 2010 года N 4/840 «Об утверждении Государственного списка памятников истории и культуры местного значения города Алматы»". 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
- ↑ "Решение ХХХI сессии маслихата города Алматы V созыва от 10 сентября 2014 года N 261 «Об утверждении границ охранных зон, зон регулирования застройки и зон охраняемого природного ландшафта объектов историко-культурного наследия города Алматы»". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-01.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Boralday sak kurqanları (rus.)