Borş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Borş
Aid olduğu milli mətbəxlər
Belarus mətbəxi
Rusiya mətbəxi, Polşa mətbəxi
Mənşəyi
Tərkibi
Əsas
Digər mətbəxlərdə
Oxşar Şi, Soyuq borş
Borş

Borş (İngiliscə tələffüz: Listeni/ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi AvropaŞimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir[1][2][3]. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.

Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir.

Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur.

6 porsiya üçün nəzərdə tutulub

  • 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
  • 5 xörək qaşığı kərə yağı və ya duru yağ
  • 1 baş soğan
  • 1 ədəd orta boy çuğundur (300 qr)
  • 2 ədəd yerkökü (300 qr)
  • 2 xörək qaşığı tomat
  • 3–4 dəfnə yarpağı (rusca: lavroviy list)
  • 1 ədəd orda boy kələm (700 qr)
  • 3 ədər kartof
  • 2 stəkan xırda-xırda doğranmış cəfəri
  • zövgə görə duz
  • zövgə görə istiot

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
  1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun.
  2. Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.
  3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.
  4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.
  5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövqə görə qatıq tökülüb yeyilir.
  1. Marks, Gil (2010). "Borscht" Arxivləşdirilib 2020-09-04 at the Wayback Machine. Encyclopedia of Jewish Food Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. Hoboken: John Wiley & Sons. pp. 196–200. ISBN 978-0-470-39130-3.
  2. Schultze, Sydney (2000). Culture and Customs of Russia Arxivləşdirilib 2021-01-22 at the Wayback Machine. Greenwood Publishing Group. pp. 65–66. ISBN 978-0-313-31101-7.
  3. Lee, Alexander (August 2018). "From Russia with Borscht" Arxivləşdirilib 2021-03-04 at the Wayback Machine. History Today. 68 (8).