Biafra körfəzi
Biafra körfəzi | |
---|---|
Yerləşməsi | |
3°00′00″ şm. e. 8°19′59″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Biafra (ing. Bight of Biafra; fr. Golfe du Biafra; Bonni, ing. Bight of Bonny; fr. Golfe de Bonny) — Atlantik okeanında yerləşən Qvineya körfəzinin bir hissəsi olan körfəzdir.[1]
Niger çayının mənsəbindən Lopez burnuna (Qabon) qədər uzanır. Körfəzin suları Nigeriya, Kamerun, Ekvatorial Qvineya və Qabon sahillərini yuyur. Böyük Bioko adasının yerləşdiyi körfəzə Kamerun, Vuri, Munqo və Munqazi çayları axır.
Adlandırılması
[redaktə | mənbəni redaktə et]Körfəzin adı avropalılar tərəfindən “mafra” etnoniminin təhrif edilməsindən yaranmışdır.
1972-ci ildə Biafra əyalətinin ayrılması naminə başlanmış olan Nigeriya vətəndaş müharibəsindən sonra körfəzin adı separatçı yer adı olduğu əsas gətirilərək Nigeriya hökuməti tərəfindən dəyişdirilmiş və Bonni körfəzi (buxtanın sahilində yerləşən Bonni şəhərinin adı ilə) adlandırılmışdır. Lakin buna baxmayaraq rus coğrafiyasında və digər bir sıra ölkələrin coğrafiyasında hələ də Biafra adı istifadə olunmağa davam edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bight of Biafra | Map, Location, & History | Britannica". www.britannica.com (ingilis). 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.