45°38′06″ şm. e. 70°22′22″ ş. u.HGYO

Betpak-Dala

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Betpak-Dala
qaz. Бетпақдала
Ümumi məlumatlar
Mütləq hündürlüyü 300-500 m
Sahəsi 75 000 km²
Uzunluğu 500 km
Eni 50 km
Temperatur
 • Yanvarda orta –12 -14 °C
 • İyulda orta 24-26 °C
 • İllik yağıntı 100-150 mm
Yerləşməsi
45°38′06″ şm. e. 70°22′22″ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Vilayətlər
Betpak-Dala xəritədə
Betpak-Dala
Betpak-Dala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayətiCambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir.

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir. Betpak-Dala alt palezoyun, mezozoyun eləcə də paleoqenin çökmə, metomorfik süxurlarından təşkil olunub.

İqlimi kəskin kontinentaldır. Yağıntıların illik göstəricisi 100–150 mm-dir. Yay dövründə yağıntıların ancaq 15 % düşür. Yayı quru və isti, qışı mülayim soyuqdur. Yanvar ayının orta temperaturu —12 —14°С, iyulun isə 24 - 26°С-dir[2]

  1. "Бетпак-Дала это:". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.
  2. Betpaqdala Betpaqdala Desert, Kazakhstan[ölü keçid]