Baba Kuhi Bakuvi məscidi
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Baba Kuhi Bakuvi məscidi | |
---|---|
| |
![]() | |
40°21′57″ şm. e. 49°50′13″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər |
![]() |
Yerləşir | İçərişəhər,Asəf Zeynallı küçəsi |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | IX əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | xarabalıqları qalıb |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 548 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
![]() |
Tapılması
[redaktə | vikimətni redaktə et]1990–1993-cü illər Qız qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxeoloq F. İbrahimov tərəfindən qazıntı işləri aparılmış və qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur.
Bu ərazidə 1998-ci ildə aparılan qısamüddətli arxeoloji qazıntılar 2 otağın da varlığını aşkar etmişdir. Bunlardan böyük otağın döşəməsində qazıntı davam edilən zaman qərb divarının cənub-qərb küncünə yaxın hissədə üstü tağ formalı taxca içərisində yerləşdirilmiş mehrab aşkar olundu.
Haqqında
[redaktə | vikimətni redaktə et]Mehrabın üstündə iki kəlmədən ibarət qədim ərəb əlifbası ilə kufi xətli yazı var. Həmin yazını epiqrafçı alim Məşədixanım Nemət oxumuşdur. Yazının məzmunu belədir: "Hakimiyyət Allaha məxsusdur". Tədqiqatçılar müqayisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yazını VIII–IX əsrə aid edir.
Məscid, onunla yanaşı tikilmiş otaqlar və sıratağlı abidə onların vahid kompleksə daxil olduğu ehtimalını yaradır. Şəhərin karvan-ticarət yolu üzərində yerləşdiyini nəzərə alıb bu ərazidə xanəgahın olduğu ehtimalını da söyləmək olar. Tarixçi-arxeoloq F. İbrahimov bu məscidin, onun tikildiyi dövrdə yaşamış görkəmli ruhani alim və din xadimi, əslən bakılı olan Baba Kuhi Bakuvinin məscidi olduğunu ehtimal edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- "Məscid və məscid həyəti-ibadət yeri" ( (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.