40°38′46″ şm. e. 45°30′56″ ş. u.HGYO

Başkənd (Gədəbəy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Başkənd
40°38′46″ şm. e. 45°30′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1845
Sahəsi
  • 40 km²
Mərkəzin hündürlüyü təq. 1.463 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 127 nəf. (2009)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Başkənd xəritədə
Başkənd
Başkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BaşkəndAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. Başkənd hal-hazırda Azərbaycan nəzarəti altındadır. Rəsmi dili Azərbaycan dilidir. Ermənilərə aid heçnə yoxdur. Kənddə Gədəbəylilərin gediş-gəlişi mövcuddur.

Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər.[1]

XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi.

7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.[2]

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur.[1] Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229[3] km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² olur.

Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilmiş[mənbə göstərin] və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənistan qəsəbənin adını "Arsvaşen" olaraq dəyişdirib.

Birinci Qarabağ müharibəsi dövrü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Başkənd əməliyyatı

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.[5]

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi.

Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi.

Dağlıq ərazidədir.[6]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 127 nəfər əhali yaşayır.[7]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. 1 2 PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. Национальное Собрания Республики Армения: Закон республики Армения Административно-территориальное деление Республики Армения Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
  3. Gədəbəy Rayon İcra Hakimiyyəti: Rayon haqqında: Coğrafi mövqeyi Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi: Prezident kitabxanası: İnzibati-ərazi vahidləri Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  5. "Başkəndin erməni qüvvələrindən azad edilməsinin 17-ci ildönümü qeyd olunacaq". 2017-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08.
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  7. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629