BMW E39

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
BMW E39
E39
Ümumi məlumatlar
İstehsalçı BMW
İstehsal ili 1995–2003
Sinfi 5-ci seriya
Dizayn
Ban tipi Sedan
Güc xüsusiyyətləri
Mühərrik

Benzin:
2.0 - 2.8 L M52 I6
2.2 - 3.0 L M54 I6
3.5-4.4 L M62 V8
4.9 L S62 V8
Dizel:
2.0 L M47 turbo I4
2.5 L M51 turbo I6

2.5 - 2.9 L M57 turbo I6
Transmissiya Avtomat, mexaniki
Qabariti
Uzunluğu

sedan: 4,775 mm (188.0 in)

universal: 4,806 mm (189.2 in)
Eni 1,800 mm (70.9 in)
Hündürlüyü

sedan: 1,435 mm (56.5 in)

universal: 1,440 mm (56.7 in)
Təkər bazası 2.830 mm
← BMW 5-ci seriya (E60)
BMW 5-ci seriya (E34) →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMW E39BMW-nin 1995–2003-cü illər arası satılan 5-ci seriyasının 4-cü nəsli.[1]

BMW E39 seriyalı sedanı 1995-ci ildə satışa çıxdı və 2003-cü ildə istehsalı dayandı. E39 kuza E34-ü əvəzlədi və özündən sonra isə E60 kuza gəldi. İlkin istehsalı 520i idi.150 at gücü , nə malik 2L tutulmu mühərrikdə idi, lakinr estaylinqdən sonra 2.2 mühərriyi əvəzlədi onu (170 at gücü ,). M5 versiyası isə 1998-ci ildə istehsal olundu. V8 S62 mühərriyi ilə təciz olunmuş bu buraxılış M62b44 bazasında oldu. Bütün modellərin sedan və universalı var idi, yalnız 535 və M5-dən başqa. Bu iki model ancaq sedan variantında buraxıldı. [2]

E39 modeli 1995-ci ilin Senyabrında Frankfurt avtosalonunda təqdim edilmişdir. Əvvəlki modeli olan E34-ə nisbətən daha müasir gorünürdü. Müasirləşdirilmiş fara və ön hissəsidə radiator barmaqlıqları dahada incələşdirilmişdi və əvvəlki model kimi, idarəçi konsol sürücüyə tərəf baxırdı. Xüsusilə psixologlar onu sürücünün özünü bir sürət maşını idarə edirmiş kimi hiss etsin və daha çox zövq və komfort əldə edə bilsin deyə xüsusi qaydada dizayn etmişdilər.[3][4]

Avtomobilin ehtiyat hissələri demək olar ki, aliminumdandır və bu da daha rahat idarə etməyə və yumuşaqlığa xidmət edir. Bununla avtomobilin çəkisi 36 faizə kimi azaldılmış və akumulyatoru da avtomobilin arxa yük yeri hissəsində yerləşdirilmişdir. 1997-ci ildə isə universal versiyasısının istehsalı başlanmışdır. O, sedana nisbətən 100 kg daha ağır çəkiyə malikdir, həmçinin sedandan 90 mm daha uzundur.

1998-ci ildə isə M5 modelinin istehsalına start verilmişdir. Bu modellər S62 mühərriyi ilə təchiz edilmişdi. 5 Litrlik mühərrik öz düvrünün digər modelləri olan M119 və M113 ilə mübarizə aparırdı.[5]

M62B44 qoşa vanusdur və 4.4 Litr tutulmu mühərrikdir və mühərrik 286 at gücünə malik idi. E34-dən fərqli olaraq M seriyasının universal modeli istehsal edilməmişdir. Dünyada M5 furqonunu BMW M GmbH sahibinin sifarişi əsasında, yalnız onun üçün yığılmışdır.

1999-cu ildə modeldə dəyişiklik edilmişdi. Dizaynda elə də ciddi dəyiklik edilməmişdi. Məsələ burasındadır ki, mühərriklər qoşa vanus idare etmə sistemi ilə təhciz olunmuşdu. V8-lər isə qoşa katalizator sistemi ilə təhciz olunmuşdu və bu da Evro-4 standartlarına cavab verirdi. Elə həmin ildə 530D-nin də istehsalına start verilmişdi. Bu dizel mühərikləri "Common Rail" püskürtmə sistemi ilə təhciz olunmuşdu və maksimal sürət 224 km saata kimi çatırdı. Avtomobillərin yanacaq sərfiyyatı 100 kmlik məsafədə 6 litr idi. 1999-cu ildə Rusiyanın Kalininqrad şəhərində də E39 istehsal edilməyə başlanmışdı.2000-ci ildə 520D modeli də istehsal edilməyə başlanmışdı və avtomobil bu modelin həvəskarlarına 2 Litr tutumlu dizel mühərriyi ilə təqdim edilirdi. Daha sonra 525 TDS modeli 525D modelini əvəz elədi. Yeni model dizel mühərriyi 163 at gücünə malik idi və əlavə olaraq turbo ilə təchiz edilmişdi.

2000-cci ildə E39 yeni görünüşdə təqdim edildi. Dəyişikliklər təkcə avtomobilin xarici görünüşünü deyil, eləcə də salonunu da əhatə edirdi. Dəyişikliklər salonda daha çox gözə çarpan dərəcədə idi. Bu dəyişikliklərlə 3 yeni model təqdim edildi: M54 520i, 525i və 530i. Avtomobillərin hamısı qoşa vanus ilə təchiz edilmişdilər. Birinci model 520i köhnə mühərriyi kimi eyni bazada yığılmışdı. Porşen xodları 66-dan 72 mm qədər böyüdülmüş, bu da öz növbəsində işləmə prinsipini 1991 sm3-dan 2171 sm3-a qədər yüksəltmişdir. Mühərriyin gücü 151 at gücündən 170-ə qədər artırılmışdı. İkinci model isə 525i idi və burada at gücü , 170-dən 192-ə kimi çatdırılmışdı. Üçünçü model 231 at gücünə malik mühərrik isə ilk dəfə 2000-ci ildə istehsal edilmiş BMW 530i seriyalı modellərdə təqdim edilmişdi.

Bu modellər 2003-cü ilə kimi istehsal olundu və daha sonra onları E60 modeli əvəz etdi.

E39-da olan mühərriklər:

  • 520i 6 150 at gücü ,191 Nm 1996–1999 M52B20
  • 520i 6 157 at gücü ,190 Nm 1998–2000 M52TUB20
  • 520i 6 170 at gücü ,210 Nm 2001–2003 M54B22
  • 523i 6 170 at gücü ,245 Nm 1995–1998 M52B25
  • 523i 6 170 at gücü ,245 Nm 1998–2000 M52TUB25
  • 525i 6 192 at gücü ,245 Nm 2001–2003 M54B25
  • 528i 6 193 at gücü ,280 Nm 1996–1998 M52B28
  • 528i 6 193 at gücü ,280 Nm 1998–2000 M52TUB28
  • 530i 6 231 at gücü ,300 Nm 1999–2003 M54B30
  • 535i 8 235 at gücü ,320 Nm 1996–1998 M62B35
  • 535i 8 245 at gücü ,345 Nm 1998–2003 M62TUB35
  • 540i 8 286 at gücü ,420 Nm 1997–1998 M62B44
  • 540i 8 286 at gücü ,440 Nm 1998–2003 M62TUB44
  • M5 8 400 at gücü,500 Nm 1998–2003 S62В50
  • 520d 4 136 at gücü ,280 Nm 2000–2003 M47D20
  • 525tds 6 143 at gücü ,280 Nm 1996–1998 M51S
  • 525tds 6 143 at gücü ,280 Nm 1998–2000 M51TUS
  • 525d 6 163 at gücü ,350 Nm 2000–2003 M57D25
  • 530d 6 184 at gücü ,390 Nm 1997–2000 M57D30
  • 530d 6 193 at gücü ,410 Nm 2000–2003 M57TUD30
  • Avtomobil 2000-ci ildə yenidən dizayn edilmişdi və əsas dəyişikliklər aşağıdakıları əhatə edirdi:

Ön faralar lupalaşmış və daha geniş işıq vurma qabiliyətinə malik olmuşdular. Arxa dayanma işıqları şəffaflaşdırılmış, ön faralar "angel" adlanan fara sistemləri ilə təchiz edilmişdi. Arxa gabaritlər diod ilə təchiz edilmişdi.

-Radiator barmaqlıqları daha müasir formada istehsal edilmiş və biraz da genişlənmişdi.

-Buferlərin dizaynları dəyişdirilmiş, həmçinin buferdə duman əleyhinə işıqlar üçün boşluq yaradılmışdır.

Avtomobil yeni "M" sükanla təqdim edilmişdi.

Öz dövrünə görə Mercedes E klas və Audi A6 modellərinin əsas rəqiblərindən hesab olunurdu.

  1. "1995 BMW 523i Steptronic specifications". www.automobile-catalog.com. Retrieved 7 December 2017.
  2. ""DIY: Front Strut Replacement". www.bimmerforums.com. Retrieved 20 January 2017". 2 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2018.
  3. "Motor Trend 1997 Import Car Of The Year". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  4. "User manuals for E39 5 Series (in German). BMW AG. July 1998. Retrieved 6 April 2017". 10 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2018.
  5. "BMW 5-CI SERIYA (1995–2003)- Avtomobil.az". 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.