Bəttal Qazi
Bəttal Qazi | |
---|---|
Doğum tarixi | 690 |
Doğum yeri | |
Vəfat tarixi | 740 |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Atası | Hüseyn Qazi |
Milliyyəti | türk |
Fəaliyyəti | zabit |
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir. Anası Səidə Xatun ilə həyat yoldaşı Zeynəb Xatunun, iki oğlunun və nəvəsinin Vaiz Baba türbələri də Malatyadadır (Bəttalqazi). Əmisi Həsən Qazinin türbəsi isə Malatya Darendəsindədir var. Bəttal Qazi haqqında bu günə çata bilmiş qaynaqlar yalnız məsnəvi tərzində yazılmış, bir-birini həm dəstəkləyən, həm də ziddiyyət təşkil edən faktlar ehtiva edən dastanlar və xalqın yaddaşında qalmış olan məlumatlardır.
Bəttal Qazi dastanında və xalq hekayələrində, Əməvilər zamanında Ərəb ordusuyla birlikdə İstanbulu mühasirə etdiyi izah edilməkdədir. Mühasirə həm dənizdən, həm qurudan edilmiş, lakin uğursuzluqla nəticələnmişdir. Dastanda Bəttalın düşməni, ərəb komandirinə oyun oynayıb mühasirə başladığında İstanbula keçərək imperatorluğunu elan edən İmperator Leondur. Ərəb tarixində II İstanbul mühasirəsinin tarixi 717–718 illər olaraq göstərilir. Bizans tarixindəki məlumatlar də bu tarixi təsdiqləyir. Ayrıca Bizans tarixində İmperator III Leonun taxta çıxma tarixi 717 olaraq ifadə edilmişdir, bundan ötəri dastandakı Leonun İmperator III Leo İsauryalı olma ehtimalı üzərində durulur. Dastanda Bəttal Qazinin mühasirə zamanı iyirminci yaşlarnda olduğu deyildiyi üçün, Bəttal Qazinin doğum ilinin 690–695-ci illər ola biləcək olduğu düşünülməkdədir. Bəttal Qazinin 740-cı ildəki Afyon (Akroinon) döyüşündə öldüyü mövzusunda tarixçilər razılığa gəlmişdilər.
740-cı ildə Əskişəhirin Seyitqazi mahalı yaxınlarında döyüşdə aldığı yara səbəbiylə şəhid olmuşdur. Anadoluda İslamın yayılmasına böyük qatqıları olmuşdur. Seyid Bəttal Qazi, İslam Peyğəmbəri Məhəmmədin nəvəsidir. Özü Əməvi komandiri deyil. Amma Əməvi ordusunda vəzifə almışdır. Abdülvəhhab Qazi, Məhəmmədin də aldığı əmanəti təxminən iki əsr sonra Seyid Bəttal Qaziyə təslim etmişdir. Seyid Bəttal Qazi Ələvilər üçün sərçeşmədir. Seyyid Bəttal Qazinin nəvələri Amasya Merzifonda, Əskişəhər Seyidqazidə və Malatya ətrafında yaşayır. Özü Ayasofya kilsəsinə (məscidinə) girən və o zamanın düşmən komandiri Leonun qorxusuna səbəb olan seyiddir. Hələ də Malatya, Manisa, Əskişəhər, Amasya, Tokat, Sivas bölgələrində Bəttal Qazi nəslindən olan insanlar var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Battal Gazi’nin hayatı Arxivləşdirilib 2017-01-22 at the Wayback Machine