Böyürtkən
Böyürtkən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Böyürtkən |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Böyürtkən (lat. Rubus subg. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Böyürtkən və moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır.
Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək açdıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. Lakin böyürtkəni yığmaq çox çətindir.
Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır. Böyürtkən müalicəvi və pəhrizi əhəmiyyətə də malikdir. Tərgətirici və sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1 hektar sahədən arılar 20-25 kq bal hasil edə bilirlər.[1]
Tərkibi
[redaktə | mənbəni redaktə et]Meyvəsinin tərkibində şəkər [qlükoza, fruktoza və saxaroza], pentazon, üzvi turşular [alma, limon, salisil və s.] müxtəlif vitaminlər və pektin maddələri vardır. Böyürtkənin tərkibində 7-10% şəkər (qlükoza, fruktoza və azacıq saxaroza), 1-1,5% üzvi turşu (alma, şərab, limon, salisil), 1,8% pektinli maddə, karotin, C və B qrupu vitaminləri vardır. Yabanı halda bitən böyürtkəndə şəkər, üzvi turşular, aşı, pektin, boyayıcı maddələr, C vitamini və karotin miqdarca daha çoxdur. Böyürtkənin mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-30, mis-az miqdarda, dəmir-1, maqnezium-az miqdarda, manqan-2, fosfor-30, kalium-17,5, selen-1, natrium-2, sink-0,4.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Meyvəsinin şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi istifadə edilir. Böyürtkənin yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalıdır. Qurudulmuş meyvəsindən, mürəbbəsindən soyuqdəymələrdə tərlədici vasitə kimi istifadə edilir. Yaxşı yetişməmiş böyürtkəndən dadlı qora suyu da hazırlanır ki, bu da xörəklərdə iştahgətirici kimi işlədilir. Böyürtkən qanazlığında, avitaminozda, ürək zəifliyində, eləcə də xroniki mədə xəstəliklərində çox faydalıdır.
Azərbaycanın xalq təbabətində böyürtkən bitkilərinin meyvələrindən, yarpaq və köklərindən bir sıra xəstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında [qrudnaya jaba] istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir. Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə qarşı dərman olduğunu ortaya çıxarıb. Meyvəsi ilə yanaşı, böyürtkənin çiçəyinin də diabet və böyrək daşları üçün xeyirli olduğu müəyyənləşdirilib. Suyunun sıxılaraq içilməsi ishal xəstəliyində, qurudulmuş yarpaqları isə ağızdakı yaralar üçün faydalıdır. Bitki antosianlar və antioksidantlarla olduqca zəngindir. Qan təzyiqini nizamlayır, ayaqlardakı şişləri aradan qaldırır, ağız, dil və diş əti iltihablarına qarşı faydalı təsir göstərir. Göz zəifliyinə xeyirli təsir göstərir, maddələr mübadiləsini sürətləndirir. Aspirini təbii əvəz edən bitkidir və orqanizmə zərər vermir. Böyürtkən həm də sinir sistemi üçün çox faydalıdır belə ki, stresi azaldır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni gücləndirir, yuxunu normallaşdırır[2].
Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər. Bundan başqa böyürtkənin yarpaqları və kal meyvələrini açıq günəşli havada qurudub, çay kimi dəmləyərək uşaqlarda tez-tez baş verən qarın ağrılarına [ishala] qarşı büzüşdürücü və antiseptik dərman kimi qəbul edirlər. Böyürtkənin tam yetişmiş meyvələri zərif işlədici təsirə malikdir. Onun köklərini qurudub xırdalayaraq ondan 1 çay qaşığı 1 stəkan qaynar suya təkərək 30 – 40 dəqiqə saxladıqdan [dəmlənir] sonra soyudub qarın ağrısına [ishalda və dizenteriyada] qarşı içirlər.
Meyvələrindən qora suyu hazırlayıb, iştahartırıcı kimi yeməkdən qabaq hər dəfə bir xörək qaşığı içmək məsləhətdir. Bunu belə hazırlayırlar: təzə dərilən meyvələrin şirəsinin içinə bir az reyhan qatır, sonra bu qarışığı şüşə bankalara tökərək 1- 2 həftə saxlayırlar.
Lənkəran rayonunda böyürtkənin qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb, soyuqdəyməyə qarşı tərlədici dərman kimi içirlər.
Qurudulmuş köklərini suda bişirib vərəm xəstəliyinə qarşı dərman kimi işlədirlər. Böyürtkən yarpaqlarını çay kimi dəmləyərək boğaz ağrısı zamanı dezinfeksiyaedici dərman kimi qarqara edirlər. Bundan başqa yarpaqlarını inək yağında bişirib, yanıq zamanı məlhəm kimi tətbiq edirlər.
Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə dərman olduğunu ortaya çıxmışdır. Meyvəsi ilə yanaşı böyürtkənin çiçəyinin də diabet və böyrək daşlarına xeyirli olduğu müəyyənləşdirilmişdir. Həkimlər böyürtkənin suyunu sıxaraq içməyin ishal xəstəliyi üçün qurudulmuş yarpağının isə ağızdakı yaralar üçün müalicəvi əhəmiyyəti olduğunu bildirmişlər. Bütün bunlarla yanaşı böyürtkən antioksidantlarla zəngindir, böyürtkənin meyvəsi:
- Qan təzyiqini nizamlayır
- Göz zəifliyini yaxşılaşdırır
- Ayaqlardakı şişliyi aradan qaldırır
- Ağız, dil, diş və diş əti iltihablarına xeyirlidir
- Kökünü qaynadıb suyunu içdikdə isə qandakı şəkərin miqdarını aşağı salır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.
- ↑ "Arxivlənmiş surət". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
- ↑ "Böyürtkən yaddaşı gücləndirir". 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-22.