Aorta koronar şuntlama

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aorta koronar şuntlama

Süni qan dövranı şəraitində aorta-koronar şuntlama əməliyyatı
XBT-10 120
XBT-9 36
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aorta koronar şuntlama, koronar şuntlama (ing. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adı.

Ürəyin işemik xəstəliyundə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır. Bu zaman xəstələr döş qəfəsinin sol nahiyəsində olan ağrəlardan – döş inağından ağrıların sol kürək və qol, boyun nahiyələrinə irradiasiyasından şikayət edirlər. Bu zaman xəstədə diaqnozu dəqiqləşdirmək üçün EKQ, qanda ürək enzimlərinin təyin edilməsindən başqa koronaroqrafiya müayinəsi aparılmalıdır. Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək ballon angioplastik əməliyyatı icra eilməklə genişləndirilir. Bəzən bu mümkün olmadıqda xəstədə aorta koronar şuntlama əməliyyatı icra edilməlidir. Müasir koronar cərrahiyyəsi nəinki miokardda baş verə biləcək geridönməz orqanik dəyişikliklərin qarşısını almaq, hətta onun yığılma qabiliyyətini artırmaq və xəstənin həyat tərzi keyfiyyətini qaldırmaqla ömrünün uzadılmasına imkan verir.

Aorta koronar şuntlama

İlk dəfə olaraq aorta koronar şuntlama əməliyyatı 2 may 1960 ildə ABŞda, Albert Enşteyn Tibb kolleci-Bronks şəhər bələdiyyə mərkəzi xəstəxanasında doktor Robert Götz və döş qəfəsi cərrahı doktor Maykl Romanşn başçılığı altında doktorlar Yordan Haller və Ronald Dinin köməkliyi ilə icra edilmişdir.[1][2]

Sovetlər İttifaqında indiki Rusiyada ürək cərrahı Vasili Kolesov 1964 ildə lat. a. thoracica interna – döş qəfəsinin daxili arteriyası ilə tac arteriya arasında anastomoz qoymağa nail olmuşdur.[3][4]

İlk olaraq Robert Götzün adı çəkilsə də müvəffəqiyyətli ilk aorta koronar şuntlama əməliyyatı Vasili Kolesovun adı ilə bağlıdır.[5][6][7][8][9][10][11][12] Kolesov anastomozu standart olaraq adi tikişlə qoymuşdur. Sonra 5 il ərzində o, daha 33 anastomoz yəni şunt qoymağa nəsib olmuşdur.[13][14] Argentinalı cərrah doktor Rene Favaloro ürəyin işemik xəstəliyinin müalicəsinə daha da fizioloji baxımdan yanaşaraq, 1967 ildə Klivlend klinikasında yeni texniki üsulla – dərialtı venadan istifadə etməklə aorta sağ tac arteriyasının autovenoz şuntlanmanı icra etmişdir. Bu texnika günümüzə qədər aktuallığını saxlayaraq tipik koronar şuntlama üsulu sayılır.[4][4][15]

Üç növ aorta koronar şuntlama (sxematik): vena (v. saphena), mil arteriyası (a. radialis), döş qəfəsinin daxili arteriyası (a thoracica interna) vasitəsilə.
  • ing. On-Pump-Coronary-Artery-Bypass, OPCAB – süni qan dövranı şəraitində aorta koronar şuntlama;
  • ing. Off-Pump-Coronary-Artery-Bypass, OPCAB – süni qan dövransız aorta koronar şuntlama;
  • ing. Minimally invasive coronary bypass surgery – minimal invaziv koronar şuntlama əməliyyatı;
  • ing. Aortocoronary bypass (ACB) – aorta koronar şuntlama (AKŞ);
  • ing. Coronary Angiography (CAG) – Tac arteriyaların angioqrafiyası (TAA);
  • Sternotomiya(yun. στέρνον — sinə, köks və yun. τομή — kəsmək, yarmaq);
  • Dressler sindromu – postinfarkt sindrom ya "3P sindrom" (perikardit, plevrit, pnevmonit);
  • 1x – birər, 2x – cüt, 3x – üçər, 4x – dördər, 5x – beşər aorta koronar şuntlama;
  • ing. left anterior descending (LAD)lat. ramus interventricularis anterior arteriae coronariae sinistrae – ön enən şaxə (ÖEŞ) (ön mədəciklərarası şaxə ÖMŞ);
  • ing. right coronary artery (RCA)lat. arteria coronaria dextra – sağ tac arteriya (STA);
  • ing. left circumflex artery (LCX)lat. ramus circumflexus arteriae coronariae sinistrae (RCX) – dolanan şaxə (DŞ);
  • ing. percutaneous transluminal coronary angioplasty (PTCA) – perkutan translüminal koronar angioplastka (PTKA);
  • ing. Ejection fraction – atılma fraksiyası;
  • ing. left ventricular ejection fraction (LVEF) – sol mədəciyin atılma fraksiyası;
  • ing. right ventricular ejection fraction (LVEF) – sağ mədəciyin atılma fraksiyası.

Çərrahi texnikası

[redaktə | mənbəni redaktə et]
Tutulmuş (stenozlaşmış) tac damarın distal hissəsinə döş qəfəsinin daxili arteriyası (lat. a. mammaria internae) vasitəsilə şuntun qoyulması (sxematik)

Cərrahi müdaxilə aparılma texnikasına görə: ing. Off-Pump-Coronary-Artery-Bypass, OPCAB – süni qan dövransız aorta koronar şuntlama, ing. Minimally invasive coronary bypass surgery – minimal invaziv koronar şuntlama və tam invaziv sayılan süni qan dövranı şəraitində aorta koronar şuntlama üsulları ilə aparılır. Müasir dövrümüzdə şunt materialları endoskopik texnika ilə də götürülür. Son zamanlar torakoskopik yolla döş qəfəsinin daxili arteriyası lat. a. thoracica interna preparasiya olunduqdan sonra endoskopik olaraq da ondan anastomoz qoyulur.

Əməliyyat ümumi intubasion narkoz altında icra edilir. Giriş narkozdan sonra hər bir xəstəyə mərkəzi venoz kateter və invaziv qanlı Korotkov üsulundan istifadə etməklə qan təzyiqini fasiləsiz ölçmək üçün mil arteriyasına kateter qoyulur. Əməliyyat döş sümüyünün yarılması sternotomiya ilə başlayır (sol tərəfli torakotomiya – qabırğalararası sahəni yarmaqla da mümkündür). Paralel olaraq döş qəfəsinin daxili arteriyası və eyni zamanda ayaq venası ya da mil arteriyası şunt üçün preparasiya olunaraq hazırlanır. Döş qəfəsinin daxili arteriyası hazır olduqda xəstəyə 10 000 TV heparin vurulduqdan sonra sıxaca götürülür. Sonrakı mərhələ süni qan dövranı aparatına qoşulmaqdan ibarətdir: tam heparinizasiya; aortanın və boş venaların kanulyasiyası; kardioplegiya və s. Ürək tam dayandıqdan sonra müvafiq şunt materialları müvafiq tac damarlarına tikilir. Daralmış damarların sayından və daralma yerlərindən asılı olaraq 1–5 sayda şuntlar qoyulur. Sonrakı mərhələ ürəyin təzədən işə salınmasından, süni qan dövranından çıxışdan, qanda olan qalıq heparinin neytrallaşdırılmasından, hemostazdan və döş qafəsinin tikilməsindən ibarətdir.

Adından məlum olduğu kimi şunt üçün material arteriyadan götürülmüş olunur. Bu məqsəd üçün istifadə edilə bilinəcək iki arteriya mövcuddur: döş qəfəsinin daxili arteriyası – lat. a. thoracica internaing. left internal mammary artery və mil arteriyası – lat. a. radialis. Adətən döş qəfəsinin daxili arteriyası ilə lat. ramus interventricularis anterior (RİVA)ing. left anterior descending artery (LAD) – ön enən şaxəyə (ÖEŞ) yaxın olduğu və müvafiq gəldiyi üçün anastomoz qoyulur. Bu zaman ancaq şuntun distal ucuna tikiş qoyulması və müdaxilənin süni qan dövransız (döyunən ürəkdə) icrası mümkünlüyü əməliyyatı bir qədər sadələşdirmiş olur. Bu şunt daha fizioloji olduğu üçün digər şuntlardan uzunömürlülüyünə və keyfiyyətliliyinə görə də fərqlənir. Digər arterial şunt said üzərindən mil arteriyasını götürməklə qoyulur. Lakin bi zaman şuntun hər iki: proksimal və distal uclarına anastomoz tikişləri qoyulur. Mil arteriyası şuntunun vena şuntundan daha uyunömürlü olması hələ də mübahisə mövzusudur. Çox nadir hallarda arterial şunt lat. a. epigastricalat. a. gastrorpiploica vasitəsilə də qoyulur.

Nu məqsəd üçün şunt materialı ayaq dərialtı venalarından lat. v. saphena magna – gizli venadan götürülür. Götürüləcək materialın uzunluğu qoyulacaq şuntların miqdarından asılıdır. Çox vaxt vena götürmək üçün ayaq boylama qasıq nahiyyəsinədək yarılır. Ən çox vena materiallı şuntlar RCA – sağ tac arteriya və RCX – dolanan şaxə üzərinə qoyulur. Bu zaman da mil arteriyasında olduğu kimi şuntun hər iki: distal və proksimal uclarına anastomoz tikişləri qoyulur. Bu zaman vena daxili qapaqcıqların mövsudluğunu nəzərə alaraq venoz şuntun proksimal ucu müvafiq tac arteriyalarına, distal ucu icə aortaya tikilir. Bəzən "Y" şəkilli anastomozlar da qoyulur. Bu əsasən material qısa olduqda onun proksimal ucu aortaya deyil qonşu venoz şunta tikilir. Aparılan ststistik göstəricilərə əsasən qoyulan venoz şuntların 50% i 10 ildən sonra tutulur.[16]

  1. Dee, R. "Who assisted whom?". Tex Heart Inst J. Houston: Texas Heart Institute. 30 (1). 2003: 90. PMC 152850. PMID 12638685.
  2. Haller, JD; Olearchyk, AS. "Cardiology's 10 greatest discoveries". Tex Heart Inst J. Houston: Texas Heart Institute. 29 (4). 2002: 342–4. PMC 140304. PMID 12484626.
  3. Kolessov, VI. "Mammary artery-coronary artery anastomosis as method of treatment for angina pectoris". J Thorac Cardiovasc Surg. 54 (4). 1967: 535–44. PMID 6051440.
  4. 1 2 3 Mehta, NJ; Khan, IA. "Cardiology's 10 Greatest Discoveries of the 20th Century". Tex Heart Inst J. 29 (3). 2002: 164–71. PMC 124754. PMID 12224718.
  5. Kolesov, VI; Potashov, LV. "Surgery of coronary arteries". Eksp Khir Anesteziol (Russian). 10 (2). 1965: 3–8. PMID 5851057.
  6. Olearchyk, AS. "Coronary revascularization: past, present and future". J Ukr Med Assoc North Am. 1 (117). 1988: 3–34.
  7. Olearchyk, AS; Olearchyk, RM. "Reminiscences of Vasilii I. Kolesov". Ann Thorac Surg. 67 (1). 1999: 273–6. doi:10.1016/S0003-4975(98)01225-9. PMID 10086577.
  8. Glenn, WW. "Some reflections on the coronary bypass operation". Circulation. 45 (4). 1972: 869–77. PMID 5016019.
  9. Ochsner JL, Mills NL. Coronary artery surgery. Philadelphia: Lea & Febiger. 1978.
  10. Cushing, WJ; Magovern, GJ; Olearchyk, AS. "Internal mammary artery graft: retrospective report with 17 years' survival". J Thorac Cardiovasc Surg. 92 (5). 1986: 963–4. PMID 3773554.
  11. Konstantinov, IE. "Robert H. Goetz: the surgeon who performed the first successful clinical coronary artery bypass operation". Ann Thorac Surg. 69 (6). 2000: 1966–72. doi:10.1016/S0003-4975(00)01264-9. PMID 10892969.
  12. Konstantinov IE. "Robert H. Goetz: the surgeon who performed the first successful clinical coronary artery bypass operation". Einstein Q J Biol Med. 18. 2000: 73–8.
  13. Kolesov, VI; Kolesov, EV. "Twenty years' results with internal thoracic artery-coronary artery anastomosis". J Thorac Cardiovasc Surg. 101 (2). 1991: 360–1. PMID 1992247.
  14. Haller, JD; Olearchyk, AS. "Cardiology's 10 greatest discoveries". Tex Heart Inst J. 29 (4). 2002: 342–4. PMC 140304. PMID 12484626. Reference 4
  15. Favaloro, RG; Effler, DB; Cheanvechai, C; Quint, RA; Sones Jr, FM. "Acute coronary insufficiency (impending myocardial infarction and myocardial infarction): surgical treatment by the saphenous vein graft technique". Am J Cardiol. 28 (5). 1971: 598–607. doi:10.1016/0002-9149(71)90104-4. PMID 5116978.
  16. R. Larsen Anästhesie und Intensivmedizin in der Herz-, Thorax- und Gefäßchirurgie. 5. Auflage 1999, ISBN 3-540-65024-5 səh. 184. (alm.)
  1. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
  2. Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
  3. R. Larsen Anästhesie und Intensivmedizin in der Herz-, Thorax- und Gefäßchirurgie. 5. Auflage 1999, ISBN 3-540-65024-5 səh. 175–185. (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]