Antrofitlər
Naviqasiyaya keç
Axtarışa keç
Antrofitlər — insanın düşünülməmiş və ya şüurlu olaraq təsiri ilə fitosenozlarda və ya aqrosenozlarda tez-tez rast gəlinən antropofil bitkilər, həm də insan tərəfindən becərilən bitkilər daxildir[1].
Antrofitlərin növləri
[redaktə | mənbəni redaktə et]- 1) bu və ya digər dərəcədə insan tərəfindən pozulmuş (otarma biçin, ağacların kəsilməsi nəticəsində) fitosenozlarda və aqrosenozlarda inkişaf edən yerli alaq otları;
- 2) insan tərəfindən təbii bitki örtüyünün məhv edildiyi yerdə, məs. herikdə və zibillikdə qısa müddətli prosenozlar yaradan yerli ruderal növlər (rudefitlər);
- 3) yerli becərilən bitki növləri;
- 4) pozulmuş fitosenozlara insanın kənardan gətirib düşünmədən daxil edildiyi növlər;
- 5) Kənardan gətirilib aqrosenoz kimi becərilən (introduksiya edilən) növlər (aqrofitlər); 6) yabanılaşmış mədəni bitkilər (erqaziofitlər);
- 7) iqlimləşdirməyə uyğunlaşmayan kənar növlər (efemerofitlər) aiddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.