Antiimperializm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Antiimperializmimperializmə qarşı çıxmaq deməkdir. O, təkcə siyasi və iqtisadi əleyhdarlıq deyil, həm də imperializmin mədəni təzyiqlərinə, ələ keçirmə proseslərinə qarşı bir əleyhdarlıqdır.

Konsepsiyanın məzmunu və tarixi

[redaktə | vikimətni redaktə et]

Ümumiyyətlə, antiimperializm həm də müxtəlif dillərdə danışan və müxtəlif mədəniyyətlərə malik olan qonşu ölkələrə qarşı işğalçılıq müharibələrinə qarşıdır. Bir sözlə, bir ölkənin öz hüdudlarından kənara genişlənməsinin də əleyhinədir. Anti-imperialistlərə misal olaraq Romadakı Respublikaçı senatorları və 1898-ci ildəki İspaniya-Amerika müharibəsindən sonra yaradılmış "Antiimperialist" adlı təşkilatı göstərmək olar.

"İmperializm" termini ingilis dilinə 1870-ci illərdə İngiltərənin baş naziri olmuş Benjamin Disraelinin son dərəcə təcavüzkar və səs-küylü müstəmləkəçilik siyasəti nəticəsində daxil olmuşdur. Bu sözü bu siyasətləri dəstəkləyən Riçard Çemberlen işlətmişdir. Bəziləri üçün imperializm idealist və xeyirxah siyasətdir. Başqa bir baxışa görə, "imperializm" kapitalist hərisliyi və şəxsi mənafeyə müvafiq olaraq yaradılmış siyasətlə xarakterizə olunur. Con Atkinson Hobsonmarksist Lenin bu anlayışa daha çox nəzəri və makroiqtisadi mənalar əlavə etmişdirlər. Bir çox solçu nəzəriyyəçilər imperializmin bu struktur və ya sistemli tərəfini vurğulayan fikirləri qəbul etmişdirlər. Bu tip yazıçılar XIX əsrin son bir neçə onilliklərini əhatə edən konsepsiyanı genişləndirmiş və onu Xristofor Kolumba və hətta Səlib yürüşlərinə qədər uzanan və əsrlər boyu davam edən dünya sisteminə verilən ad halına gətirmişdirlər. Konsepsiya müəyyən bir tarixi dövr ərzində yayıldıqca onun əsasən bir-birinə paralel olan beş fərqli qolu meydana çıxmışdır. Mənəvi, iqtisadi, sistemli, mədəni və maddi. Bu konsepsiyanın bu təkamülü gücə və xüsusən də qərb gücünə qarşı artan bir narahatlıq və hətta ikrah yaratmışdır.

Kapitalizm, aristokratiyaimperializm arasındakı əlaqə uzun müddət tarixçilər və politoloqlar tərəfindən müzakirə edilmişdir. J. A. Hobson (1858–1940), Cozef Şumpeter (1883–1950), Torşteyn Veblen (1857–1929) və Norman Angell (1872–1967) və bunlar kimi qeyri-marksist yazıçılar Birinci Dünya müharibəsi və müharibələrarası dövrdə çox sayda əsərlər yazaraq yüksək məhsuldarlıq göstərmişdirlər. Xüsusilə 1950-ci illərdə imperializmin AvropaABŞ-yə hərbi-siyasi təsirləri öyrənilmişdir. Hobsona görə, ediləcək sosial islahatlar nəticəsində imperializmin mənfi təsirləri yaxşılaşdırıla bilər. Hobsona görə, hökumətin vergi siyasəti vasitəsilə müdaxilələri daha geniş istehlakı təmin edəcək, sərvətləri artıracaq və dinc beynəlxalq dünya nizamını bərqərar edəcəkdir. Digər tərəfdən, əgər dövlət bu müdaxilələri etməsə, yəni dövlət icarədarların və faizdən pul qazananların işlərinə qarışmasa, sağlam olmayan ictimai quruluş və imperializm meydana gələcəkdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]