Analsim

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Analsim
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Na(AlSi₂O₆)·H₂O[1]
Strunz təsnifatı VIII/F.02[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Analsim (yun. άναλkις – zəif, zəif elektrikləşmə xüsusiyyətinə görə) – Na [AlSi2O6]· H2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir

Rəng – rəngsiz, yaxud bozumtul, sarımtıl, yaşılımtıl çalarlı ağ, bəzən Fe oksidləri qarışığından asılı olaraq ətrəngi-qırmızı olur; Mineralın cizgisinin rəngi– ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,24-2,31; Sərtlik – 5,5; Kövrəkdir; Ayrılma – bəzən {100} üzrə olduqca qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – sürtüldikdə və qızdırıldıqda zəif elektrikləşmə; molekulyar ələk xassəsi; Morfologiya – kristallar: tetraqon-trioktaedrik, bəzən heksaedrlə kombinasiyada; İkiləşmə: {001}və {110} üzrə polisintetik; Mineral aqreqatları: dənəvər, radial-şüalı, sıx kütlələr, jeodalar, druzalar, kristallik qabıqlar. 

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Maqmatik analsim teşenitlər, esseksitlər, siyenitlər və doleritlər üçün səciyyəvidir. Mineralın hidrotermal əmələgəlmələri adətən qələvi effuziv və intruziv əmələgəlmələrdə qeyd edilir. Mineralın qələvi süxur peqmatitlərindəki yığınlarında o, əsasən nefelini əvəzləyir. Autigen - diagenetik analsim bəzi çökmə əmələgəlmələrdə–qumdaşlarında, argillitlərdə, gilli süxurlarda, göl çöküntülərində, torpaqda, kömür yataqlarında geniş yayılmışdır. Birlikdə rast gəldiyi minerallar: kalsit, prenit, xlorit, illit, həmçinin natrolit, şabazit, tomsonit və başqa seolitlər. Mineralın tapıldığı yerlər: Siklop adaları (İtaliya); Sankt-Andreasberq (Almaniya); Rodop dağları (Bolqarıstan); İlmen dağları (Rusiya); Kutaisi rayonu (Gürcüstan); Berqen-Hill (ABŞ); Oaxu adası; Havay adaları və b. Azərbaycanda Dağlıq Talışda, Dağlıq Qarabağda, Qubadlı, Göy-Göl, Göranboy, Laçın rayonlarında, Naxçıvan MR-nın, Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərinin bir çox məntəqələrində tapılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]