Ambelau
Ambelau | |
---|---|
ind. Pulau Ambelau | |
Ümumi məlumatlar | |
Sahəsi | 306 km² |
Hündür nöqtəsi | 608 m |
Əhalisi | 9.600 nəfər (2009-cu il) |
Yerləşməsi | |
3°51′23″ c. e. 127°11′45″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
|
Ambelau (ind. Pulau Ambelau) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sahəsi 608 km² təşkil edir. 2009-cu il məlumatlarına əsasən, adanın ümumi əhalisi 9600 nəfərdir. Ada əhalisinin böyük əksəriyyətini Ambelauanlar təşkil edir. Buru adasından təxminən 20 km cənub-şərqdə yerləşir. İnzibati olaraq Maluku əyaləti, Cənubi Buru dairəsinə daxildur. Adanın ərazisi eyni adlı rayona daxildir. Rayonun inzibati mərkəzi adada ən böyük qəsəbə olan Vailuadur.
Adalıların əsas məşquliyyəti əkinçilikdir: qarğıdalı, tərəvəz və ədviyyat. Bəzi ərazilərdə balıqçılıq inkişaf etmişdir.
Fiziki-coğrafi yerləşməsi
[redaktə | mənbəni redaktə et]Coğrafi yerləşmə
[redaktə | mənbəni redaktə et]Molluk adaları qrupuna daxildir. Banda dənizində yerləşən ada Manipa boğazı ilə ondan 20 km şimal-qərbdə yerləşən Buru adasında ayrılır. Adanın sahəsi 306 km²[1].
Dairəvi formaya yaxın quruluşdadır diametri 10 km-dir). Cənub-şərq hisssəsində nisbətən çıxıntıya sahibdir. Sahil xətti elədə parçalanmamışdır. Bununla belə sahillərində onlarla kiçik körfəzlər vardır.
Təbii şərait
[redaktə | mənbəni redaktə et]Ada vulkan mənşəlidir. Geoloji quruluşunda kaynozoy çöküntü süxurları üstünlük təşkil edir. Relyef əsasən dağlıqdır. Yalnız adanın şimal, cənub və cənub-şərqindəki sahil əraziləri düzənlikdir. Ən əhəmiyyətli yüksəklikləri adanın qərb hissəsində Baula və Nona yüksəkliklərindədir.
Xüsusilə dağlıq ərazilərdə ərazinin əhəmiyyətli bir hissəsi tropik meşələri ilə örtülüdür. Adanın flora, faunası, ətrafındakı su əraziləri müxtəlif növlərlə xarakterizə olunur. Sahildə mərcan riflərinə sahibdir.
Seysmik aktiv zonada yerləşir. Vaxtaşırı zəlzələlər baş verir. Sonuncu ən güclü zəlzələ 2006-cı ilin avqustunda qeydə alınmışdır[2].
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalinin sayı
[redaktə | mənbəni redaktə et]Ambalau əhalisi 9600 nəfərə yaxındır (2009-cu ildə). Əhalinin əksəriyyəti sahil zonasında yaşayır. Əhalinin inzibati ərazi vahidləri üzrə bölgüsü aşağıdakı kimidir:
- Kampunqbaru — əhalisi 1.442 nəfər
- Lumoy — əhalisi 950 nəfər
- Masavoy — əhalisi 838 nəfər
- Selasi — əhalisi 1.174 nəfər
- Sivar — əhalisi 1172 nəfər
- Ulima — əhalisi 1440 nəfər
- Elara — əhalisi 2610 nəfər.
Mili tərkib və dil
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas hissəsi yerli xalqlardan — Ambelauanlardan ibarətdir. Bundan əlavə digər Molukk, Sulavesi, həmçinin Yavadan (sonuncular adaya əsasən 1900-cü illərdə Hollandiya müstəmləkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı köçümə proqramlarının bir hissəsi olaraq köçürülmüşdür. Üstəlik bu köçürülmə 1950–90-cı illərdə müstəqil İndoneziyanın hakimiyyət orqanları tərəfindən də davam etdirilmişdir) gələnlər də adada yaşayırlar. Millətlərarası ünsiyyət vasitəsi ölkənin rəsmi dövlət dili olan İndoneziya dilidir. Adanın yetkin əhalisinin əhəmiyyətli bir hissəsi tərəfindən danışılsada, yerli dillərin və ləhcələrin gündəlik həyatda mühüm rol oynayır. İlk növbədə ambelau dili geniş yayılmışdır.
Din
[redaktə | mənbəni redaktə et]Əhalinin əksəriyyəti sünni müsəlmanlardır. Az bir qisim isə xristiandır. Bəzi adalılar ənənəvi yerli inanclarını qoruyub saxlayırlar.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Adanın ərazisi İndoneziyanın Maluku əyalətinə aiddir. 1999-cu ilə qədər ada Mərkəzi Maluku dairəsinə (ind. Kabupaten Maluku Tengah), sonra Buru dairəsinə (ind. Kabupaten Buru) daxil olmaqla ayrıca bir rayona ayrıldı[3]. 2008-ci ildə Buru dairəsi Buru və Cənubi Buru dairələrinə bölündükdən sonra bölgənin statusunu qorunaraq Cənubi Burunun bir hissəsi oldu[4].
Kənd və ya qəsəbə adlanan yeddi alt səviyyəli inzibati ərazi vahidlərinə bölünür: Kampunqbaru (ind. Kampung Baru, Lumoy (ind. Lumoy), Masavoy (ind. Masawoy), Selasi (ind. Selasi), Sivar ind. Siwar), Ulima (ind. Ulima) və Elara (ind. Elara). Onların inzibati mərkəzləri eyni adlı qəsəbələrdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Pemekaran BURSEL" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 марта 2010.
- ↑ "Tremor jolts Banda Sea" (ingilis). Antara. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 апреля 2010.
- ↑ "Undang-Undang Republik Indonesia (UU) Nomor 46 tahun 1999 (46/1999) tentang Pembentukan Propinsi Maluku Utara, Kabupaten Buru, dan Kabupaten Maluku Tenggara Barat" (PDF) (indoneziya). LL Sekretariat Negara. 2014-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 ноября 2014 года.
- ↑ "Undang-Undang Republik Indonesia Nomor 32 Tahun 2008 tentang Pembentukan Pembentukan Kabupaten Buru Selatan di Provinsi Maluku" (PDF) (indoneziya). LL Sekretariat Negara. 2011-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 ноября 2014 года.