Aleksandr Xakimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandr Xakimov
rus. Хакимов, Александр Шамильевич
Doğum tarixi 2 aprel 1960(1960-04-02) (64 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Həyat yoldaşı Yelena Andreyeva Gennadiovna
Atası Xakimov Şamil Səlahəddin oğlu
Anası Xakimova Larisa Fyodorovna
Təhsili
Fəaliyyəti yazıçı, publisist
Fəaliyyət illəri 1987-ci ildən
Mükafatları "Qranat" mükafatı laureatı 2009-ci il

Aleksandr Şamil oğlu Xakimov (rus. Александр Шамильевич Хакимов) — 2 aprel 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Yazıçı — MDB ərazisində jurnalist-publisist, məşhur fantastik əsərlərin müəllifi kimi tanınmışdır.

Aleksandr sadə sovet ailəsində anadan olmuşdur. Atası — Xakimov Şamil Səlaxətdinov (1938–1978) müxtəlif sənaye müəssisələrinde işləmişdir. Anası -Xakimova Larisa Feodorovna (1936–1995). Onun həyat yoldaşi Elena Andreeva Gennadiovna şair , yazıçı kimi fəaliyyət göstərib.

Aleksandr Xakimov 1977-ci ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı məktəbin məzunu olmuşdur. 1978–1980-ci illərdə Sovet ordusunda Hava mudafiəsində xidmət etmişdir

1980–1981-ci ilərdə Baki soyuducu zavodunda işləmişdir . O, 1986-cı ildə Baki Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan SSR Elimlər Akademiyasinın Botanika İnstitutunda baş laborant vəzifəsində çalışmışdır. 1991-ci ildən Azerbaycan Milli Akademiyasının Genetik Ehtiyatlar mərkəzində işləmişdir.2005-ci ilde beynəlxalq kinosenarist kursunu bitirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aleksandr Xakimov jurnalist kimi fəaliyyətə başlamışdır. İlk nəsri 1987-ci ilin oktyabrında çap olunmuşdu. Moskva Leninqrad Alma — Ata Sverdlovski Bakıda nəşr olunmuşdur.2000-ci ildən etibarən isə o romançı, fastaktik yazıçı kimi tanınır. Onun hekayələri, yazıları Azərbaycanda geniş rus qəzetlərində çap edilmişdir. O boş vaxtlarında Bakıda muxtelif rok qruplarinda bas-gitarada ifa edirdi. O publisist nağıl ve fantastik janırda olan 7 kitabın müəllifidir. O land (rejissor İlqar Safat, 2010) və sonuncu (Teymur Daimi, 2010 rejissoru)filimlərində aktyorluq etmişdir . Aleksandr Xakimov Bakı zooparkında işləmiş və ətraf mühit haqqinda məqalələr dərc etmişdir. Green Bakıda (Yaşıl Bakı) könüllü hərəkatında gənc könüllülərə bir necə məqalə hesr edib.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Boris Struqaskoqo (Sankt-Peterburq) rəhbərliyi altında xəyalpərəst yazıçılar seminarının üzvü. Aleksandr Xakimovun kitabları macar və bolqar dillərinə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2009-cu ildə "Qranat" mükafatı laureatı olmuşdur.

  1. Mədəni hesabat.
  2. İnsanlar və köpək balıqları.
  3. Qrin adlı dərin dəniz balığı.
  4. Aylı Qafqazda bağ evi.
  5. Dünyada hər şey maraqlı olanda.
  6. Necə "Meymunsuz yaşamaq"; Aleksandr Xakimovun kolumnistik təcrübəsi.
  7. Yaradıcılıq təkamülü.
  8. Rozanı xatırlamaq.
  9. Paul ahtapotun xatirəsinə…
  10. "Dənizçi uzun dəniz səyahətdən döndü…"
  11. Yaş, şən, xoş.
  12. Makedoniyalı İskəndərin və digərlərin sualtı sərgüzəştləri.
  13. Gələcəyin adamları ilə bazar günü.
  14. Amazonkaları istəmirəm.
  15. Kolumbun heçnədə günahı yoxdu.
  16. Xəzər institutu arzusunda.
  17. Moskvadan Kassiopeyaya kimi.. Baki ilə.
  18. Uğursuz macəra.
  19. Bir ədəbi mübahisənin tarixi.
  20. Sağlam düşünçə ilə..
  21. Nüve müharibəsindən bətər.
  22. İtmiş yaddaş: 1980-ci ilin yayı
  23. Sfinksı güldürməyin.
  24. Kənardakı kitablar.
  25. Mars və Ay. Təzə filmin mənzərəsində.
  26. Qulyabanı, ovçular və sadəcə yazıçılar.
  27. "Legionerin" tarixçəsi.
  28. Bəşəriyyət, təvazökar ol…
  29. Zorge abidəsi önündə düşüncələr.
  30. Soyqırımın genetikası.
  31. Alimin yubileyi.
  32. "Məlum uçan obyekt"
  33. "Hər kəsə mətanət və uğurlar arzulamaq istəyirəm"
  34. Yelkənlər haqqında söz
  35. Fantastik görüş.
  36. Meymunsuz.
  37. "Murovdağ aşırımının sirri" Qara yanvar hadisələri haqqında danışacaq.
  38. Aleksandr Xakimov: "Sənətkar olmağa çalışıram"
  39. Aleksandr Xakimovun "Uzun günorta kölgələr"
  40. "İttifaqımız gözəldir…"
  41. Boyuk ayı bürcünə getmiş.
  42. Sünbülqıranın Kainatda harayı.
  43. Ürəyin səsi.
  44. Gedənlərin yolunu işiqlandıraraq..
  45. Miqrantlar vətənə qayıdır.
  46. Pəncərəaltında ilham pərisi.
  47. Qırmızı körpü.
  48. Müdrik sözü əbədi yaşayır.
  49. "Yasəmən qoxulu" kitabın bayramı.
  50. Gözəldir ki, o anadan olub.
  51. Mühəndis Garinin hiperboloidi əslində mövcüd idi
  52. Qəlbinə nüfuz edən səs.
  53. Təşəkkur edirəm, Tacikistan!
  54. Həyat eşqinin şənliyi.

Maraqlı fikirləri

[redaktə | mənbəni redaktə et]

Biz müharibə və işğaldan ancaq danışmamalıyıq bunun bizim borcumuz olduğunu bilməliyik. Mən "İkiqat noktürn" povestimdə , Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı uşaqları təsvir etmişəm. Yazıq uşaqlar anaları ilə birgə güllələnib və erməni faşistləri tərəfindən doğranılıb bu zaman göylər yarılmalı idi, dəniz çoşmalı idi, amma bunların heç biri baş vermədi. Mən digər povest və hekayələrimdə de bu mövzulara toxunmuşam. Biz bunlari yazmaya bilmərik…