Albaniya milli futbol komandası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albaniya milli futbol komandası
Emblem
Ləqəb Kuqezinjtë
Konfederasiya UEFA (Avropa)
Baş məşqçi Braziliya Sylvinho
Kapitan Etrit Berişa
Bombardir Eryon Boqdani
Stadion Kemal Stafa
FİFA Reytinqi 69 3 (12 avqust 2021)[1]
FİFA kodu ALB
Uniforma
Ev
Səfər
Ehtiyat
Albaniya milli futbol komandası (2016)

Albaniya milli futbol komandası - Albaniyanı beynəlxalq futbol turnirlrində təmsil edən milli futbol komandası. Albaniya ev oyunlarını Kemal Stafa stadionunda keçirir. Ölkədə daha böyük – 30 min tamaşaçı tutan arena olsa da, albaniyalılar əksər hallarda 19200 nəfərlik stadiona üstünlük verir.[2]

Albaniya milli komandası 1930-cu ildə yaransa da, ilk beynəlxalq oyununa düz 16 il sonra çıxıb. 1946-cı ildə Yuqoslaviyaya 2:3 hesablı məğlubiyyətlə dünya səhnəsinə çıxan rəqibimiz ilk qələbəsini də həmin il qazanıb. Bolqarıstanı 3:1 hesabı ilə üstələyən Albaniya yığması ilk səfər qələbəsini iki il sonra Rumıniyada qazanıb – 1:0.[2]

Tarixinin ilk illərində yalnız yoldaşlıq oyunları ilə kifayətlənən albanlar ən uğursuz nəticəsini də o zaman rəsmiləşdirib. 1950-ci ildə Macarıstan yığması bu komandanın daşını daş üstdə qoymayıb – 12:0. 1963-cü ilə qədər dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə qatılmayan yığmanın debütü 45 il əvvələ təsadüf edib. Əvvəl Olimpiadanın seçmə oyunlarında Bolqarıstana hər iki qarşılaşmada uduzan rəqibimiz qitə çempionatına gedən yolda Danimarka ilə görüşdə uğursuz siftə edib - 0:4. Lakin ilk qələbə də şimallılarla cavab matçında reallaşıb - 1:0.[2]

19601976-cı ildə keçirilən qitə birinciliklər istisna olmaqla, daim seçmə mərhələlərdə iştirak edən Albaniya Avropa çempionatının final mərhələlərinə heç yaxınlaşmayıb. Bu mərhələlərdəki 73 matçda rəqibimiz 10 qələbə və 17 heç-heçəyə sevinibsə, 46 dəfə məğlubiyyət acısı yaşayıb (top fərqi - 55:140).[2]

1966-cı ildə keçirilən dünya çempionatının seçmə mərhələsində debüt edən albanlar 1974-cü ildə də analoji yarışa qatılır. 1982-ci ildən isə onlar turnirin daimi iştirakçılarıdır. Bu müddətdə qazancı 11 qələbə və 9 heç-heçə olan milli komandanın 58 dəfə meydanı xalsız tərk edib (top fərqi – 50:153).[2]

Seçmə mərhələlərdə autsayderlərdən olmağa adət edən Albaniya təsadüfi qələbələri ilə təsəlli tapır. 1986-cı ildə dünya çempionatında dördüncü olan Belçikanı evdə 2:0 udub, səfərdə əvvəlki çempionatın yarımfinalçısı Polşa ilə heç-heçə (2:2) edən yığma seçmə mərhələnin sensasiyaları ilə öyünürdü. 1998-ci ildə tarixinin ən böyük qələbələrindən birini qazanan albanlar səfərdə keçirilən yoxlama oyununda Türkiyəni 4:1 hesabı ilə udub. Sonralar seçmə mərhələlərdə əvvəl Rusiyanı 3:1, ardından qitə çempionu titulunu daşıyan Yunanıstanı 2:1 üstələyən Albaniya ən yaxşı halda, qrupda iki rəqibini qabaqlaya bilib. Rusiyanın məğlub edildiyi 2003-cü ildə Albaniya tarixinin ən böyük hesabına sevinir. Onlar Vyetnam komandasını 5:0 hesabı ilə udur.[2]

Albaniya yığması 2008-ci ildə FİFA tərəfindən cəzalanmışdı. Dövlətin futbola qarışmasına görə yığma beynəlxalq oyunlar keçirmək hüququndan məhrum edilmişdi. Əslində, rəqib belə cəzalara öyrəncəlidir. 1998-ci ilin dünya çempionatının seçmə oyunları öz meydanında keçirməsinə də qadağa qoyulmuş albanlar neytral meydana üz tutmuşdu.[2]

Albaniya yığmasının tarixində cəmi iki titul var. İlk oyununu keçirdiyi 1946-cı ildə Yuqoslaviya, RumıniyaBolqarıstanla mübarizədə birinci olan rəqibimiz Balkan kubokunu qazanmaqla, beynəlxalq arenaya atılmışdı. Lakin ikinci titulu 54 il gözləmək lazım gəldi. Avropanın zəif yığmaları üçün Maltada təşkil olunan “Rothmans Football International Tournament” kubokunda birinci yeri tutan albanlar Malta, AndorraAzərbaycan millilərini arxada qoyub.[2]

Baş məşqçilər

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin yanvarında hollandiyalı Ari Haanı yığmanın baş məşqçi postuna gətirən albanlar da bizim kimi almaniyalıların rəhbərliyi altında inkişaf edib. 2002-2006-cı illərdə milliyə rəhbərlik edən Hans Peter Brigel RusiyaYunanıstan üzərindəki adıçəkilən qələbələrin memarı olub. Ondan sonra bir mərhələlik yığmaya rəhbərlik edən xorvat Otto Bariş isə postunu hollanda verib.[2]

  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.
  2. 1 2 3 4 5 6 7 8 9 "Alban tarixi". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-24.