Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir.
Daha öncəki mənzil
[redaktə | mənbəni redaktə et]Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı.[1] 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələ də durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir.[2]
Prinzregentenplatz
[redaktə | mənbəni redaktə et]1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi.[2] Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.[3]
Mənzil mebel ilə təmin edildi və Nasional Sosialist Partiyasının üzvü, Hitlerin memarlıq məsləhətçisi, Paul Ludviq Trostun dul qadını olan Qerdi Trost tərəfindən dizayn edildi. Hitler, mənzili topladığı incəsənət kolleksiyaları ilə bəzədi ki, bunlara xüsusilə 19-cu əsrin alman rəsmləri və köhnə alman ustalarının əl işləri daxil idi.[4]
1925-ci ildə Hitler dul olan ögey bacısı Angela Hitleri Münhendəki mənzili və kiralıq villası sayılan Berqhofda təmizlik işlərini görməsi üçün Avstriyadan geri gətirdi. O, da həmçinin doğma qızları olan Qeli və Friedli özü ilə birgə gətirdi. Hitler bacısı qızı Qeli Raubal, ilə münasibəti çox yaxın idi və o, 1929-cu ildə 20 yaşı olarkən onun mənzilinə köçdü. Onların münasibəti gizli idi lakin şaiələrə görə bu münasibət romantik idi. O, 1931-ci il 18 sentyabrda mənzildə bir silah yarasından öldü; məhkəmənin tibbi rəyinə görə isə bu intihar hadisəsi idi. Bu vaxt Hitler Erlangenə nitq söyləmək üçün yola düşsə də bu xəbəri eşitdikdən dərhal sonra Münhenə geri döndü. Bu ölüm ona çox təsir etdi və o, depressiyaya girdi.[5] İllər boyu onun üçün yas tutmuş, onun otağını isə olduğu kimi saxlamışdır.[6]
Hitler Almaniyanın Füreri və Reyxkansleri olarkən 1934-cü ilədək bu mənzildə yaşamağa davam etmişdir. Bundan sonra Hitler bu mənzili satışa çıxarmasa belə zamanının çoxunu ya Berlində ya da Berqhof mənzilində keçirirdi. Hitler bəzən üst səviyyəli diplomatik görüşlərini belə məhz Münhen mənzilində keçirirdi. 1937-ci ilin sentyabrın 25-də Hitler burada Benito Mussolini ilə görüşərək onu özünün Anşluss planı ilə razılaşmasına cəhd etdi;[7] liderlər Üçlər paktının gücləndirilməsi mövzusunda razılığa gəldilər. O, həmçinin 1938-ci ilin sentyabrın 30-da Münhen sazişinin imzalanmasından sonra Böyük Britaniyanın baş naziri Nevill Çemberlen ilə məhz bu mənzildə görüş keçirmişdir.[2][3]
Savaş sonrası dövr
[redaktə | mənbəni redaktə et]Müttəfiqlər 1945-ci ildə Münheni zəbt etdikdə Hitlerin evi tərk etdiyini anladılar.[8] Vogue jurlanının fotoqrafı Li Miller isə Hitlerin vannasında şəkil çəkdirdi. Bina savaşdan sonra Amerikan bölməsinin qərargahı olaraq istifadə edildi.[2][9]
Bu gün
[redaktə | mənbəni redaktə et]Bina hələ də salamat vəziyyətdə qalmaqdadır və Bavariya əyalətinə bağlı, Münhen Maliyyə Ofisi tərəfindən istifadə edilir. İkinci mərtəbə, Adolf Hitlerin köhnə mənzili isə Münhen əyalət polisinin mərkəzidir və ictimaiyyət üçün qapalıdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kershaw, 2008. səh. 93
- ↑ 1 2 3 4 5 "Traces of Evil: Remaining Nazi sites in Germany". Sites around Munich (3). 2008. 26 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
- ↑ 1 2 "Inside Hitler's private world". Daily Mail. January 25, 2012. 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
- ↑ Schenkler, 2007. səh. 204-205
- ↑ Fouse, 2005. səh. 161-162
- ↑ McDonough, 2003. səh. 82-83
- ↑ Corvaja, 2013. səh. 48
- ↑ "At Home with Hitler". The Guardian. August 31, 2007. 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
- ↑ Dyas, Brie. "Lee Miller, 1940s Vogue Photographer, Poses In Hitler's Bathtub (PHOTO)". Huffington Post. August 18, 2013. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2014.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Fouse, Gary C. Erlangen: An American's History of a German Town. University Press of America. 2005.
- Kershaw, Ian. Hitler: A Biography. New York: W. W. Norton & Company. 2008. ISBN 978-0-393-06757-6.
- McDonough, Frank. Hitler and the Rise of the Nazi Party. Pearson Education Limited. 2003. ISBN 978-1-4082-6921-3.
- Corvaja, Santi. Hitler & Mussolini: The Secret Meetings. Enigma Books. 2013. ISBN 978-1-929631-42-1.
- Schenkler, Ines. Hitler's Salon. Bern: International Academic Publishers. 2007.