Bu məqaləyə qulaq asın

Accel World

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Accel World
Birinci ranobe cildinin üzlüyü. Personaj: Kuroyukihime
アクセル・ワールド
(Akuseru Wārudo)
azərb. Sürətləndirilmiş dünya
Janr döyüş, kiberpank, romantika
Manqa
ManqakaReki Kavahara
RəssamHiMA
NəşriyyatASCII Media Works
Demoqrafiyakişilər
Nəşr tarixi10 fevral 2009 – hazırda
Cildlər27 (cild siyahısı)
Manqa
YazıçıReki Kavahara
RəssamHiroyuki Ayqamo
NəşriyyatASCII Media Works
Tərcüməçi nəşriyyat
Demoqrafiyaseynen
Nəşr tariximay 2010 – hazırda
Cildlər5
Manqa
Axel World
YazıçıReki Kavahara
RəssamRyuryuu Akari
NəşriyyatASCII Media Works
Tərcüməçi nəşriyyat
Demoqrafiyaseynen
Nəşr tariximay 2010 – hazırda
Cildlər3
Manqa
Accel World / Dural: Magisa Garden
YazıçıReki Kavahara
RəssamAyato Sasakura
NəşriyyatASCII Media Works
Demoqrafiyaşonen
Nəşr tarixi27 yanvar 2012 – hazırda
Cildlər4
Anime
RejissorMasakazu Obara
ProdüsserHiroyuki Yoşino
StudiyaSunrise
Digər lisenziyalar
Hanabee
Viz Media
MVM Films
KanalTokyo MX, TVS, CTC, tvk, TVA, MBS, AT-X, HBC, RKB, BS11
Digər kanallar
Neon Alley
Animax Asia
Buraxılış tarixi6 aprel 201221 sentyabr 2012
Seriyalar24 + 2 OVA (seriya siyahısı)
Video oyun
Accel World: Ginyoku no Kakusei
HazırlayanBanpresto
Nəşr edənNamco Bandai Games
Janrdöyüş
PlatformaPlayStation 3, PlayStation Portable
Buraxılış tarixi13 sentyabr 2012
Video oyun
Accel World: Kasoku no Chōten
HazırlayanBanpresto
Nəşr edənNamco Bandai Games
Janrdöyüş
PlatformaPlayStation 3, PlayStation Portable
Buraxılış tarixi31 iyul 2013
Video oyun
Accel World End of Burst
Nəşr edənNamco Bandai Games
PlatformaiOS, Android
Buraxılış tarixi2016
Anime filmləri
  Anime və manqa portalı

Accel World (アクセル・ワールド, Akuseru Wārudo?, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır. Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuz partlayış"‎) anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.

2046-cı ildir. Haruyuki "Haru" Arita qısaboylu, artıq çəkili, Umesato məktəbinin tələbələri tərəfindən tez-tez lağa qoyulan oğlandır. Harunun həyatda sahib olduğu yeganə şey real həyatın əzablarından qurtulub Neyrolinkeri ilə məktəbin yerli şəbəkəsinə qoşulub təkbaşına virtual skvoş oynamaqdır. Lakin bir gün Harunun videooyunlardakı bu anadangəlmə bacarığı məktəbin ən populyar qız tələbəsi və Tələbə Şurasının vitse-prezidenti Kuroyukihimenin (hərfi tərcümədə "Qara qar şahzadəsi") diqqətini çəkir.

Haruya ona lağ edənlərə qarşı kömək etdikdən sonra Kuroyukihime ona "Brain Burst" (azərb. "Beyin partlayışı"‎) adlı gizli proqram verir. Bu proqram vasitəsilə insanın dərketmə qabiliyyətini 1000 dəfə sürətləndirib, zamanı demək olar ki, dayandırmaq mümkündür. Belə ki, real həyatda keçən 1 saniyə "Brain Burst" proqramında 16 dəqiqə 40 saniyəyə bərabərdir. Haruyuki tezliklə öyrənir ki, "Brain Burst" sadəcə adi proqram deyil, həm də artırılmış reallığa malik kütləvi çoxoyunçulu onlayn faytinq oyunudur və 2039-cu ildə istehsal olunmuşdur. Bu oyunda oyunçular bir-birilərinə qarşı döyüşməli və Burst xalları əldə etməlidirlər. Oyunçunun Burst xalı nə qədər çoxdursa, real həyatda zamanı da o qədər çox sürətləndirə bilər. Bütün Burst xallarını itirən oyunçu isə "Brain Burst" proqramını həmişəlik itirir.

Kuroyukihime Haruya bildirir ki, kim oyunda 9-cu səviyyəyə çatan 6 oyunçunu — "Saf rənglərin altı kralı"nı məğlub edib 10-cu səviyyəyə çata bilsə, "Brain Burst" proqramın yaradıcısı ilə görüşə biləcək. Buna görə Kuroyukihime Harudan kömək istəyir. Haru özünə "Silver Crow" (azərb. "Gümüş qarğa"‎), Kuroyukihime isə özünü "Black Lotus" (azərb. "Qara lotus"‎) ləqəbini götürür və onlar məqsədlərinə çatmaq üçün birlikdə işləməyə başlayırlar.

"Accel World" HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyasıdır. Kavahara ranobeni 2008-ci ildə baş tutan 15-ci Dengeki Roman Mükafatına təqdim etmiş və baş mükafatı qazanmışdır.[1] Ranobenin ilk cildi 10 fevral 2009-cu ildə ASCII Media Works tərəfindən Dengeki Bunko imprinti altında nəşr olunmuşdur.[2] 2024-ci ilin martuna kimi 27 cildi çapdan çıxmışdır.[3] Japan Expo USA tədbirinin panelində Yen Press ranobeni Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamış[4] və ilk cildi 22 iyul 2014-cü ildə nəşr etmişdir.[5]

23-29 iyul 2016-cı il tarixləri arasında "Accel World: Infinite Burst" filmini izləmək üçün kinoteatrlara gedən şəxslər Reki Kavahara tərəfindən yazılmış "Accel World -Mugen e no Chōyaku" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuzluğa tullanmaq"‎) adlı qısa hekayəni əldə etmişdirlər.[6]

BaşlıqYapon versiyasının nəşr tarixiİngilis versiyasının nəşr tarixi
1Kuroyukihimenin qayıdışı
Kuroyukihime no Kikan (黒雪姫の帰還)
10 fevral 2009[2]
ISBN 978-4-04-867517-8
22 iyul 2014[5]
ISBN 978-0-316-37673-0
2Qız fırtına şahzadəsi
Kurenai no Bōfūki (紅の暴風姫)
10 iyun 2009[7]
ISBN 978-4-04-867843-8
18 noyabr 2014[8]
ISBN 978-0-316-29636-6
3Alaqaranlıq soyğunçusu
Yūyami no Ryakudatsusya (夕闇の略奪者)
10 oktyabr 2009[9]
ISBN 978-4-04-868070-7
24 mart 2015[10]
ISBN 978-0-31-629637-3
4Mavi səmaya doğru uçmaq
Aozora e no Hisyō (蒼空への飛翔)
10 fevral 2010[11]
ISBN 978-4-04-868327-2
21 iyul 2015[12]
ISBN 978-0-31-629638-0
5Uçan ulduz işığı körpüsü
Hoshikage no Ukihashi (星影の浮き橋)
10 iyun 2010[13]
ISBN 978-4-04-868593-1
17 noyabr 2015[14]
ISBN 978-0-31-629639-7
6Shrine Maiden of the Sacred Fire
Jōka no Miko (浄火の神子)
10 oktyabr 2010[15]
ISBN 978-4-04-868969-4
22 mart 2016[16]
ISBN 978-0-31-629640-3
7Fəlakət zirehi
Saika no Yoroi (災禍の鎧)
10 fevral 2011[17]
ISBN 978-4-04-870276-8
20 sentyabr 2016[18]
ISBN 978-0-31-635819-4
8Taleyin qoşalaşmış ulduzu
Unmei no Rensei (運命の連星)
10 iyun 2011[19]
ISBN 978-4-04-870550-9
13 dekabr 2016[20]
ISBN 978-0-31-631761-0
9Yeddi min illik dua
Nanasennen no Inori (七千年の祈り)
10 oktyabr 2011[21]
ISBN 978-4-04-870954-5
21 mart 2017[22]
ISBN 978-0-31-650270-2
10Elementlər
Elements
10 dekabr 2011[23]
ISBN 978-4-04-886241-7
20 iyun 2017[24]
ISBN 978-0-31-646605-9
11Karbid qurdu
Chōkō no Ōkami (超硬の狼)
10 aprel 2012[25]
ISBN 978-4-04-886521-0
19 sentyabr 2017[26]
ISBN 978-0-31-646606-6
12Qırmızı emblem
Aka no Monshō (赤の紋章)
10 avqust 2012[27]
ISBN 978-4-04-886795-5
12 dekabr 2017[28]
ISBN 978-0-31-646607-3
13Sukənarı mayak
Mizugiwa no Gōka (水際の号火)
10 fevral 2013[29]
ISBN 978-4-04-891330-0
10 aprel 2018[30]
ISBN 978-1-97-530006-7
14Coşqun işığın mələyi
Gekkō no Daitenshi (激光の大天使)
7 iyun 2013[31]
ISBN 978-4-04-891608-0
26 iyun 2018[32]
ISBN 978-1-97-532723-1
15Son və başlanğıc
Owari to Hajimari (終わりと始まり)
10 oktyabr 2013[33]
ISBN 978-4-04-866005-1
18 sentyabr 2018[34]
ISBN 978-1-97-532725-5
16Şirayukihimenin yuxusu
Shirayukihime no Madoromi (白雪姫の微睡)
8 fevral 2014[35]
ISBN 978-4-04-866320-5
18 dekabr 2018[36]
ISBN 978-1-97-532727-9
17Ulduzlar beşiyi
Hoshi no Yurikago (星の揺りかご)
10 oktyabr 2014[37]
ISBN 978-4-04-866936-8
19 mart 2019[38]
ISBN 978-1-97-532729-3
18Qara qoşa qılınclı qılıncoynadan
Kuro no Sokenshi (黒の双剣士)
10 iyun 2015[39]
ISBN 978-4-04-865189-9
18 iyun 2019[40]
ISBN 978-1-97-532731-6
19Qaranlıq dumanlığın məftunluğu
Nega Nebulus no Inryoku (暗黒星雲の引力)
10 oktyabr 2015[41]
ISBN 978-4-04-865438-8
9 sentyabr 2019[42]
ISBN 978-1-97-533218-1
20Ağ və qara rəqabət
Shiro to Kuro no Sōkoku (白と黒の相剋)
10 iyun 2016[43]
ISBN 978-4-04-892115-2
17 dekabr 2019[44]
ISBN 978-1-97-533271-6
21Qar spriti
Yuki no Yōsei (雪の妖精)
10 dekabr 2016[45]
ISBN 978-4-04-892390-3
21 aprel 2020[46]
ISBN 978-1-97-533273-0
22Günəş mütləq alov tanrısı
Zetsuen no Taiyōshin (絶焔の太陽神)
10 noyabr 2017[47]
ISBN 978-4-04-893465-7
22 sentyabr 2020[48]
ISBN 978-1-97-533277-8
23Kuroyukihimenun etirafı
Kuroyukihime no Kokuhaku (黒雪姫の告白)
7 sentyabr 2018[49]
ISBN 978-4-04-893917-1
15 dekabr 2020[50]
ISBN 978-1-97-533275-4
24Mavi çiçəyin qılınc adaçayı
Seika no Kensen (青華の剣仙)
10 avqust 2019[51]
ISBN 978-4-04-912676-1
27 aprel 2021[52]
ISBN 978-1-97-532133-8
25Ölüm tanrısı
Shūen no Kyoshin (終焉の巨神)
10 sentyabr 2020[53]
ISBN 978-4-04-913440-7
9 noyabr 2021[54]
ISBN 978-1-97-533508-3
26Göylərin qalibi
Retten no Seifukusha (裂天の征服者)
10 mart 2022[55]
ISBN 978-4-04-914133-7
22 avqust 2023[56]
ISBN 978-1-97-536784-8
27Dördüncü sürətlənmə
Daishi no Kasoku (第四の加速)
8 mart 2024[3]
ISBN 978-4-04-915389-7

Hiroyuki Ayqamonun rəssamlığı ilə istehsal olunmuş "Accel World" adlı manqa adaptasiyası ASCII Media Works nəşriyyatının "Dengeki Bunko Magazine" jurnalında 2010-cu ilin mayında nəşr olunmağa başlamışdır. Manqa 5 tankobon cildində toplanmış və 27 iyul 2011-ci ildən[57] 27 fevral 2014-cü ilə kimi buraxılmışdır.[58] "Dengeki Bunko Magazine" jurnalının 2010-cu il may buraxılışında Ryuryuu Akarinin rəssamı olduğu "Axel World". (あくちぇる・わーるど。, Akucheru Wārudo?) adlı yonkoma komiks stripi serializasiya olunmağa başlamışdır. 27 iyul 2011-ci ildən[59] 26 oktyabr 2013-cü ilə qədər 3 tankobon cildi buraxılmışdır.[60] 2014-cü ilin fevralında Yen Press "Accel World" manqasının Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır.[61] İlk üç cild, uyğun olaraq, 23 sentyabr 2014-cü ildə, 16 dekabr 2014-cü ildə və 24 mart 2015-ci ildə nəşr olunmuşdur.[62][63][64]

Accel World
Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 27 iyul 2011[65]ISBN 978-4-04-870630-823 sentyabr 2014[66]ISBN 978-0-316-33586-7
2 27 iyul 2011[67]ISBN 978-4-04-870634-616 dekabr 2014[68]ISBN 978-0-316-29634-2
3 27 avqust 2012[69]ISBN 978-4-04-886421-324 mart 2015[70]ISBN 978-0-316-29635-9
4 27 fevral 2013[71]ISBN 978-4-04-891398-0July 21, 2015[72]ISBN 978-0-316-30216-6
5 27 fevral 2014[73]ISBN 978-4-04-866389-227 oktyabr 2015ISBN 978-0-316-30614-0
Axel World
Nəşr tarixi ISBN
1 27 iyul 2011[74]ISBN 978-4-04-870619-3
2 27 avqust 2012[75]ISBN 978-4-04-886808-2
3 26 oktyabr 2013[76]ISBN 978-4-04-866082-2
4 27 mart 2015[77]ISBN 978-4-04-869342-4
Accel World / Dural: Magisa Garden
Nəşr tarixi ISBN
1 27 avqust 2012[78]ISBN 978-4-04-886934-8
2 27 aprel 2013[79]ISBN 978-4-04-891617-2
3 27 yanvar 2014[80]ISBN 978-4-04-866238-3
4 27 sentyabr 2014[81]ISBN 978-4-04-866839-2

Sunrise studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 6 aprel 2012-ci ildən 21 sentyabr 2012-ci ilə kimi yayımlanmışdır.[82] 13-cü seriyaya qədər istifadə olunmuş açılış mahnısı May'n tərəfindən ifa olunan "Chase the world" (azərb. "Dünyanı güdmək"‎), bağlanış mahnısı Kotoko tərəfindən ifa olunan "→unfinished→" (azərb. "→bitməmiş→"‎) mahnısıdır. 14-cü seriyadan etibarən açılış mahnısı kimi Altima tərəfindən ifa olunan "Burst the Gravity" (azərb. "Qravitasiya partlayışı"‎) mahnısı, bağlanış mahnısı kimi isə Saçika Misava tərəfindən ifa olunan "unite." (azərb. "birləşin."‎) mahnısı səsləndirilmişdir.[83] Anime serialının istehsalında Sunrise ilə yanaşı, Warner Home Video, ASCII Media Works, Namco Bandai GamesGenco şirkətləri iştirak etmişdir. Viz Media 6 aprel 2012-ci ilə kimi anime serialını Hulu-da yayımlayacağını açıqlamışdır.[84] İngilis dilinə dublaj edilmiş versiyası Viz Media-nın onlayn anime xidməti Neon Alley-də 19 aprel 2013-cü ildə yayımlanmağa başlamışdır.[85] Reki Kavaharanın orijinal hekayəsi ilə çəkilən "Accel World: Infinite Burst" (azərb. "Sürətləndirilmiş dünya: Sonsuz partlayış"‎) anime filminin premyerası Yaponiyada 23 iyul 2016-cı ildə baş tutmuşdur.[86]

Ranobe seriyası əsasında Banpresto tərəfindən PlayStation 3 və PlayStation Portable platformaları üçün iki videooyun istehsal olunmuş və Namco Bandai Games tərəfindən nəşr olunmuşdur.[87] Birinci oyun "Accel World: Awakening of the Silver Wings" (アクセル・ワールド ─銀翼の覚醒─, Akuseru Wārudo -Gin'yoku no Kakusei-?, azərb. "Sürətləndirilmiş dünya: Gümüş qanadların oyanışı"‎) Yaponiyada 13 sentyabr 2012-ci ildə, ikinci oyun "Accel World: The Peak of Acceleration" (アクセル・ワールド ─加速の頂点─, Akuseru Wārudo -Kasoku no Chōten-?, azərb. "Sürətləndirilmiş dünya: Sürətləndirmənin pik həddi"‎) Yaponiyada 31 yanvar 2013-cü ildə buraxılmışdır. Oyunların məhdud nəşrlərinə OVA seriyaları (PS3 versiyası üçün Blu-ray, PSP versiyası üçün DVD) daxil edilmişdi.[88] PSP üçün nəzərdə tutulmuş "Z.H.P. Unlosing Ranger VS Darkdeath Evilman" oyununda Gümüş qarğa açıla bilən kostyumdur. "Sword Art Online: Lost Song" oyununda Qara lotus əldə edilə bilən personaj və döyüşülə biləcək rəqiblərdən biridir.[89]

2016-cı ilin oktyabrında "Accel World VS Sword Art Online: Millennium Twilight" adlı videooyun anons edilmişdir. Oyun "Sword Art Online" franşizi ilə birlikdə krossover təşkil edəcək və 2017-ci ildə Bandai Namco Entertainment tərəfindən Playstation 4Playstation Vita platformaları üçün buraxılacaq.[90] Bundan əlavə, 2016-cı ildə iOSAndroid platformaları üçün "Accel World End of Burst" adlı oyun buraxılacaq.[91]

Anime News Network anime üçün A+ reytinqi vermiş və "Sword Art Online"-a bənzədiyini qeyd etmişdir.[92] Kotaku-nun əməkdaşı Riçard Eysenbeys animeni yaxşı düşünülmüş hekayəsinə, əsas personajlarına və böyük protaqonistinə görə tərifləmiş, lakin üçüncü arkına görə tənqid etmişdir. Sonda isə animenin "güclü" başladığını, amma "zəif" bitdiyini qeyd etmişdir.[93] Nifrigel soundrek, presonajlar və hekayə baxımından anime haqqında xoş sözlər demiş, amma Reki Kavaharanın virtual reallıq mövzusunda biliklərinin az olmasının çatışmazlıq olduğunu bildirmişdir.[94]

  1. "第15回 電撃大賞 入賞作品" (Japanese). ASCII Media Works. 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  2. 1 2 "アクセル・ワールド1" (Japanese). ASCII Media Works. 2013-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  3. 1 2 "アクセル・ワールド27" (Japanese). Dengeki Bunko. 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2024.
  4. "[[Yen Press]] Adds Sword Art Online, Accel World Light Novels, More Madoka Magica Manga". Anime News Network. August 23, 2013. 2013-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  5. 1 2 "Accel World, Vol. 1". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  6. "Reki Kawahara Writes Accel World Short Story For 1st Accel World Infinite Burst Theatergoers". Anime News Network (ingilis). 9 iyul 2016. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016.
  7. "アクセル・ワールド2" (Japanese). ASCII Media Works. 2014-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  8. "Accel World, Vol. 2". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  9. "アクセル・ワールド3" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  10. "Accel World, Vol. 3". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  11. "アクセル・ワールド4" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  12. "Accel World, Vol. 4". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  13. "アクセル・ワールド5" (Japanese). ASCII Media Works. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  14. "Accel World, Vol. 5". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  15. "アクセル・ワールド6" (Japanese). ASCII Media Works. 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  16. "Accel World, Vol. 6". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  17. "アクセル・ワールド7" (Japanese). ASCII Media Works. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  18. "Accel World, Vol. 7". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  19. "アクセル・ワールド8" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  20. "Accel World, Vol. 8". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  21. "アクセル・ワールド9" (Japanese). ASCII Media Works. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  22. "Accel World, Vol. 9". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  23. "アクセル・ワールド10" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  24. "Accel World, Vol. 10". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  25. "アクセル・ワールド11" (Japanese). ASCII Media Works. August 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2014.
  26. "Accel World, Vol. 11". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  27. "アクセル・ワールド12" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  28. "Accel World, Vol. 12". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  29. "アクセル・ワールド13" (Japanese). ASCII Media Works. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  30. "Accel World, Vol. 13". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  31. "アクセル・ワールド14" (Japanese). ASCII Media Works. 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  32. "Accel World, Vol. 14". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  33. "アクセル・ワールド15" (Japanese). ASCII Media Works. 2013-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  34. "Accel World, Vol. 15". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  35. "アクセル・ワールド16" (Japanese). ASCII Media Works. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  36. "Accel World, Vol. 16". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  37. "アクセル・ワールド17" (Japanese). ASCII Media Works. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  38. "Accel World, Vol. 17". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  39. "アクセル・ワールド18" (Japanese). ASCII Media Works. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  40. "Accel World, Vol. 18". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  41. "アクセル・ワールド19" (Japanese). ASCII Media Works. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  42. "Accel World, Vol. 19". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  43. "アクセル・ワールド20" (Japanese). ASCII Media Works. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2016.
  44. "Accel World, Vol. 20". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  45. "アクセル・ワールド21" (Japanese). Dengeki Bunko. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  46. "Accel World, Vol. 21". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  47. "アクセル・ワールド22" (Japanese). Dengeki Bunko. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  48. "Accel World, Vol. 22". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  49. "アクセル・ワールド23" (Japanese). Dengeki Bunko. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  50. "Accel World, Vol. 23". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  51. "アクセル・ワールド24" (Japanese). Dengeki Bunko. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  52. "Accel World, Vol. 24". Yen Press. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  53. "アクセル・ワールド25" (Japanese). Dengeki Bunko. 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  54. "Accel World, Vol. 25". Yen Press. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  55. "アクセル・ワールド26" (Japanese). Dengeki Bunko. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2022.
  56. "Accel World, Vol. 26". Yen Press. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2023.
  57. "アクセル・ワールド01" (Japanese). ASCII Media Works. 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  58. "アクセル・ワールド05" (Japanese). ASCII Media Works. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  59. "あくちぇる・わーるど。(1)" (Japanese). ASCII Media Works. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  60. "あくちぇる・わーるど。(3)" (Japanese). ASCII Media Works. 2013-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  61. "[[Yen Press]] Adds Accel World, Übel Blatt, Barakamon Manga". Anime News Network. February 14, 2014. 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  62. "Accel World, Vol. 1 (manga) (Accel World (manga))". Amazon.com. İstifadə tarixi: 18 iyun 2016.
  63. "Accel World, Vol. 2 (manga) (Accel World (manga))". Amazon.com. İstifadə tarixi: 18 iyun 2016.
  64. "Accel World, Vol. 3 (manga) (Accel World (manga))". Amazon.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  65. "アクセル・ワールド01" (Japanese). ASCII Media Works. 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  66. "Accel World, Vol. 1 (manga)". Yen Press. 2014-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  67. "アクセル・ワールド02" (Japanese). ASCII Media Works. June 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.
  68. "Accel World, Vol. 2 (manga)". Yen Press. December 31, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 10, 2015.
  69. "アクセル・ワールド03" (Japanese). ASCII Media Works. 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  70. "Accel World, Vol. 3 (manga)". Yen Press. 2014-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  71. "アクセル・ワールド04" (Japanese). ASCII Media Works. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  72. "Accel World, Vol. 4 (manga)". Yen Press. 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  73. "アクセル・ワールド05" (Japanese). ASCII Media Works. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  74. "あくちぇる・わーるど。(1)" (Japanese). ASCII Media Works. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  75. "あくちぇる・わーるど。(2)" (Japanese). ASCII Media Works. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  76. "あくちぇる・わーるど。(3)" (Japanese). ASCII Media Works. 2013-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  77. "あくちぇる・わーるど。(4)" (Japanese). Kadokawa Corporation. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  78. "アクセル・ワールド/デュラル マギサ・ガーデン01" (Japanese). ASCII Media Works. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  79. "アクセル・ワールド/デュラル マギサ・ガーデン02" (Japanese). ASCII Media Works. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  80. "アクセル・ワールド/デュラル マギサ・ガーデン03" (Japanese). ASCII Media Works. 2016-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  81. "アクセル・ワールド/デュラル マギサ・ガーデン04" (Japanese). ASCII Media Works. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  82. "Accel World, Natsuiro Kiseki, Zetman, Dusk maiden of Amnesia Premieres Listed". Anime News Network. February 29, 2012. 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  83. "Accel World Future Teen Light Novels Get Anime". Anime News Network. October 1, 2011. 2014-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  84. "Accel World Viz Media to stream Accel World anime". Anime News Network. April 6, 2012. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  85. "Neon Alley Announces "Accel World" English Dub Cast". Crunchyroll. March 20, 2013. May 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  86. "Accel World Novels Inspire New Accel World: Infinite Burst Anime". Anime News Network. October 4, 2015. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  87. "Accel World, Sword Art Online Light Novels Get Games". Anime News Network. October 2, 2011. 2018-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  88. "Accel World: Ginyoku no Kakusei Game's 2nd TV Ad Posted". Anime News Network. July 6, 2012. 2013-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  89. "Accel World's Kuroyukihime joins Sword Art Online: Lost Song - Gematsu". Gematsu.com. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  90. "Accel World VS Sword Art Online: Millennium Twilight PS4, PS Vita Game Revealed". Anime News Network. 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  91. "Accel World End of Burst Smartphone Game's Promo Shows Duel Avatars". ANN (ingiliscə). 5 oktyabr 2016. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  92. "Accel World Blu-Ray - Review - Anime News Network". Animenewsnetwork.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  93. "Accel World Starts Strong, But Ends Wrong". Kotaku.com. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  94. "Nifrigel's Otaku Review: Accel World Review". Plantowatch.blogspot.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]