ASIMO
Görünüş
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d9/Honda_ASIMO.jpg/300px-Honda_ASIMO.jpg)
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir.
ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur.
2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır. Hər birinin hazırlanması üçün 1 milyon ABŞ dollarından çox vəsait xərclənir. Bu robotların illik kirayə qiyməti isə 166 000 ABŞ dollarına bərabərdir.