Əsma Sultan (I Əbdülhəmidin qızı)
Əsma Sultan | |
---|---|
إسما السلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | I Əbdülhəmid |
Anası | Aişə Səniyəpərvər Sultan |
Həyat yoldaşı | Kiçik Hüseyn Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Əsma Sultan (17 iyul 1778, Konstantinopol – 9 iyun 1848 və ya 4 iyun 1848, Konstantinopol) — 27. Osmanlı padşahı I Əbdülhəmidin qızıdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsma Sultan 1778 tarixində dünyaya gəlmişdir. Anası Aişə Səniyəpərvər Sultandır. Hələ 11 yaşında ikən atası vəfat etmiş, əmisi oğlu III Səlim taxta çıxmışdır. Əsma Sultan 1792 tarixində hələ 14 yaşında ikən 35 yaşlı Kaptan-ı dərya Kiçik Hüseyn Paşa ilə evləndirildi. Qısa zamanda böyük nüfuz qazandı. Öz adına bir sarayı, üç köşk və bir yay sarayı vardı. Bu evlilik 11 il davam etdi və 1803 tarixində Əsma Sultan dul qaldı. Bundan sonrakı ömründə bir daha evlənmədi.[2]
29 may 1807 tarixində III Səlim taxtdan endirildi və yerinə Əsma Sultanın qardaşı IV Mustafa keçdi. Ancaq IV Mustafa ancaq 1 il taxtda qala bildi. Yerinə Əsma Sultanın digər qardaşı II Mahmud taxta keçdi. Buna baxmayaraq Əsma Sultan IV Mustafanın taxta keçməsini istəyirdi. Hətta 15 noyabr 1808 tarixində başlayan ayaqlanmada barmağı olduğu iddia edilməkdədir.[2] Ancaq bu ayaqlanma bir nəticə verməmiş və II Mahmud taxtda qalmışdır. Yeniçərilər Sultan Mahmuda qarşı o qədər böyük nifrət bəsləyirdi ki, hətta Əsma Sultanın taxta keçməsinə belə razı idilər.
Vəfatı
[redaktə | mənbəni redaktə et]1839 tarixində vəfat edən II Mahmud Əsma Sultanın istəyilə Çəmbərlidaşda yerləşən yay sarayı yaxınlığında dəfn edilmiş, 1848-ci ildə vəfat edən Əsma Sultan da eyni yerə dəfn edilmişdir. II Mahmud türbəsi olaraq tanınan bu türbəyə Sultan Əbdüləziz və II Əbdülhəmid də dəfn edilmişdir.[2]
Əsma Sultanın övladı olmamış, ancaq gələcəkdə Sultan Əbdülməcidlə evlənərək Sultan Əbdülhəmid dövründə validə sultan olan Rahimə Piristü Sultanı öz himayəsində böyütmüşdür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Sicil-i Osmani, Mehmet Süreyya Bey, Tarih Vakfı Yurt Yayınları, ISBN 975-333-038-3 İstanbul, 1996.
- ↑ 1 2 3 Yılmaz Öztuna, Hürrem Sultan, Ötüken Yayınları, 1978, İstanbul, Isbn=9754371415