Nüseyrilər

Vikipediya, azad ensiklopediya
(Ənsarilər səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Nüseyrilər, ya da Nusayriyyə (ərəb. النصيرية‎ - Al-Nusayrīyah, ya da ərəb. العلوية‎ - Al-Alawīya) — Suriyanın Lazkiyə, BaniyasTartus bölgələriylə Türkiyənin Hatay, AdanaMersin illərində yaşayan, ismaililik, duruzilik, xristianlıq ilə birlikdə Suriyadakı mövcud digər yerli inancların İslamiyətin şiəlik məzhəbinin damı altında yaşaması nəticəsində ortaya çıxmış olan dini inanc toplumu.

İslam

İslam Tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Nusayrilik 883-cü ildə Məhəmməd bin Nusayri əl-Nəm tərəfindən yaradılmış və Suriyada geniş yayılmış batini şiə təriqətidir. Bəzi mənbələrdə Numeyrilər də adlanırlar. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili (əslində, daha çox) inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar.

Yaradıcısı, özünü şiə-imamiliyinin onuncu imamı Əli əl-Hakinin sağlığında onun tərəfindən göndərilmiş peyğəmbər olduğunu iddia edirdi. Bir rəvayətə görə də, IBM Nusayri, on birinci imam Həsən əl-Asgərinin (873) "atası olduğunu irəli sürmüş və onun vəfatıyla da oğlu Məhəmməd b. əl-Həsənın Mehdiliyini qəbul etmişdir".[1]

Yalnız Suriya bölgəsində yayilmiş olan nüseyrilər 903-cü ildə Suriyada hakimiyyəti ələ keçirdilər. Səlib yürüşləri zamanı xaç (xristian) ordularına yardım etmiş və müsəlmanların əleyhinə xristianlara dəstək olmuşdular. Buna görə Səlahəddin Əyyubi tərəfindən şiddətli şəkildə cəzalandırılmışdılar. Eyni şəkildə Məmluklar əleyhinə Moğollara yardım etdikləri üçün Məmluk Sultanı Aybarsdan da təzyiq görmüşdülər. Nüseyrilər, bölgədə ardıçıllıqla hökm sürən, Səlahəddin Əyyubi, xristianlar, ismaililər və moğollardan sonra Sultan Səlimin (1516-cı) Suriyanı ələ keçirməsindən sonra daha güclü təzyiqlərə məruz qalmalarına baxmayaraq varlıqlarını davam etdirə bilmişlər. Zaman-zaman Osmanlılara qarsı üsyan etmələrinə baxmayaraq II Əbdulhəmid onları rəsmi olaraq bir məzhəb kimi qəbul etmişdi. Bu gün Suriyanın müxtəlif bölgələrdə - Hatay, Tarsus, Adana, Firat boyları və Livanda geniş şəkildə yayılmış olan nüseyrilərin sayı təkcə Suriyada 5 milyon civarındadır [2]

Nusayrilər təriqət kimi dörd qola ayrılmışlar: Heydəriyyə, Simaliyyə (və ya Semsiyyə) Kilaziyyə (və ya Kameriyyə) və Gaybiyyə təriqətləri.

Etiqadı fikirlərinə görə, qismən İslamdan qaynaqlanmış olsalar da, əsasən batini şərhlərə söykənən və hətta zaman-zaman Xristian mədəniyyətinin təsirindədirlər.

Nusayrilərin dini düşüncələrinin təməlini Əlinin ilahiləşdırılması təşkil edir. Bu təriqətin bütün qollarına görə, Əli ibn-Əbutalib (IV islam xəlifəsi) Tanrıdır. Uca Allah üçün sayılan sifət və xüsusiyyətlər Əli üçün sayılmalıdır. O, nurun nurudur, ilahi şəxs etibarilə gizlidir. O mənadır. Görünüşcə imam olmasına baxmayaraq, batini cəhətiylə O, Allahdır. Buna görə onların Şəhadət sözü "Mən Əlidən başqa İlah olmadığıma şəhadet edərəm" formasındadır. Bu anlayışa görə Əli, tanrıdır. Öz ruhundan Məhəmmədi, O da Salmanı Farasısı yaratmışdır. Əli "məna", Məhəmməd "ad", Salman isə "rəb"dir. Bu üçlk A(aya), M (Mim) və S (Sin) simvollarıyla ifadə edilir. Bu üçlü simvollaşdırma sistemi Süleyman Hasbi tərəfindən Xristianlıqdakı "ata-oğul-müqəddəs ruh" sistemiylə açıqlanar. Ayrıca Salmandan sonra beş dənə də Eytam vardır ki, bunlar: Mikdad bin əl-Esvad (Təbiət hadisələri və zəlzələni həyata keçirən), Əbu Zerril-Gifari (Uldizlarin hərəkətini idarə edən), Abdullah bin- Rifaha (Canlıların həyatlarıyla məşğul olan), Osman bin- Mazmun (Ruzi və xəstəliklərlə məşğul olan) və Qəmbər bin- Qaban ət-Dövrü (Ruhları cəsədlərə qaytaran). Bu beş eytam, eyni zamanda beş böyük ulduzdur.

Heydəriyyə təriqətinə görə Əli, göydədir. Günəş Məhəmmədi, ay da Salmanı təmsil edir. Əli günəşdə oturmuşdur. Kilazilərə görə isə Əlinin yeri Aydır. Buna görə də bu təriqətə "Qəmərilər" adı verilmişdir. Onlara görə şərab, üluhiyyətin simvoludur. Şərabı və şərabın əsli olan üzüm salxımlarını həddindən artıq uca tuturlar.

Tənasüh (ruhun bir bədəndən başqasına keçməsinə) və ruh köçünə inanırlar. Onlara görə, insanlar ilk dəfə səmavi varlıqlar olaraq yaradılmışlar. Lakin enişlərinin nəticəsi olaraq bugünkü vəziyyətlərini qəbul etmək məcburiyyətində qalmışlar. Davamlı tənasüh və ruh köçü, insanların təkrar səmavi varlıqlara dönməsiylə sona çatacaq. Yenə Əlinin ulduzlarin şahzadəsi olduğuna, günəş və ay ilə cisimlənmiş oldığına biətlidirlər.

Əliyə inanan Nusayrilərin ruhları, ulduzlara çevrilərək nurlar aləminə yüksələr. Nusayri olmayanların ruhları isə, heyvan bədənlərinə girər. Qadınların ruhları yoxdur. Şeytanlar insanların günahlarından, qadınlar da şeytanların günahlarından yaradılmışlar. Bu baxımdan qadınlara məzhəblərinin sirlərini açıqlamazlar. Müaviyəni, Yezidi və Həcc ziyarətini şeytanın simvolları adlandırır və lənətləyirlər.

Islaman beş əsas şərtinə münasibət də müsəlmanlardan fərqlidir. Onlara görə dinlərinin beş şərti belə ifadə olunmalıdır:

  1. Şəhadət sözü deyildikdən sonra "Nüseyri dinindən, Cundebi görüsündən, Cunbulani təriqətindən, Hasbi əqidəsindən, Cinli inancından, Meymuni fiqhindən olduğuma Şəhadət verirəm" cümləsi təkrarlanır.
  2. Namaz yalnız duadır. "Əli, Məhəmməd və Salmanı ucaldarıq" - demək, namazı qılmaq deməkdir. Namazdan əvvəl dəstəmaz alınmaz. Namazın şərtləri beşdir: a) Məhəmməd, Fatimə, Həsən, Hüseyn və Möhsin olmaqla beş seçməni tanımaq; b) Gülmədən və danışmadan dua etmək; c) Namazı, Abbasi rəngi olduğu üçün qara əbasız qılmaq; d) İbadəti başqalarının görməməsi üçün gizli etmək. "Ey Uca, Böyük və Arıların Əfəndisi Əli, bizə mərhəmət et" deyərək namazı bitirmək lazımdır. Namaz qılarkən Məkkəyə sarı dönmək də şart deyil. Günortaya qədər günəşin doğuş istiqamətinə, günortadan sonra isə qərbə üz tutmaq gərəkdir.
  3. Oruc Rəsulullahın atası Abdullah ibn Əbdulmütəlimin səssizliyini təmsil edir. Buna görə Ramazan Abdullah, Qurban Məhəmməddir. Ramazan ayının günləri isə nüseyrilərin müqəddəslərini təmsil edir.
  4. Zəkatın mənası dini öyrənməkdir. Hər ailə maliyyə vəziyyətinə görə, şeyxə pul vermək məcburiyyətindədir. Bu zəkat vermək deməkdir.
  5. Ziyarət yerləri çox əhəmiyyətlidir.Onlar ya su kənarlarında, ya da ağaclıq yerlərdədir. Bu anlayışlar qədim Finikiyalılardan qalan bir inancdır.

Nusayrilərdə, şeyxlərə böyük hörmət göstərilir və onlar dərəcələrinə görə dörd sinfə ayrılır: a) Böyük Şeyx. Əlinin yer üzündəki kölgəsi. Fövqəlbəşər gücünə inanılar. Vəzifəsi, şeyx və imamlığa namizədləri seçməkdir. b) Şeyx. Şeyxlərin sayları çoxdur və onların atalarının mələklər olduğuna inanılar. Mərasim və ziyarətləri idarə edib, xəstələrə dua edərlər, onlardan icazəsiz həkimə belə gedilməz. Şeyx ola bilmək üçün şeyx ailəsindən olmaq şərtdir. c) Nüvvab. Şeyx köməkçisi vəziyyətindədirlər, Şeyx ola bilmələri Böyük şeyxin qərarına bağlıdır, bunun üçün geniş bir təcrübədən keçməsi lazımlıdır. d) İmam. Aşağı təbəqəli din xadimləridirlər.

Nusayriliyə giriş üç mərhələdə həyata keçirilir. Qadınlar bu məzhəbə girə bilməzlər. Kişilərin isə məzhəbə girmələrinin əsas şərti ata-ananın Nusayri olmasıdır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məzhəbə ilk girəndən, ilk alınan söz, sirr saxlama xüsusiyyəti və bu qabiliyyətin yoxlanmasıdır.

Birinci mərhələ: Məzhəbə girəcək uşağın atası, onu güvəndiyi bir nusayriyənin yanına aparar. O şəxs uşağın mənəvi atası kimi onu yaxşıca tanıyır və qəbul şərtlərini anladır. Uşağın vəziyyəti haqqında şeyxin hüzurunda təminat alınar, uşaq əgər sirr versə öldürülür. Müsəlmanların gözündə yaxşı bir müsəlman kimi görünmək üçün namaz qılıb, oruc tutmasına diqqət göstərməsi lazım bilinir. Sonda uşaq "Məşvərət Cəmiyyəti" adlı yığıncağa alınır ki, bu yığıncaq şeyxin evində keçirilir. Üluhiyyət simvolu olan bir qədəh şərabı içdikdən sonra, o, Nurun qulu adini alar. Bu vaxt ona a(ayin), m(mim), s(sin) hərfləri və mənaları izah edilmədən təkrar etdirilir.

İkinci mərhələ: İlk mərhələdən qırx gün sonra uşaq "Məlik Cəmiyyəti"nə gətirilər. Uşağa təkrar bir qədəh içki təqdim edir və a(ayin), m(mim), s(sin) hərflərinin sirrini öyrədərək bunları hər gün 500 dəfə təkrar etməsini əmr edərlər. Bu vaxt "Kitabül-Mecmu"dan da bəzi hissələri öyrədirlər.

Üçüncü mərhələ: İkincidən 7-9 ay sonra icra edilir. Geniş bir salonda keçirilən bu mərasimin bir xeyli qaydaları vardır. Salonda ortada böyük şeyxi təmsil edən imam oturur, sağında nakibə, solunda isə nəçim oturur. Bu forma A(ayin), M(mim), S(sin) hərflərini-yəni Əli, Məhəmməd və Səlman üçlüyünü təmsil edir. Nakibin sağında da həvariləri adlanan on iki adam oturur. Nəcibin solunda isə iyirmi dörd adam durmalıdır. Bu adamlar "Kitabül-Məcmun”un beş dəfə təkrar edilməsinə şahidlik edərlər. Mərasimdə imam təkrarən uşaqdan sirrləri saxlayacağına dair söz istəyir, həvarilər də onun sözünə şahidlik edərlər. Bu sırada on iki həvari önlərindəki on iki stəkandan bir qurtum içki içirlər, namizəd də içir və beləcə üluhiyyətə çatmış hesab olunur.

Nusayrilərin müqəddəs bayram və mərasimlər bunlardır:

  1. Fitrə (Ramazan);
  2. Adha (Qurban);
  3. Gadir (Zilhiccə; Peyğəmbərin Əlini imam təyin etdiyinə inanılan gün);
  4. Mubahalə (Zilhiccə, Xristianlarla Məhəmməd arasındakı lənətlənmə hadisəsi);
  5. Firak (Zilhiccə; Peyğəmbərin Mədinəyə hicrət etdiyi gecədə Əlinin ONun yatağında yatması);
  6. Müddət (Məhərrəm; Nusayrilərə görə Hüseyn, Kərbəlada ölməmiş, Isa kimi göyə çəkilmişdir);
  7. Rəbiul əvvəl (Ömərin səhim edildiyi gün);
  8. Şum (Selmanın ölümü);
  9. Novruz bayramları 10. 24/25 dekabr gecəsi İsanın doğumu və "son yemək" ayini.

Nusayrilik İslam dini təriqəti adlana bilməz. Burada köhnə dinlər və inanışlardan tutmuş Sabiilikdən, Atəşpərəstlikdən, Yəhudilikdən, Xristianlıqdan və primitiv inanışlardan olduqca çox böyük təsirləri müşahidə etmək mümkündür. Bu inanış forması eyni zamanda gizlilik pərdəsi ilə örtülərək təqdim edilmişdir. Sirlərini, başqalarına açma qorxusuyla qadınlara öyrətmədikləri kimi, qadınlar ayinlərə də qatılmırlar. Üzvlüyə qəbul mərasimi masonların üzvlüyə qəbul mərasimlərinə bənzəyir.

1920-ci ilin sentyabrında Fransız işğalçıları Nusayrililəri Əlinin adından istifadə etdiklərinə görə Şiə təriqəti adlandırmışdı. Bu onlara İslam dininə qarşı daha kəskin mübarizə üçün lazım idi. İrandakı Bəhabilər və Pakistandakı Kadiyanilər kimi Nusayrilər də imperialistlərin məqsədləri istiqamətində üzərlərinə düsən rolu layiqincə oynamışlar və bu gün Suriyada bu rollarını oynamaqda davam etməkdədirlər.

Bu gün Suriya bu dindarlar tərəfindən idarə edilməkdədir. Tarix boyunca müsəlmanları davamlı şəkildə qətlə yetirmişlər. Təkcə, 1982-ci ildə Hama şəhərində baş vermiş qarşıdurmada otuz min insan şəhid olmuşdu.

Məzhəb kimi görünməsinə baxmayaraq Nusayrilik, nə xristianlıqla, nə yəhudiliklə, nə də islam ilə əlaqəsi olmayan inanc və ibadət üsullarıyla ayrıca bir din kimi ortaya çıxmışdır. Onların kafir, müşrik, olmalarında bütün sünni və şiə üləmaları yekdil rəy vermişlər.

1971-ci ildən bəri ölkə rəhbərliyini ələ keçirmişlər. 30 ildən artıqdır ki, bütün ölkə diktator Hafiz Əsəd və oğlu Bəşər Əsəd tərəfindən təzyiq altında saxlanmaqdadır.

  1. Ruhi Figlali, "Çağımızda Etiqadı İslam Məzhəbləri”, s. 143.
  2. Massignon: "Nusayrilər" Maddə I. A.