Əhəmənilər dövləti
İmperiya | |||||
Əhəmənilər dövləti | |||||
---|---|---|---|---|---|
Hakhâmaneshiyân | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Babil, Pasarqad, Ekbatan, Susa, Persepolis (rəsmi) | ||||
Dilləri | Elam dili, Misir dili, qədim yunan dili, Midiya dili, şumer dili, Akkad dili[1], erməni dili[1] | ||||
Rəsmi dilləri |
Arami (rəsmi, linqva franka), qədim fars (rəsmi), akkad dili, elam dili, yunan, Midiya dili və s. |
||||
Dövlət dini |
Zərdüştilik (rəsmi) Mesopotamiya dini, iudaizm, vedizm, Misir dini, yunan dini və s. |
||||
Ərazisi | 8.000.000 km² | ||||
Əhalisi | 50 000 000 nəfər | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə | Əhəmənilər | ||||
Davamiyyət | |||||
İran → Azərbaycan |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhəmənilər imperiyası[2] — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti.
E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır.
Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara.
Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi.
Tarix
[redaktə | mənbəni redaktə et]E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə. 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.
Qavqamela döyüşü
[redaktə | mənbəni redaktə et]Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://archive.org/stream/JamesRussellZoroastrianismInArmenia/James%20Russell%20-%20Zoroastrianism%20in%20Armenia#page/n11/mode/2up.
- ↑ Әһәмәниләр дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 253.