48°49′ şm. e. 154°07′ ş. u.HGYO

Şiaşkotan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şiaşkotan adası
rus. Остров Шиашкотан
Ümumi məlumatlar
Sahəsi 122 km²
Uzunluğu
  • 20,5 km
Eni 9 km
Hündür nöqtəsi 934 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
48°49′ şm. e. 154°07′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Şiaşkotan adası xəritədə
Şiaşkotan adası
Şiaşkotan adası
Şiaşkotan adası xəritədə
Şiaşkotan adası
Şiaşkotan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şiaşkotan adası (rus. Остров Шиашкотан) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada səkkiz bucaqlı formaya malikdir. Adanın uzunluğu 25 km, eni isə 9 km, sahəsi 122 km² təşkil edir. Adanın şimalında Çuprov yarımadası, cənubunda isə Nikonov yarımadası yerləşir ki, onlarda eni 1 km olan Makarov bərzəxi ilə birləşir. Şimalında Sinarka (934), cənubunda isə Kuntomintar vulkanları yerləşir. Adada vaxtı ilə Makaron adlı kənd olmuşdur. Aynuların köçürülməsindən sonra bura tamamən tərk edilmişdir. Çoxlu sayda axarlar və kiçik çaylar vardır. Ətrafında dəniz kələmi sıx su altı cəngəllik əmələ gətirir. Burada Şimal dəniz şirinə və nerpalara rast gəlinir. Adaya təhlükəsiz yan almaq üçün əlverişli yer yoxdur. 29 km şimal-şərqdən Xarimkotan adasından Severqin boğazı, 20 km cənub-qərbdən isə Ekarma adasından Ekarma boğazı ilə ayrılır. 20 km cənubunda (Kruzenştern boğazı) Tələlər adaları yerləşir.