Şərqi Prussiya hücumu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şərqi Prussiya hücumu
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərqi Prussiya hücumuİkinci Dünya müharibəsi Şərq Cəbhəsində, Qızıl Ordunun alman qüvvələrinə qarşı həyata keçirdiyi strateji hücumdur. Sovet hücumu 13 Yanvar 1945-ci il tarixində başlamış, bəzi Alman qoşunları 9 may 1945-ci ilə qədər müqavimətə davam etdisə də, 25 aprel 1945-ci il tarixində məqsədinə çatmışdı.[1] Qızıl Ordunun parlaq qələbəsi ilə nəticələnən Köniqsberq döyüşü ümumi hücumun mühüm bir hissəsidir. Alman tarixçilər Şərqi Prussiya Hücumunu 2-ci Şərqi Prussiya Hücumu kimi adlandırırlar. Gumbinnen Hərəkatı kimi də tanınan Birinci Şərqi Prussiya Hücumu, əsasən 1-ci Pribaltika Cəbhəsinin Memel Hücumunun bir hissəsi olaraq General Çernyaxovskiy komandanlığı altındakı 3-cü Belarus Cəbhəsinin qüvvələri tərəfindən 16 - 27 Oktyabr 1944-cü il tarixləri arasında həyata keçirilmiş bir hərəkatdır. Bu hərəkatda Sovet qoşunları Şərqi PrussiyaPolşada 30 - 60 km. dərinlikdə irəlilədilər, amma ağır itkilərə məruz qaldılar. Bu halda döyüş, cəbhə xəttində daha geniş ehtiyatlar toplanana qədər təxirə salınıb.[2]

  1. Сергей Аптрейкин, ведущий научный сотрудник Научно-исследовательского института (военной истории) Военной академии Генерального штаба ВС РФ, кандидат исторических наук. "К 70-летию Победы в Великой Отечественной войне: Восточно-Прусская наступательная операция (13 января — 25 апреля 1945 г.)". 2017-10-02 tarixində arxivləşdirilib. Официальный сайт Министерства обороны Российской Федерации // function.mil.ru
  2. "«Хайлигенбайльский котел»: в 1945 г. советские войска устроили немцам «восточно-прусский Сталинград», в ходе чего была ликвидирована 150-тысячная немецкая группировка". 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]