Şəbəkə arxitekturası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Şəbəkə arxitekturası (ing. Network architecture) – aparat vasitələri, funksional səviyyələr, interfeyslər və rabitə protokolları da daxil olmaqla kompüter şəbəkəsinin iç quruluşu. Şəbəkə arxitekturaları etibarlı rabitənin qurulması və informasiyanın ötürülməsinə zəmanət verməklə, həm terminoloji, həm də fiziki standartların təmin olunması üçün hazırlanıb. Şəbəkə arxitekturaları arasında bütün dünyada qəbul olunmuş yeddi səviyyəli ISO/OSI modeli və IBM firmasının Systems Network Architecture (SNA) arxitekturası seçilir; Bu və ya başqa şəbəkə arxitekturalarının son məqsədi çeşidli kompüterlərin sərbəst informasiya mübadiləsinə imkan verən rabitə standartlarının yaradılmasıdır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]