İvan Kruzenştern

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İvan Kruzenştern
rus. Ива́н Фёдорович Крузенште́рн
Doğum tarixi 8 (19) noyabr 1770[1][2][…]
Doğum yeri Xaqqud, Rapla yaxınlığında Rusiya imperiyası (indiki Raplamaa, Estoniya)
Vəfat tarixi 12 (24) avqust 1846[3][2][…] (75 yaşında)
Vəfat yeri Klistı burnu, Estlyanskaya quberniya
Vəfat səbəbi malyariya
Həyat yoldaşı Yuliya Şarlota fon Taube
Atası İohan Fridrix fon Kruzenşteyn
Anası Kristina Fredrika fon Tol
Təhsili Dəniz kadet korpusu
Fəaliyyəti dəniz səyyahı
Fəaliyyət illəri 1873-cü ildən
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kruzenştern İvan Fyadoroviç (rus. Ива́н Фёдорович Крузенште́рн; 8 (19) noyabr 1770[1][2][…]12 (24) avqust 1846[3][2][…]) — rus səyyahı, tədqiqatçısı.

XIX əsrin əvvəllərində ruslar Şimali Amerikanın qərb sahillərində azırkı San-Fransisko şəhərinə qədər böyük bir ərazidə məskunlaşmışdılar. Rusların himayəsi altına keçmiş bu ərazilər qərbdən çox uzaq oldğundan çar hakimiyyəti üçünəlaqə saxlamaq çox çətin idi. Yüklərin daşınması həddindən artıq baha başa gəlirdi. Belə ki, Rusiyanın Avropa hissəsindən Alyaskaya daşınan unun hər pudu ölkənin qərbində 40–50 qəpik olduğu halda, Amerikaya çatdırılarkən 8 manata qiymətləndirilirdi. Bu və ya digər çətinliklər ruslarla məskunlaşmış Amerika ərazisinin idarə olunmasını da mürəkkəblişdirirdi. Bəzi hallarda dövlətin verdiyi qərar nəinki Alyaskaya, həmçinin Kamçatkayaçatana qədər köhnəlmiş, yaxud ləğv olunmuş qərara çevrilirdi. Bu baxımdan Baltik dənizindən Sakit okeanda rus limanlarına qədər daim fəaliyyət göstərə bilən reysin təşkil olunması tələb olunurdu. Beləliklə, 1802-ci ildə Rusiyanın dəniz nazirliyi kapitan-leytenant Ivan Fyodoroviç Kruzenşternin dünya səyahətinin təşkil olunma təklifini qəbul etdi.

Kruzenştern dəniz kadet korpusunu bitirmiş, Rus-Isveç müharibəsində fərqləndiyinə görə xüsusi hörmətə malik bir zabit idi. Elə buna görə də 1793-cü ildə Ingiltərəyə göndərilməklə ingilis gəmilərində Şimali Amerika sahillərinə, Hindistana və Çinə tətşkil olunmuş ekspedisiyada iştirak etmişdir. Müəyyən təcrübəyə malik olduğundan təşkil olunmuş ekspedisiyanın rəisi təyin olunur. Kruzenştern kadet korpusunda oxuduğu dostu Sisyanskini özünə köməkçi götürməklə ekspedisiyaya hazırlıq işləri görür.

1803-cü ildə (yanvarda) "Nadejda" və "Neva" gəmiləri Kronştaddan yola düşür. Ekspedisiyanın qarşıya qoydğu əsas məqsəd Uzaq Şərq sahillərini tədqiq etmək, dəniz xəritələrini dəqiqləşdirmək, dərinlikləri, həmçinin suların temperaturunu müəyyənləşdirməklə Rusiya ilə Şimali Amerika arasındakı əlaqələri mümkün qədər asanlaşdırmaq idi. On gündən sonra gəmilər Kopenhagenə çatmaqla bir neçə alim, astronom və həkim ekspedisiyanın tərkibinə daxil edirlər. Ingiltərəyə baş çəkməklə geniş Atlantik sularına daxil olan gəmilər cənub yarımkürəsinə keçmələrini toplardan atılan yaylım atəşləri ilə qeyd edirlər. Braziliya sahillərinə yaxınlaşmaqla xəriğələr dəqiqləşdirilir. 1803-cü ilin dekabr aının sonunda Cənubi Amerikadan ensiz boğazla ayrılan Yekatrina adasına çatan ekspedisiya üzvləri tropik bitki növləri, tutuquşları nümunə üçün götürülür. Bundan sonra onlar 1804-cü ilin yanvar ayında Horn burnunu keçməklə Sakit okean sularına daxil olurlar. Dumanlı havada bir-birini itirən gəmilərdən I. F. Kruzenşternin rəhbərliyi altında olan "Nadejda" Nukuxiva adasına çatır. Üç gün sonra "Neva" gəmisi də həmin adaya yan almaqla yenidən görüşürlər və ilk dəfə olaraq adanın coğrafi təsvirini verirlər. On gün adada qalmaqla su və ərzağa olan ehtiyaclarını ödəmək üçün müxtəlif məhsullar götürməklə ekspedisiyanı davam etdirirlər. 1804-cü ilin mayında gəmilər ikinci dəfə ekvatoru keçdilər, ancaq bu dəfə cənubdan şimala. "Nadejda" gəmisi Havay adalarından Kamçatkaya, "Neva" gəmisi isə Alyaska sahillərinə istiqamət götürür. Rus dövlətinin tapşırığını nəzərə alaraq Yaponiya istiqamətində üzməyə başlayır. Qapalı mühitdə yaşamağa üstünlük verən yaponlar rusların diplomatik əlaqələr yaratmaq təklifini rədd edərək onlara yapon limanlarına daxil olmalarını qadağan edirlər. Buna baxmayaraq gəmi Kamçatkaya qayıdarkən Yaponiyanın sahil xətlərini xəritələşdirməyə müvəffəq olurlar. Kruzenştern Kamçatkaya qayıdarkən səhv olaraq Saxalin adasını yarımada kimi qəbul etmişdir.

  • Геннади Г. Н. Справочный словарь о русских писателях и ученых, умерших в XVIII и XIX столетиях. М., 1876–1908. Т. 1–36.
  • "ВоенноЭнциклопедический Лексикон" (т. VII, ст. А. И. Зелёного)
  • "St. Petersburger Zeitung" (1839 г., № 23–37, и отд.; ст. академика Бера)
  • Литке, "Записки" гидрограф. общ. (1847, кн. II)
  • Соколов "Записки" гидрогр. департамента (VIII, 1850)
  • "Морской Сборн." (1869,. No 6)
  • А. Н. Пыпин, "История русской этнографии" (т. IV)
  • Венюков, "Apercu hisi des decouvertes geographiques etc."
  • Ивашинцев Н. А., "Обозрение русск. кругосветных путешествий" (СПб., 1850)
  • "Memoir of the celebrated admiral A. J. K. etc." (1856, Лондон)
  • http://www.runivers.ru/lib/read_djvu.php?ID=128548&PAGE_NUMBER=356&VOLUME=12%7Cответственный=Под[ölü keçid] ред. В. Ф. Новицкого, А.В. фон Шварца, В. А. Апушкина, Г. К. фон Шульца|издательство=Т-во И. Д. Сытина|год=1911|место=Петербург|том=13|страницы=318–319

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]