İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar.
İstifadəçi interfeysi əsasən iki formada olur.
- Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.
- Xaricetmə. Sistemə istifadəçinin nə etdiyini müəyyən etmək imkanı verir. İstifadəçi interfeysi – kompüter proqramının istifadəçi ilə qarşılıqlı əlaqədə olma üsulu. İstifadəçi kimi qarşılıqlı əlaq ədə olduğunuz istənilən texnologiya istifadəçi interfeysinin bir hissəsidiİstifadəçi interfeysinin 3 önəmli növü var:
- Komanda dilləri. İstifadəçi göstərişləri klaviatura vasitəsilə verirsə və proqram məlumat sətirləri ilə cavab verirsə, proqram komanda sətri interfeysinə malikdir; məsələn, DOS, OS/2, yaxud VAX/VMS sistemlərində istifadəçi klaviaturadan komandasını verməklə faylların siyahısını əldə edə bilər.
2. Menyular. Proqrama komandalar menyu sistemi vasitəsilə verilirsə, proqram menyu ilə idarə olunan interfeysə malikdir. Menyular hərdənbir istifadə olunan proqramlar üçün ideal olur, ancaq təcrübəli istifadəçilər onu çox yavaş hesab edə bilər.
3. Qrafik mühitlər. Proqram informasiyanı qrafik formada göstərirsə və istifadəçi ilə qarşılıqlı əlaqədə olmaq üçün göstərici qurğu (məsələn, siçan) tələb edirsə, o, qrafik istifadəçi interfeysinə malikdir.
İnformasiya komponentləri məlumatı istifadəçiyə çatdırmaq üçün istifadə olunur. Video və ya təlimatın altındakı irəliləyiş çubuğu məlumat komponentinin nümunəsidir.
Konteynerlər. Konteynerlər məzmunu asanlıqla həzm olunan hissələrə təşkil edir. Hər bir alt başlığı tabın altında qeyd etmək əvəzinə, məzmunu gizlətmək və ya göstərmək üçün akkordeon menyusu kimi konteyner elementindən istifadə edilə bilər.
-
Historic HMI in the driver's cabin of a German steam locomotive
-
Modern HMI in the driver's cabin of a German Intercity-Express High-Speed Train
-
The HMI of a toilette (in Japan)
-
HMI for audio mixing
-
HMI for video production
-
HMI of a machine for the sugar industry with pushbuttons
-
HMI for a Computer numerical control (CNC)
-
slightly newer HMI for a CNC-machine
-
emergency switch/panic switch
Ədəbiyyat[1]
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
- ↑ "What Is UI Design? Definition, Tips, Best Practices". Coursera (ingilis). 2023-06-16. 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-23.