İslam mədəniyyəti
İslam mədəniyyəti |
---|
İslam mədəniyyəti — bəşər tarixində yeni və ən mütərəqqi bir səhifədir. İslam təbiəti hər bir şeyin ilahi başlanğıcı kimi təqdim edir.
Bu özünəməxsus mədəniyyət Hindistandan İspaniyaya qədər uzanır, Yaxın və Orta Şərqi, Şimali Afrikanı, o cümlədən cənub-şərqi Asiyanın önəmli ərazilərini əhatə edir.
"(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk." (Hicr surəsi, 21).
Beləliklə, təbiətdə tarazlığı müəyyən edən Allahın siyasi, iqtisadi, elmi və mədəni qanunlarına işarə vurulur. Allah təbiəti və insanı ona görə yaratmışdır ki, onlar qarşılıqlı şəkildə bir-birini tamamlasın və ahəngdar şəkildə yaşasınlar. Əslində bu, müasir elmin nail olmağa çalışdığı ekoloji tarazlıqdır. İslam – tam yeni bir dindir, o, ictimai qanunları təhlil etmiş, qadın və kişilərin tam bərabər hüquqlu olduğunu elan etmişdir.
İslamda qadınlara münasibət
[redaktə | mənbəni redaktə et]Qurani-Kərimin və hədislərin yaranması dünyada qadınların sosial və hüquqi vəziyyətində ən böyük dönüşə səbəb oldu.
İslam – elə bir təkrarolunmaz təlimdir ki, burada, digər dinlərdən fərqli olaraq, qadınlara hörmət, fəxr münasibətlər formalaşmışdır. Quran mədəniyyətində kişi və qadınların qarşılıqlı asılılığının mövcudluğu əlaqəsi daim qeyd olunur. Xeyir işlərinə görə Quran həm qadınlara, həm də kişilərə bərabər mükafat vəd edir.
Alman tədqiqatçısı Murad Vilfrid Hofmann "Almaniyalı müsəlmanın gündəliyindən" kitabında yazır: "… Müsəlman qadınlar, şəriətin buyurduğu kimi, 1400 il ərzində elə hüquqlardan istifadə edirdilər ki, onların Avropadakı bacıları bunları yalnız XX əsrdə böyük çətinliklə əldə edə bildilər…" Müxtəlif cəmiyyətlərdə və ictimai təbəqələrdə qadınlar tez-tez hüquqların pozulması halları ilə rastlaşır; din və mədəniyyət isə qender qeyri-bərabərliyinin mənbəyi kimi qiymətləndirilirdi. Dini baxışlarda insanların bərabərlik ideyası ilə rastlaşsaq da, həqiqətdə qadınlar asılı vəziyyətdə olur, bəzi hallarda dini iyerarxiyadan tamamilə sıxışdırılıb çıxarılırlar.
İslamda təmizlik
[redaktə | mənbəni redaktə et]Dinimiz ibadətlərlə yanaşı, təmizliyədə əməl etməyi tələb edir və ona böyük əhəmiyyət verir. İslamiyyətdə təmizlik ibadətlərin ruhu kimidir. Elə Rabbimiz də Tövbə surəsinin 108–ci ayəsində: Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər mömin Allahın sevgisini və razlılığını qazanamq üçün bədən üzvlərini maddi kirlərdən, daxili aləmi və duyğularını da mənəvi kirlərdən, mənfi düşüncələrdən təmizləməlidir. Ona görə də, hər bir müsəlman hər vaxt, hər yerdə və hər vəziyyətdə təmizliyə diqqət yetirməlidir. İbadətin qəbul olunması üçün təmiz olmaq şərtdir. Məsələn namaz qılmaq üçün mütləq dəstəmaz almaq lazımdır. Dəstəmazsız namaz qılmaq olmaz. Namazın səhih olması üçün vücudun təmizliyi ilə yanaşı, məkanın təmizliyi də şərtdir. Bunlardan da mühümü mənəvi təmizlikdir. Mənəvi təmizlik duyğuların,düşüncələrin Allahın razı olduğu istiqamətə yönəlməsi ilə mümkündür. Allah təmizdir təmiz olanları sevər
İslam mədəni tərəqqiyə təkan verdi
[redaktə | mənbəni redaktə et]Lakin öz mütərəqqi xarakteri ilə fərqlənən islam dini, müsəlman etnoslarını depressiyadan çıxardı, siyasi qarşıdurmalara son qoydu, böyük yürüşlərə sövq edərək, sürətli mədəni tərəqqiyə təkan verdi. Bu dövr tarixi yaddaşımıza ən möhtəşəm dövrlərdən biri kimi həkk olunmuşdur. İslam, bütün bəşər tarixi ərzində cəmiyyətdə misli olmayan dəyişiklikləri yaratdı. İslam qadın və uşaqlara humanist və ədalətli münasibəti aşılayır. Kişilər öz ailə üzvləri üçün tam məsuliyyət daşıyaraq, öz arvadlarını hərtərəfli təmin etməli, bir çox ciddi qaydalara riayət etməlidirlər. Qurandan bir surəni xatırladaq: "Bacarırsansa, evlən". Bu o deməkdir ki, kişi fiziki, iqtisadi və s. cəhətdən ailə qurmağa hazır olmalıdır. Quran surələrində araşdırılan sosial, mənəvi və hüquqi problemlər sırasında müsəlman icmalarda din uğrunda gedən döyüşlərdə şəhid olmuş və yaralanmış kişi əhalisinin taleyi, bununla bağlı çox qadının dul qalması, qızların ailə qura bilməməsi, yetim uşaqların təminatı məsələləri bütün çılpaqlığı ilə ortaya çıxmışdı. Qadınların ailə qurmaq, dünyaya övlad gətirmək kimi mənəvi hüququnun təmin edilməsində, yeganə imkan olan poliqamiya yolu ilə onların sosial və maddi cəhətdən mühafizə edilməsi məsələsi kəskin şəkildə durdu.
İslamda qəti qayda yoxdur ki, hər bir kişi dörd arvad saxlasın; buna icazə o zaman verilir ki, hər bir arvada qarşı ədalətlilik prinsipi gözlənilsin. İslama qədərki dövrdə islam ölkələrində qadın bütün hüquqlarından məhrum idi; islam isə qadını həm hüquqi, həm əxlaqi cəhətdən müdafiə etdi. Qadınların, qızların islama qədərki dövrdə öz həyatını belə qorumağa ixtiyari çatmadığı bir halda, islam şəraitində onlar mülkiyyət hüququnu, öz əmlakına yiyə durmaq haqqını qazandı; ailə quranda ya boşananda onların səs hüququ və varidat – əmlak hüququ müəyyən edildi.[1]
İslam, bir mədəniyyət olaraq elan edir ki, "evdə qız doğulubsa, deməli buraya xoşbəxtlik gəlmişdir, qız doğulan andan bu ev Yer üzündəki cənnətə dönür". Quranın bəyan etdiyi əsas əxlaqi vəzifələr də, digər mütərəqqi dini təriqətlərdə olduğu həqiqətləri bəyan edir: "Allahı göydə, onun peyğəmğərlərini Yer üzündə tanı, dinə təmənnasız qulluq et, ləyaqətli ömür sür, öz yaxınlarını sev, xeyirxah, ədalətli, vicdanlı, düzgün ol". Məhəmməd peyğəmbər sonuncu Həcc zamanı etdiyi ibadətdə demişdir: "Öz arvadlarınıza zülm etməyin! Onlarla səxavətli və səmimi olun!"
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Din – "insan–təbiət" qarşılıqlı münasibətlərində mədəniyyətin fundamental əsaslarından biridir" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-05-26.