İngiltərə və Uels
Naviqasiyaya keç
Axtarışa keç
İngiltərə və Uels (ing. England and Wales, vall Cymru a Lloegr) — Birləşmiş Krallığın üç leqal yurisdiksiyasından biri.[1] Birləşmiş Krallığın dörd tərkib hissəsindən ikisi olan İngiltərə və Uelsdən ibarətdir. Şotlandiya və Şimali İrlandiyadan fərqli olaraq İngiltərə və Uelsdə ingilis hüququ sistemi mövcuddur. Tarixən İngiltərə və Uels bir vaxtlar mövcud olan İngiltərə krallığının konstitusional varisidir.
İngiltərə və Uels bir çox qanunvericilik və icra məqsədləri üçün vahid qurum kimi qəbul edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Trevor R. S. Allan, Law, Liberty and Justice, Oxford: Oxford University Press, 1993, 212–213, ISBN 978-0-19-825991-6.