İnduktiv sarğaclar
Sarğac — bir dielektrik makara (mandren və ya karkas) üzərində müəyyən sayda sarılmış makara (sarğı) qrupudur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sabit induktiv sarğaclar və quruluşları
[redaktə | mənbəni redaktə et]İstismar yerinə görə, içərisi boş qalarsa havalı induktiv sarğac, dəmir bir nüvə keçirilərsə nüvəli induktiv sarğac deyilir. Şəkildə induktivlik simvolları verilmişdir.[1]
- hava nüvəli sarğac;
- iki qat hava nüvəli sarğac;
- hava nüvəli tənzimlənən sarğac (yüksək gücə malik);
- hava nüvəli tənzimlənən sarğac (az gücə malik);
- ferrit(dəmir) nüvəli sarğac;
- ikiqat dəmir nüvəli sarğac;
- dəmir nüvəli tənzimlənən sarğac(böyük güclü);
- dəmir nüvəli tənzimlənən sarğac(az gücə malik).
İnduktiv sarğaclarda elektrik hadisələri
[redaktə | mənbəni redaktə et]Məlum olduğu kimi, bir keçiricidən cərəyan keçirildikdə, keçirici ətrafında bir maqnit sahəsi yaranır. Bu sahə kağız üzərində dairələr şəklindəki qüvvə xətləri ilə əks edilir. Bir sarğacda AC cərəyan keçirildikdə, Şəkidə göründüyü kimi, sarğac sarğılarını əhatə edən bir maqnit sahə yaranır. Cərəyan artıb-azalmasına və istiqamət dəyişməsinə bağlı olaraq sarğacdan keçən qüvvə xətləri çoxalıb azalaraq istiqamətini dəyişdirir. Sarğaca bir DC gərginlik tətbiq olunarsa, maqnit sahə meydana gəlməyib sarğac dövrədə bir müqavimət xüsusiyyətini göstərər.
İnduktivliyi L (hn) olan dövrədə cərəyan çox az müddətdə t (san) ərzində kiçik İ qədər dəyişərsə, belə dövrədə öz-özünə induksiyalanma е.h.q-si yaranacaqdır:
E=-L(Δİ/Δt)
Bu düsturdakı mənfi işarəsi onu göstərir ki, öz-özünə-induksiya е.h.q-si cərəyanın dəyişilməsinə əks təsir edir. E. X. Lents sübut etmişdir ki, induksiya е.h.q. və о cümlədən öz-özünə induksiya е.h.q. həmişə elə yönəlmişdir ki, onu yaradan səbəbə əks təsir göstərir. Buna Lents qanunu deyilir.
İnduktiv sarğacda elektrik hərəkət qüvvəsi
[redaktə | mənbəni redaktə et]Dəyişən cərəyan tətbiq olunan Sarğac içərisindəki qüvvə xətlərinin dəyişikliyi nəticəsində, sarğacda EHQ adı verilən bir gərginlik induksiyalanar. Bu gərginliyin istiqaməti mənbə gərginliyinə tərs istiqamətdədir. Bu səbəbdən də EHQ sarğacdan, mənbə gərginliyinin yaratdığı cərəyana əks istiqamətdə bir cərəyan axmağa çalışar. Bu səbəbdəndir ki, mənbə gərginliyinin yaratdığı "I" dövrə cərəyanı, ancaq T/4 period zamanı qədər gec axmağa başlayır.
EHQ funksiyası, LENS qanunu ilə belə xarakterizə olunmuşdur: LENS qanununa əsasən EHQ, artmaqda olan dövrə cərəyanını azaldan, azalmaqda olan dövrə cərəyanını isə artırma istiqamətində təsir edər. İnduktiv müqavimət Sarğacın, içindən keçən AC cərəyana qarşı göstərdiyi müqavimətə induktiv müqavimət deyilir. İnduktiv müqavimət XL ilə göstərilir. Vahidi "Om" dur. Belə ifadə edilir:
XL=𝜔 L; 𝜔=2πf; XL=2πfL
- 𝜔 (omeqa): bucaq sürəti;
- f: Uygulana dəyişən cərəyanin tezliyi(hs);
- L: sarğacın induktivliyi (hn-henri).
"L" -in qiyməti sarğacların quruluşuna bağlıdır. Sarğacın sarılma sayı və kəsik sahəsi nə qədər böyük olarsa, "L" o qədər böyük olar. Beləliklə, AC cərəyana göstərdiyi müqavimətdə o qədər böyüyür. L -in vahidi yuxarıda da qeyd edildiyi kimi, Henri (H) ilə ölçülür. Ancaq dövrələrdə istifadə edilən induktivlliyin qiyməti çox az olduqundan, bunun üçün milihenri (mh) və mikrohenri (μh) ölçüləri istifadə edilir.
Qarşılıqlı induksiya
[redaktə | mənbəni redaktə et]Eyni nüvə üzərinə sarılmış iki sarğacın birindən cərəyan keçdikdə, bunun nüvədə yaratdığı qüvvə xətləri digər sarğıya da təsir edərək, bu sarğının iki ucu arasında bir gərginlik yaradır. Başqa bir sözlə desək, cərəyan keçirən iki məftildən birinin cərəyanı ya qiymət, ya da istiqamətcə dəyişərsə, o zaman onun ətrafındakı sahədə dəyişər. Bu dəyişmədən isə ikinci məftildə dəyişər. Yəni onun içərisində ehq təsirlənər. Və yaxud da əksinə, ikinci məftilin təsirlənməsindən də birinci məftil təsirlənərəq ehq yaradacaqdır. Bu gərginliyə induktiv gərginlik deyilir. Bu şəkildə qarşılıq, qarşılıqlı induktivlik adlanan müəyyən bir qiymətə görə olur.
Bu belə izah edilir: Eyni nüvə üzərindəki iki sarğacın birincisindən keçən 1 amperlik AC cərəyan 1 saniyədə, ikinci sarğacda 1v luq bir gərginlik induksiyalanırsa iki sarğac arasındakı qarşılıqlı induktivlik M=1 Henri olar.
Öz-özünə induksiya
[redaktə | mənbəni redaktə et]Cərəyanlı kontur ancaq öz sahəsi içərisində olarsa, o vaxt bunun özündən keçən cərəyan şiddətinin dəyişməsindən kontur özü təsirlənə bilər, yəni onun özündə e.h.q induksiyalanr. Bu hadisəyə öz-özünə induksiya hadisəsi deyilir.
İnduktiv sarğacın istifadə sahələri
[redaktə | mənbəni redaktə et]Əsas passiv komponentlərdən biri olan induktiv sarğaclar, mühərrikləri işlədilməsində, enerjinizi evinizə çatdırılmasna qədər, elektronikada çox zəngin bir keçmişi vardır. İnduktiv sarğaclar qədər faydalı, onları istifadə etmənin ən böyük problemi fiziki ölçüləridir. İnduktiv sarğaclar çox zaman bir dövrədə istifadə edilən bütün digər elektron komponentləri cılız hala gətirirlər. Bunlar istifadə sahələrinə görə belədir.
Elektrotenikada:
- Düzləndirici filterlərdə
- Transformatorlarda
- Qızdırıcı və s.
- Elektromaqnitlərdə
Elektronikada:
- Ossiloqrafda
- Radiolarda ferrit antena elementi(Uzun, orta, qısa dalğa sarğac)
- Telekommunikasiyada tezlik tənzimlənməsində
- Yüksək tezlik dövrlərində (hava nüvəli sarğac)
Xüsusən də radio qəbul edici və ötürücülərində də antena ilə əlaqədə müxtəlif tezliklərin qəbulu və ötürmələrində eyni ferrit nüve əistifadə edən müxtəlif sarğaclar və bunlara paralel bağlı kondensatorlardan istifadə edilir.
İnduktivliklərdə sağlamlıq yoxlanılması
[redaktə | mənbəni redaktə et]İndiki vaxtda istifadə edilən ölçü alətləriylə sarğacın, induktivliyin dəyərini ölçmək çətindir. Bu səbəblə burada yalnız sarğac qısaca qəzalı olub olmadığı test ediləcəkdir. İnduktivliyin müqaviməti (mis teldən hazırlandıqlarından) ümumiyyətlə 100 om-dan kiçikdir. İnduktivliyin uclarının bir-birindən fərqi yoxdur. Multimetrə qısa dövrə addımına alınır və prob induktivliyin uclarına bağlanır. Sonsuzdan fərqli bir dəyər ölçsə(çoxu dəfə 100 om-dan kiçik) induktivlik sağlamdır. Sağlamlıq mövzusunda ayrıca gözlə də tədqiq edilməlidir. Məsələn, göz ilə görülür yanma görülsə, sarğac üstünə düşən funksiyanı yerinə yetirmiyə bilər.