İkili standart
Insanlar və insan qrupları arasında ayrı-seçkilik etmək, eyni məsələdə müxtəlif insanlara və ya insan qruplarına eyni prinsiplərlə baxmamaq.
Məzmun
[redaktə | vikimətni redaktə et]İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq.
Misallar
[redaktə | vikimətni redaktə et]- Kişi və qadın arasında eyni hüquqların tanınmaması
- İrqi ayrı-seçkilik
- Etnik ayrı-seçkilik
- Dini ayrı-seçkilik
- Və s.
Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci düzəliş ikili standarta bariz nümunə sayılır.
Sözlərlə ifadə
[redaktə | vikimətni redaktə et]Görülən bir işin və ya işi görən insanın iki tərəf arasında fərli şəkildə adlandırılması baş verir. Məsələn:
- Zəbt etmək, işğal etmək və azad etmək
- Separatizm və milli-azadlıq hərəkatı
- Terrorist və partizan, fədai
- Casus və kəşfiyyatçı
- Və s.