İS-2

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İS-2
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1944
İstehsal tarixçəsi
İstehsalçı Kirov zavodu
Xüsusiyyətləri
Ağırlığı 46 t
Uzunluğu
  • 9,9 m
Hündürlüyü 2,73 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IS-2 — başqa adı: (Object 240)

Böyük Vətən Müharibəsi Muzeyində sərgilənən 1944-cü il modelli IS-2 tankı (2014)
IS-2 tankı (1944-cü il modelli) Drezden muzeyində
1944-cü il modelli IS-2 tankı Budapeşt müharibəsində
1943-cü il modelli IS-2 tankı Sapun dağında (Sevastopol)
1944-cü il modelli IS-2 tankının qrafik cizgiləri

İstifadəyə namizəd olan iki top var idi: A-19 adlı 122 mm-lik top və BS-3 adlı 100 mm-lik top. BS-3 adlı topun zireh dağıtma qabilliyyəti daha artıq idi (A-19 adlı top 160 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib olduğu halda, BS-3 adlı top 185 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib idi), ancaq partlayıcı mərmiləri əlverişsiz idi. Ayrıca olaraq A-19 adlı top və onun mərmilərində bolluq mövcud olarkən, BS-3 adlı top tədarük sıxıntısı yaşanan yeni bir top idi. Daha köhnə olan 76.2 mm-lik topa qarşılıq olaraq, A-19 adlı topun, Alman Panther tanklarında istifadə edilən 75 mm-lik yüksək sürətli topa yaxın dağıtma qabilliyyəti, köhnə F-34-ün kinetik enerjisinin 3.5 qatına çatırdı. Həm BS-3 adlı topun, həm də A-19 adlı topun testlərindən sonra, xüsusilə hazırda asanlıqla tapılmasından və alman mövqelərinə hücum edən zaman böyük partlayıcı mərmilərindən dolayı A-19 adlı toplar seçildi. A-19 kovan və barıt atəşləyicisini ayrı-ayrı istifadə edirdi, bu da atəşin davamlılığının və cəbbəxana gücünün zəifləməsinə səbəb olduğundan tanklar ilə müharibələrdə çox ciddi bir dezavantaj idi. Bununla bərabər top olduqca güclü idi, hər nə qədər 122 mm-lik zireh dağıdıcı mərmisi, rəqibi alman 75 mm-lik və 88 mm-lik toplar ilə müqayisədə daha aşağı lülədən çıxış sürətinə sahib olsa da, SSRİ-nin apardığı təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, A-19 topları Nasist Almaniyasının Panther tanklarının ön zirehini dağıtmaq qabilliyyətinə malikdir, dolayı yol ilə də, anti-tank rolunda kifayət qədər uğurlu çıxış edə bilərdi. Alman ordusunun kəşfiyyat məlumatlarına görə 122 mm-lik A-19 topu, gələn atəşin istiqamətinə görə 30 dərəcəlik bir bucaqla duran Panther tanklarına görə daha az təsirli idi. A-19 Panther tanklarının əyilmiş zirehli təbəqəsini hər hansı bir məsafədən, ön alt təbəqəsini isə sadəcə olaraq 100 metr məsafədən dağıtmaq qabilliyyətinə sahib idi, amma anti-personal yönü ilə olduqca təsirli çıxan partlayıcı mərmi, bu topun əsil güclü tərəfi idi. Topun xüsusiyyətləri IS-2 üçün problemlər yaratmağa davam edirdi, və iki hissəli cəbbəxanasının istifadəsi çətin, doldurulması yavaş idi (atəş sıxlığı təxminən dəqiqədə 2 atəş idi). Topun xüsusiyyətlərinin məhdudlaşdırdığı bir digər şey isə, mərmi ehtiyatı idi. Belə ki, tankın içərisində sadəcə olaraq 28 top mərmisi daşımaq mümkün idi.

IS-2 istehsalı

[redaktə | mənbəni redaktə et]
1943-cü il modelli IS-2 tankı 1960-cı ildə Sapun dağında qəhrəmanlıq müdafiə və Sevastopol Qurtuluş Muzeyində
IS-2 Sovet tankı, 1959-cu ildə, Litva, Salantaidə

IS-122 prototipi IS-85-in yerini aldı və IS-2 tanklarının seriyalı istehsalına başlanıldı. 85 mm-lik toplar yeni T-34–85 tankları üçün saxlanıla biləcək və IS-1 tanklarının da bir qisimi yenidən silahlandırılıb IS-2 olaraq qeydiyyatdan keçiriləcəkdilər. Əsas istehsal modeli güclü A-19 topu ilə təchiz olunmuş modeli idi. KV seriyalı tankların ən inkişaf etdirilmiş versiyası olan 1942-ci il modelindən bir az daha sürətli və yüngüldü, ayrıca olaraq çox daha inkişaf etdirilmiş tank qülləsi dizaynına sahib idi. Tank zirehinə görə KV seriyalı tanklar ilə müqayisədə daha yüngül, ancaq daha qalın bir zirehə malik idi. IS seriyalı tankların zirehləri yerləşdirilərkən bu tankı istehsal edən mühəndislər belə fikirləşmişlər ki, tankın ön zirehini daha qalın etmək lazımdır, çünki tanklar ən çox ön tərəfindən atəşə məruz qalırlar. Bu mühəndislik nöqteyi-nəzərindən də düzgün addım idi. KV seriyalı tankların dizaynını verən mühəndislər isə tankı çox bərbad bir hala qoymuşdular. Belə ki, bu tankların arxa zirehləri belə olduqca qalın idi. Bu isə KV seriyalı tanklara bir çox problemlər yaradırdı. IS-2 tankları Almaniyanın Panther tanklarının ağırlığında idi, Almaniyanın ağır tankı olan Tiger tanklarından isə daha yüngüldü və hər iki tankdan da alçaq idi.

İlk IS-2 tankları kiçik sürücü vizörü və sıxılmış ön gövdə dizaynı ilə asanlıqla ayırd edilirdi. İlk tanklarda top hərəkət təhlükəsizliyi, təyyarələrə qarşı istifadə edilən pulemyot yox idi və top qalxanı dar idi.

IS-2 tanklarının zireh planı, model 1943 (yuxarı) və model 1944 (aşağı).