İşim çayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İşim
rus. Ишим, qaz. Есіл
İşim çayı
İşim çayı
Ölkələr
Mənbəyi Qazaxıstan alçaq təpəliyi
Mənsəbi İrtış çayı --> Kara dənizi
Uzunluğu 2450 km
Su sərfi 3000 m³/san
Su hövzəsi 177000
Hövzəsinin sahəsi 177000 km²
İşim çayı (Sibir federal dairəsi)
mənbəyi
mənsəbi
İşim çayı Sibirin fiziki xəritəsində:
50° 38′ 4.5″ N, 73° 11′ 40.4

50°38′ şm. e. 73°11′ ş. u.HGYO
57° 41′ 53″ N, 71° 11′ 51″ E

57°41′ şm. e. 71°11′ ş. u.HGYO
DSR[rus.] 14010300212115300008071
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşim çayı (qaz. Есіл) — QazaxıstanRusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km²[1][2], uzunluğu 2450 km-dir[1]. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir[3]. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür[1].

Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş"[3] mənasını verir.

Coğrafi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
İrtış çayının hövzəsi

Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür. Çay 775 km məsafədə şərqdən qərbə doğru axır. Yuxarı axarlarda çay əsasən şimal-qərb, qərb istiqamətinə yönəlir. Çay Astananın yaxınlığında cənub-qərbə yönəlir. 1578 km-də Derjavinsk şəhəri yaxınlığında çay istiqamətini tamamən dəyişərək meredian üzrə cənubdan şimala yönəlir. Çay Qərbi Sibir düzənliyinə çıxır və burada İşim düzənliyi ilə axaraq İrtış çayına tökülür (Ust-İşim kəndi yaxınlığında).

Hidrologiya və iqlim

[redaktə | mənbəni redaktə et]

Çayın qidalanmasında başlıca rolu qar oynayır. Çay noyabr ayında donur və apreldə buzdan azad olur. Orta illik sərfiyyat 1,11 m³/saniyədir[4].

Çayın axdığı ərazidə qış şaxtalı və soyuq, yayı isə istidir. Ən soyuq ay yanvar, isti ay isə iyuldur. Qışda minimal temperatur -49°, yayda isə +40 °C təşkil edir. İlin cəmi 180-200 günü 0 °C-dən yüksək olur. Aprel ayından etibarən hər gün temoeratur 0.5 °C artır.

İşim çayının hövzəsi 177 000 km²[1] təşkil edir ki, bununda 20% Rusiya ərazisində yerləşir. Qolları (Qazaxıstan): sağ — Koluton, Jabay, Akan-Burluk, İmanbulık, sol — Terisakkan; (Rusiya) sağ — Karasul, İk, sol — Barsuk.

Çayın sahilində Qazaxıstanınn paytaxtı olan Astana şəhəri yerləşir. Sahilində yerləşən şəhərlər: Atbasar, Jabay, Esil, Derjavinsk, Serqeevka, Petropavl (Qazaxıstan) və İşim (Rusiya).

Çayın suyu iri şəhərlərin içməli suya olan tələbatın ödənilməsində istifadə edilir. Naviqasiya üçün Petrapavlovskdan Serqeevski suanbarına qədər olan 270 km məsafədə yararlıdır. Üstəlik balıq məhsullarının isteksalı məqsədi ilə yararlıdır[2].

İşim çayının suları güçlü şəkildə çirklənmişdir. Aşağı axarlarda neftlə çirklənmə 6, dəmirlə 7-4 dəfə normanı keçir[2].

  1. 1 2 3 4 "RF Su reystr xidməti:İşim". 2012-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.
  2. 1 2 3 "Схема комплексного использования и охраны водных объектов бассейна р.Иртыш. Книга 1". 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  3. 1 2 "İşim çayı". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  4. "İşim çayının ekoloji vəziyyəti". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]