Öd turşusu
Naviqasiyaya keç
Axtarışa keç
Öd turşuları — insan və heyvanların ödündə xolesterinlə bərabər, quruluşca ona yaxın olan bəzi turşu.
Növləri
[redaktə | mənbəni redaktə et]Onlardan xol turşusu C23H36(OH)2-COOH, dezoksixol turşusu C23H34(OH2)-COOH, antropodezoksixol turşusu C23H37(OH)2 COOH və lotoxol turşusu C23H38(OH)-COOH insan ödündə olur.
Xassələri
[redaktə | mənbəni redaktə et]Öd turşusu rəngsiz bərk maddə olub, öddə sərbəst halda və ya aminturşularla birləşmə halında təsadüf olunur. Çox güman ki, onlar xolesterinin bədəndə oksidləşməsi məhsullarıdır. Onlar yağları emulsiya halına keçirərək, bədəndə yağların parçalanmasına və mənimsəməsinə yardım edir. Öd turşularını reduksiya etdikdə onlardan xolanturşusu C23H39COOH almaq olur. Öd turşularını xolan turşusunun törəməsi kimi qəbul etmək olar. Xolan turşusuna təbiətdə rast gəlinmir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- M.Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.