Çindo adası
Çindo adası | |
---|---|
kor. 진도 | |
Ümumi məlumatlar | |
Sahəsi | 363,16 km² |
Hündür nöqtəsi | 485 m |
Əhalisi | 36.329 nəfər (2010-cu il) |
Yerləşməsi | |
34°27′17″ şm. e. 126°14′57″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çindo adası (kor. 진도, 珍島) — Çejudo adası və Kocedo adalarından sonra Cənubi KOreyanın 3-cü böyük adası. Ətrafında yerləşən kiçik adalarla birlikdə Cindo qəzasını təşkil edir. Koreya yarımadasından cənub-qərbdə yerləşir. İnzibati baxımdan Çolla-Namdo vilayətinə daxildir. Materikdən Myonnyan boğazı ilə ayrılır. Boğaz üzərindən asma körpü inşa edilmişdir.
Tarix
[redaktə | mənbəni redaktə et]Adada qədim zamanlardan yaşayış olmuşdur. 1001-ci ildə ada müsair adını almışdır. 1231–1270-ci illərdə monqolların Korteyaya yürüşü zamanı ada Koryu sülaləsinə qarşı üsyanın məekəzi olmuşdur. Bununla belə ada 271-ci ildə monqollar tərəfindən işğal olunmuş bütün kəndlər isə dağıdılmışdır. Monqol işğalı dönəmində belə ada yapon quldurlarının adaya hücumu səngimirdi. XIV əsrdə ada demək olar ki, sakinsiz qalır.
16 sentyabr 1597-ci ildə İdmin müharibəsində koreyalı admiral Li Sunsin Myunnyan döyüşündə yaponları məğlub edir. O, 20 gəmivə 200 döyüşçü ilə 133 hərbi gəmi və 200 gəmi ilə döyüşdə qalib gəmişdir. Bu qalibiyyət ancaq səriştəli admiralın sayəsində əldə edilə bilərdi. Üstəlik o yerli iqlimi çox yaxşı bilirdi[1].
Materikdən aralıda yerləşməsi sayəsində ada özünün əsrarəngiz təbiətini və əhalisi isə milli adət-ənənələrini qoruya bilmişdir. Pxansori adanın yerli müsiqi janrı hesab edilir.
Görməli yerləri
[redaktə | mənbəni redaktə et]Çindondeqyu körpüsü
[redaktə | mənbəni redaktə et]Çindondeqyu körpüsü materiklə adanı birləşdirir. Onun tikintisi iki mərhələdən ibarət olmuşdur. Aşılış zamanı körpü dünyanın ən uzunasma körpüsü olmuşdur. Körpünün 200 metrliik hissəsi 20 metr hündürlüyü olan gəmilərin hərəkətinə imkan verir. Adaya axını nəzərə alan hökumət adaya birləşəcək ikinci körpünün inşasını planlaçdırır. Bu körpü eyni uzunluğa və 12.5 m enə malik olmalıdır. Körpülər adaya giriş və çıxışa xidmət etməlidir. İl ərzində adanı 2, 6 milyon turist ziyarət edir.
Koreya çindosu
[redaktə | mənbəni redaktə et]Çindo adası Koreya Çindosunun vətəni hesab edilir. Koreyanın № 53 milli dəyəri hesab edilir. 1950-ci illərdə onların nəsli kəsilmək üzrə olur. Bir müddət sontra onların qoruumaı haqqında dövlət qanunu qəbul edilir.
1995-ci ildə cins Beynəlxalq Kinoloqlar Federasiyası tərəfindən tanınır. Bura müşahidəçi üzv qəbul edilir. 2005-ci ildə isə daimi üzv seçilir[2]. 1999-cu ildə adada Koreya çindolarını seleksiya edən və araşdıran mərkəz təşkil edilmişdir.
İldə iki dəfə veterenarlar yaşayış məntəqələrində saxlanılan itlərə baxış keçirib onları müayinə edirlər. Hər itin xaltasında mikroçip vardır. Onlarda itin sahibi və onkların valideyləri haqqında informasiya olur.
Bu irtlər sadiqlikləri ilə seçilirlər. Tedjon şəhərində iti satıldıqdan sonra it 300 km qət eərək əvvəlki sahibinin evinə qayıtmışdır[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Достопримечательности острова Чиндо". Национальная организация туризма Кореи. 2016-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
- ↑ "KOREA JINDO DOG (334)" (ingilis). Federation Cynologique Internationale. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
- ↑ "Центр собаководства Чиндоккэ". Национальная организация туризма Кореи. 2016-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-24.