Çin–Myanma münasibətləri
Çin–Myanma münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin–Myanma münasibətləri — Çin Xalq Respublikası ilə Myanma arasındakı mövcud ikitərəfli əlaqələr.
Çin Myanma ilə münasibətlərə xüsusi diqqət yetirir. Rəsmi Pekinin Hind okeanına çıxışını təmin edən Myanma ilə münasibətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Myanma Çinin enerji daşınmasında gərgin Malakka boğazına alternativ nəqliyyat yolu ilə də təmin edilməsinə şərait yaradır. Ona görə də Çin bu ölkə ilə münasibətlərin möhkəmləndirilməsində daim maraqlıdır.
Myanmada baş verən daxili ictimai-siyasi proseslər, hakimiyyəti hərbçilərin ələ alması bu ölkənin Qərb dövlətləri tərəfindən təcrid olunmasına, 1997-ci ildən isə ona qarşı sanksiyaların tətbiqinə səbəb olmuşdur. Lakin əvəzində elə həmin il Myanma ASEAN-a üzv qəbul olunmuşdur. Yaranmış şərait Çin üçün olduqca əlverişli idi. Nəticədə ÇXR Myanmanın əsas müttəfiqinə çevrildi. Rəsmi Pekin Myanma-Qərb münasibətlərinin soyuqlaşmasından öz maraqlarını reallaşdırmaq naminə bacarıqla istifadə etdi. Həmin zamandan etibarən bu iki ölkə arasında yüksək səviyyəli görüşlər mütəmadi olaraq keçirilir. 2010-cu ildə ÇXR-in baş naziri Ven Tszyabao və az sonra ÇXR-in Sədri Hu Tszintaonun bu ölkəyə səfəri Çin və Myanma arasında əlaqələrin genişlənməsinə daha bir təkan verdi.[1]
Hərbi əməkdaşlıq
[redaktə | vikimətni redaktə et]Myanma ilə iqtisadi əməkdaşlığın genişlənməsi ilə yanaşı, Çin tərəfindən bu ölkəyə edilən hərbi yardımlar da artır. Çinin Myanmaya hərbi yardımları xüsusilə Hindistan və ABŞ-nin narahatlığına səbəb olmuşdur. Çünki Hindistanı təkcə Myanmanın qaz ehtiyatları deyil, öz enerji təhlükəsizliyi də narahat edir. ABŞ isə ümumiyyətlə, Çinin regiondakı aktivliyindən, eyni zamanda da Myanma kimi strateji əhəmiyyətli və qaz ehtiyatına malik əraziyə nəzarət etməsindən narazıdır. ABŞ-də belə hesab edirlər ki, Çin ilə Myanma arasında enerji sahəsində əməkdaşlıq ABŞ-nin maraqlarına ziyan vurur.
Myanma ilə hərbi əməkdaşlıq Çinə bu ölkənin sahilindəki hərbi obyektlərə çıxış imkanı yaradır. Çinin məqsədi Malakka körfəzinə nəzarəti əldə saxlamaqdır. Bu isə Çinə Yaponiyanın Yaxın Şərq neftinə və Avropa bazarlarına çıxışını nəzarətdə saxlamaq imkanı verir.[2] Nəticədə Çin başlıca rəqiblərindən biri olan Yaponiyanın dünya bazarlarına çıxışına əngəllər törətmiş olur.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Rza Talıbov. Asiya ölkələri beynəlxalq münasibətlər sistemində Bakı, "Elm və təhsil", 2015, 312 səh.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Матвеева Д.В. "Отношения между Китаем и Маями в контексте энергетической дипломатии KHP" (PDF) (rus). İstifadə tarixi: 2017-08-18.[ölü keçid]
- ↑ Василенко И.А. "Геополитика современного мира. М." (rus). 2002. (#cite_web_url); (#accessdate_missing_url)