Çay yatağında yerləşən ada
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çay adası — çay tərəfindən əhatələnmiş quru parçası Çay adaları iki qrupa bölünür. Çayın öz fəaliyyəti sayəsində yaranan adalar və çayların təsir göstərə bilməməsi sayəsində yaranan adalar. Birini adalar özlridə iki yerə bölünür:
- Çaylar yatağı boyunça ərasini yuyur və bunun sayəsində yatağda çay şaxəli qollar əmələ gətirir. Bunun nəticəsində yuyulmuş yatağda qolların arasında adalar əmələ gəlir.
- Məlumdur ki çaylar (xüsusi ilə lilli çaylarda) il ərzində dağlardan yatağına tonlarla lil gətirir. Lil toplanaraq adalar əmələ gətirir. Xüsusi ilə deltalarda yerləşən adaları buna misal çəkmək olar.
İkinci qrupa aid adalar isə çayları suları qarşısına çıxan bərk suxurları yuya bilmədiyindən onun dolanlağa məcbur olur.
Ən iri çay adası özündə iki ölkəni birləşdirən (Qayana və Surinam) Kasikyaredir. Ada Orinoko, Kasikyare, Riu-Neqru və Amazon çayı kimi çayların əhatəsində yerləşir. Bu səbəbdən o ada yox, çaylar tərəfindən əhatələnmiş ərazidir. Çay adası termini bir çayın yatağında yerləşən adaya istinad edilir. Buna misal kimi Marajo adasıdır ki, oda Amazon çayının yatağında (deltasında) yerləşir, amma adanın şərq sahilləri Atlantik okeanın suları ilə yuyulduğundan bu statusu daşımır. Dünyada isə ən iri çay adası Bananal adasıdır. Ada Araquaya çayı tərəfindən əhatələnmişdir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Попов И. В. Деформации речных русел и гидротехническое строительство. Л.: Гидрометеоиздат, 1965, 328 s.